Azərbaycan Dövlət İnformasiya Agentliyi

MİLLİ MƏCLİSİN AZƏRBAYCAN PARLAMENTİNİN 90 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ TƏNTƏNƏLİ YIĞINCAĞI

MİLLİ MƏCLİSİN AZƏRBAYCAN PARLAMENTİNİN 90 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ TƏNTƏNƏLİ YIĞINCAĞI

AZƏRTAC xəbər verir ki, iyunun 19-da Milli Məclisin Azərbaycan Parlamentinin 90 illik yubileyinə həsr olunmuş təntənəli yığıncağı keçirilmişdir.

Yığıncağın iştirakçıları əvvəlcə Milli Məclisin Heydər Əliyev Xatirə Muzeyinə baxdılar.

Milli Məclisin Azərbaycan Parlamentinin 90 illik yubileyinə həsr olunmuş təntənəli yığıncağının iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevi alqışlarla qarşıladılar.

Azərbaycan Respublikasının dövlət himni səslənmişdir.

Milli Məclisin sədri Oqtay ƏSƏDOV yığıncağı açaraq dedi:

- Hörmətli xanımlar və cənablar,

Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevi Milli Məclisdə səmimi qəlbdən salamlayırıq.

Hörmətli deputatlar, Azərbaycan Parlamentinin 90 illiyi münasibətilə sizin hamınızı ürəkdən təbrik edir, sizə möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar arzulayıram!

Azərbaycan Parlamentinin 90 illik yubileyində iştirak etmək üçün Bakıya gəlmiş xarici ölkələrin parlament sədrlərinə, parlament nümayəndə heyətlərinə, beynəlxalq təşkilatların təmsilçilərinə, bütün qonaqlarımıza səmimi qəlbdən “xoş gəlmisiniz” deyirəm.

Xarici ölkələrin 9 parlament sədri, 18 sədr müavini, 102 parlament üzvü, 4 beynəlxalq parlament təşkilatının, eləcə də xarici dövlətlərin Bakıdakı diplomatik korpusunun nümayəndələri bu gün bizimlə birlikdə sevincimizi bölüşürlər. Ümumiyyətlə, qonaqlarımızın təmsil etdikləri ölkələrin coğrafiyası İndoneziyadan Kanadayadək olan məkanı əhatə edir.

90 il əvvəl Azərbaycanda müasir dövrün parlamentarizm modelinə uyğun gələn qanunvericilik orqanının təsis edilməsi xalqımızın tarixi taleyində müstəsna rol oynamışdır. 1918-1920-ci illərdə cəmi 17 ay fəaliyyət göstərən parlament Azərbaycanın gələcək həyatı üçün dəyərli işlər görə bilmişdir. Bu işlər sayəsində Şərq aləmində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi təməli yaradılmışdır. Dövlət bayrağı və himni qəbul edilmiş, ana dili dövlət dili elan olunmuşdu. Dünyada birincilər sırasında, Şərq aləmində ilk dəfə olaraq məhz bu parlament qadınlara səsvermə hüququ vermişdi. Dövlət quruculuğu, iqtisadi, sosial, mədəni və hərbi sahələrdə qəbul edilən qanunvericilik aktları müstəqil dövlətin səmərəli fəaliyyətinə imkan yaratmışdı. O dövrdə Azərbaycanda mövcud olan bütün siyasi qüvvələrin və müxtəlif millətlərin nümayəndələri parlamentdə təmsil olunmuşdu.

Bütün bunlar Azərbaycan xalqının həyatında parlamentarizm ənənələrinin yeni inkişaf mərhələsinə daxil olduğunu göstərirdi. Dövlət Dumasına Azərbaycandan 13 nəfər azərbaycanlı deputat seçilmiş və onun fəaliyyətində iştirak etmişdi.

Azərbaycanın Sovet İttifaqı tərkibində olduğu dövrdə əsasən Ali Sovet adı ilə fəaliyyət göstərən qanunvericilik orqanı məhdud səlahiyyətlərə malik olmuşdur. Lakin belə bir şəraitdə də Azərbaycan xalqı parlamentarizm ənənələrinin yoxa çıxmasına imkan verməmişdir.

1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımız yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı sayəsində böhran və təlatümlər dövrünü geridə qoymuş, kövrək vəziyyətdən çıxıb sabitlik və inkişaf dövrünə daxil olmuş, əsl dövlət müstəqilliyini əldə etmişdir.

Müasir Azərbaycan parlamenti də Heydər Əliyevin rəhbərliyi altında yaranmışdır. Ulu öndər 1993-cü ilin oktyabrında Prezident seçilənədək dörd ay parlamentə rəhbərlik etmişdir. Heydər Əliyevin Azərbaycan parlamentinin sədri kimi fəaliyyəti ölkəmizdə parlamentarizm ənənələrinin inkişafında müstəsna rol oynamışdır. Sonrakı dövrdə də ulu öndər qanunvericilik orqanına daim böyük qayğı göstərmiş, parlament quruculuğu məsələlərini diqqət mərkəzində saxlamışdır.

Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Konstitusiya əsasında müasir parlament formalaşdırılmışdır. Artıq 13 ilə yaxındır ki, Azərbaycan Respublikasının Milli Məclisi qanunvericilik hakimiyyəti səlahiyyətlərini uğurla həyata keçirir. Parlament dövlətimizin müasir tələblərə cavab verən qanunvericilik bazasını yaratmış və təkmilləşdirmişdir.

1995-ci ildən indiyədək Milli Məclis dövlət və cəmiyyət həyatının müxtəlif sahələrini nizama salan 2500-dən çox qanun və qərar qəbul etmişdir. Onu da qeyd edim ki, parlamentdə qəbul edilən qanunlar milli dəyərlər nəzərə alınmaqla, üzv olduğumuz beynəlxalq təşkilatların ən yüksək standartlarına uyğun şəkildə hazırlanmışdır. Bu bizim şüurlu seçdiyimiz yoldur və biz bu işi davam etdiririk.

Azərbaycan parlamenti müasir demokratik dövlətlərdə mövcud olan prosedur qaydaları əsasında fəaliyyət göstərir. Milli Məclis xalqın və dövlətin mənafeləri ilə bağlı vəzifələri, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məsələlərini daim diqqət mərkəzində saxlayır. Ölkədə uğurla həyata keçirilən siyasi, iqtisadi, hüquqi, sosial islahatların, demokratikləşdirmə prosesinin hüquqi mexanizmi daha da inkişaf etdirilir.

Milli Məclis beynəlxalq əlaqələrinin genişləndirilməsinə xüsusi önəm verir. Ölkənin qanunvericilik orqanı 7 beynəlxalq parlament təşkilatının üzvüdür, bir neçə parlament təşkilatı, o cümlədən Avropa Parlamenti, NATO-nun Parlament Assambleyası, Baltik Parlament Assambleyası ilə yaxından əməkdaşlıq edir.

İkitərəfli əlaqələrin inkişafına böyük diqqət yetirilir. Milli Məclisdə 70-dən çox ölkənin parlamenti ilə əlaqələr üzrə deputat dostluq qrupları yaradılmışdır. Bu qrupların üzvləri xarici ölkələrdəki həmkarları ilə sıx əlaqə saxlayır, qarşılıqlı səfərlər edir, təcrübə mübadiləsi aparırlar. Bütün bunlar ölkələrin bir-birinə yaxınlaşmasına kömək göstərir və xalq diplomatiyasının uğurlarını nümayiş etdirir.

Hörmətli xanımlar və cənablar,

Azərbaycanda dövlət hakimiyyət bölgüsü prinsipi əsasında qurulmuşdur. Biz qürur hissi ilə söyləyə bilərik ki, parlamentlə Prezident arasında çox gözəl münasibətlər mövcuddur. Parlamentin qəbul etdiyi layihələrin 80 faizindən çoxu cənab Prezidentin təşəbbüsü ilə müzakirəyə çıxarılır. Biz əminik ki, bu münasibətlər gələcəkdə də bu qaydada davam edəcəkdir.

Möhtərəm cənab Prezident səkkiz il ərzində Azərbaycan parlamentinin deputatı olmuşdur, Milli Məclisin gündəlik fəaliyyətini, problemlərini parlamentin içərisindən müşahidə edib bələd olmuşdur. Milli Məclisin qayğılarını bildiyinə görə qanunvericilik orqanına çox böyük diqqət və dəstək göstərir. Möhtərəm cənab Prezidentin burada olmasından istifadə edərək, bu diqqətə və dəstəyə görə ona minnətdarlığımızı bildiririk və dəyərli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

Milli Məclis Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və prinsipləri əsasında sülh yolu ilə həll edilməsi istiqamətində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin fəaliyyətini müdafiə edir və problemin nizama salınacağına ümid bəsləyir və inanır.

Əziz qonaqlar, bu bayram günündə bizimlə birlikdə olduğunuza görə sizin hamınıza təşəkkür edirəm.

X X X

Prezident İlham Əliyev təntənəli mərasimdə nitq söyləmişdir.

Azərbaycanlı həmkarlarını yubiley münasibətilə təbrik edən Belarus Nümayəndələr Palatasının sədri Vadim POPOV qeyd etmişdir ki, SSRİ dağılandan sonra Azərbaycan parlamenti hüquqi baza yaradılması və yeni şəraitdə ölkənin həyat fəaliyyətinin təmin edilməsi kimi mürəkkəb bir mərhələdən keçmişdir. Zamanın sınağından uğurla çıxmış Azərbaycan parlamenti ölkənin inkişafında mühüm rol oynayır.

V.Popov Belarusda Azərbaycana həmişə səmimi münasibət bəsləndiyini və ölkələrimiz arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf mərhələsində olduğunu vurğulayaraq demişdir ki, bütün bunlar iqtisadiyyatın, mədəniyyətin, elmin və təhsilin bir sıra sahələrində əməkdaşlığı daha da inkişaf etdirməyə imkan verir.

Gürcüstan parlamentinin sədri David BAKRADZE Azərbaycan parlamentinin yaranması tarixinə müraciət edərək XX əsrin əvvəllərində Azərbaycanda və Gürcüstanda cərəyan edən siyasi proseslər arasında oxşarlıq olduğunu vurğulamışdır.

David Bakradze Azərbaycan-Gürcüstan əlaqələrindən söhbət açaraq hazırda çox yüksək sürətlə inkişaf etməkdə olan bu münasibətlərin təməlini qoymuş ümummilli lider Heydər Əliyevin rolunu xüsusi qeyd etmişdir. Gürcüstan xalqı Heydər Əliyevin millətlərarası münasibətlərin inkişafına böyük töhfəsini yüksək qiymətləndirir.

Parlamentlərarası əlaqələrin çox uğurla inkişaf etməsini vurğulayan David Bakradze bildirmişdir ki, Gürcüstanın yeni seçilmiş parlamentində yaradılacaq ilk dostluq qruplarından biri Azərbaycanla dostluq qrupu olacaqdır.

Qazaxıstan Senatının sədri Qasım Comərd TOKAYEV bildirmişdir ki, Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik respublika olmuşdur və bu fakt Azərbaycan xalqının azadlıq və xalq hakimiyyəti dəyərlərinə bağlılığının əyani sübutudur.

Qazaxıstan parlamentinin rəhbəri qeyd etmişdir ki, xalqlarımız əsrlər boyu müstəqil dövlət arzusu ilə yaşamışlar. Azərbaycan suverenlik əldə edəndən sonra davamlı inkişaf və quruculuq yoluna inamla qədəm qoymuşdur. “Bu gün sizin ölkəniz iqtisadi göstəricilər və sosial təminat sahəsində Qafqaz regionunun lideridir”, - deyən Qasım Comərd Tokayev müasir Azərbaycan dövlətçiliyinin təşəkkülündə Heydər Əliyevin xidmətlərini xüsusi vurğulamışdır.

O demişdir ki, Qazaxıstan parlamentinin üzvləri Azərbaycanın uğurlarına ürəkdən sevinirlər və ölkələrimizin qanunvericilik orqanları arasında əlaqələrin daha da genişlənməsi üçün səy göstərmək əzmindədirlər.

Pakistan Parlamenti Senatının sədri Muhəmmədmian SUMRO Pakistan rəhbərliyinin başda Prezident İlham Əliyev olmaqla Azərbaycan xalqına salamlarını çatdırmışdır.

Azərbaycan Parlamentinin 90 illik yubileyinin təntənəli qeyd edilməsinin vacib məsələ olduğunu vurğulayan pakistanlı qonaq demişdir ki, bu parlament Şərqdə qurulmuş ilk qanunverici orqandır. Müstəqil Azərbaycanda parlamentin inkişaf etdirilməsində görkəmli dövlət xadimi Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur. Bu proses hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir.

Muhəmmədmian Sumro bildirmişdir ki, onun ölkəsinin Azərbaycan ilə çox yaxşı əlaqələri vardır. Biz bu əlaqələri daha da yaxınlaşdırmaq niyyətindəyik. Bu istiqamətdə parlamentarilərin qarşılıqlı səfərləri vacibdir.

Pakistanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləməkdə davam edəcəyini bildirən M.Sumro demişdir ki, Azərbaycanın Pakistana göstərdiyi dəstək onun ölkəsində yüksək qiymətləndirilir.

Polşa Senatının sədri Boqdan BORUSEVİÇ qeyd etmişdir ki, Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi dünya tarixində mühüm dönüş nöqtəsi idi. Çünki Azərbaycan özünün İstiqlal Bəyannaməsində xalqların öz müqəddəratını təyin etməsi, demokratiya, milliyyətindən və dini etiqadından asılı olmayaraq, vətəndaşların hüquqlarına riayət edilməsi prinsiplərini təsbit etmiş ilk müsəlman ölkəsi oldu. Müstəqilliyin qısa tarixi Polşa və Azərbaycan xalqlarının qismətinə düşmüş bənzəyişdir.

Bu gün Polşa və Azərbaycan gələcəyə inamla baxır. Keçid dövrünün tarixi təcrübəsi, dostluq, strateji tərəfdaşlıq, siyasi və iqtisadi layihələr - bizi birləşdirən ümumi cəhətlərdir. Polşanın Azərbaycanın Avropaya inteqrasiya səylərini dəstəkləyir. Bu məqamları qeyd edən Polşa senatının başçısı Azərbaycan parlamentinin üzvlərini ölkə tarixində bu əlamətdar gün münasibətilə təbrik etmişdir.

Moldova parlamentinin sədri Marian LUPU yubiley münasibətilə Azərbaycan xalqını təbrik edərək demişdir ki, müstəqillik dövründə Azərbaycan parlamenti ölkənin inkişafında öz üzərinə düşən işi layiqincə həyata keçirmişdir.

Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq aləmdə də əlaqələrinin genişləndiyinin şahidi olduqlarını qeyd edən Marian Lupu, Azərbaycan parlamentinin parlamentlərarası əməkdaşlıq təcrübəsinin nümunə olduğunu vurğulamışdır.

Moldova hazırda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasına sədrlik edir. Bu qurumun yaradılmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük xidmətləri olmuşdur.

Ölkəsinin Azərbaycan ilə əlaqələrinin genişlənməsinə böyük önəm verdiyini qeyd edən Marian Lupu demişdir ki, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi xalqlarımızın mənafeyinə uyğundur.

Rumıniya Senatının sədri Nikolae VEKEROYU əlamətdar yubiley münasibətilə Azərbaycan xalqını təbrik edərək Azərbaycan Xalq Cümhuriyyətinin tarixi rolunu vurğulamışdır. Qeyd etmişdir ki, cümhuriyyət dövründə qazanılmış uğurlar arasında parlamentin yaradılması vacib məqamlardan biri olmuşdur. Bu parlament dünyada ilk dəfə qadınlara seçmək və seçilmək hüququ vermişdir.

1991-ci ildə Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən birinin də Rumıniya olduğunu xatırladan Senatın sədri əlavə etmişdir ki, həmin vaxtdan ötən müddətdə ölkələrimizin müxtəlif sahələrdə əlaqələri inkişaf etməyə başlamışdır. Azərbaycanın Şərqi Avropa ölkələrində ilk səfirliyini Rumıniyada açması münasibətlərimizin yüksək səviyyədə olmasından xəbər verir. Azərbaycan və Rumıniya beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edirlər.

Ölkələrimiz arasında əlaqələrin genişlənməsində dövlətlərimizin başçıları İlham Əliyevin və Troyan Beseskunun qarşılıqlı səfərlərinin əhəmiyyətinə toxunan Nikolae Vekeroyu bildirmişdir ki, Buxarestdə görkəmli dövlət xadimi Heydər Əliyevin adını daşıyan park vardır. Rumınların gözündə Heydər Əliyev Azərbaycan xalqının rəmzidir.

Türkiyə parlamenti deputatlarının yubiley münasibətilə Azərbaycan xalqına təbriklərini çatdıran Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Köksal TOPTAN demişdir ki, 1918-ci ildə elan edilmiş Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik dövlət kimi əsasını qoyduğu yeniliklər sonrakı dövrlərdə bir çox ölkələr üçün nümunə olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması türk dünyası üçün də önəmli hadisə olmuşdu.

Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq münasibətlərinin digər dövlətlər üçün nümunə olduğunu qeyd edən K.Toptan bildirmişdir ki, ölkələrimiz bütün istiqamətlərdə sarsılmaz münasibətlər qurmuşdur.

TBMM sədri demişdir ki, Azərbaycan hazırda sürətlə inkişaf edən ölkəyə çevrilmişdir. Türkiyə bundan böyük qürur duyur. Bu uğur ərazisinin 20 faizinin Ermənistanın işğalı altında olmasına və 1 milyondan çox qaçqının mövcudluğuna baxmayaraq qazanılmışdır. Dağlıq Qarabağ məsələsi tezliklə həll olunmalıdır.

Ümummilli lider Heydər Əliyevin “Azərbaycanın yolu demokratiya yoludur” fikrini xatırladan Köksal Toptan bildirmişdir ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında demokratiya yolu ilə inamla addımlayır. Azərbaycan rəhbərliyinin bu işdə iradəsi böyükdür.

Türkmənistan parlamentinin sədri xanım Akca NURBERDIYEVA Prezident Qurbanqulu Berdiməhəmmədovun Azərbaycan xalqına ən xoş arzularını çatdırmışdır. O demişdir ki, Türkmənistan və Azərbaycan xalqları əsrlər boyu bir-birinə qardaşlıq və dostluq münasibəti bəsləmişlər. Bu gün müstəqil ölkələrimizin sərhədi bizim qəlblərimizdən keçir, Xəzər dənizi bizi ayırmır, birləşdirir. Bu, Türkmənistanın dövlət başçısının ötən ay Azərbaycana səfəri zamanı Prezident İlham Əliyev ilə aparılmış danışıqlarda da öz əksini tapmışdır.

Parlamentlərarası əlaqələrdə də mühüm canlanma müşahidə edildiyini vurğulayan A.Nurberdıyeva bildirmişdir ki, ölkələrimizin qanunverici orqanları üzvlərinin qarşılıqlı əlaqələri Türkmənistan-Azərbaycan münasibətlərini daha da intensivləşdirməyə imkan verəcəkdir.

İran İslam Şurası Məslisinin sədri Əli Larincaninin və deputatların adından başda Prezident İlham Əliyev olmaqla Azərbaycan xalqını təbrik edən İran İslam Şurası Məslisi sədrinin müavini Seyid Məhəmməd ƏBUTURABİ demişdir ki, parlament hər bir ölkənin qanunverici orqanı olmaqla yanaşı, ölkənin taleyi ilə bağlı qərarların qəbulunda xalqın iştirakının təcəssümüdür.

Ölkələrimiz və onların rəhbərləri arasındaki dostluq münasibətlərinə toxunan Seyid Məhəmməd Əbuturabi bildirmişdir ki, parlamentlərimiz arasında əlaqələr genişlənir. O ölkəsinin Asiya Parlament Birliyi yaradılması təklifini irəli sürdüyünü və Azərbaycanın əməkdaşlığı ilə ilk iclasın ötən il İranda keçirildiyini diqqətə çatdırmışdır.

İranın beynəlxalq qanunlara hörmətlə yanaşdığını qeyd edən natiq əlavə etmişdir ki, onun ölkəsi dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir. İran həmişə Azərbaycanın ərazi bütövlüyünün bərpasına tərəfdar olmuş və beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini dəstəkləmişdir. Bu dəstək bundan sonra da davam edəcəkdir.

O, ölkələrimizin parlamentlərarası əlaqələrinin daha da genişləndirilməsinin vacibliyini vurğulamışdır.

Rusiya Federasiya Şurası sədrinin müavini Svetlana ORLOVA ölkəmizin həyatında əlamətdar tarixi gün münasibətilə əlaqədar Rusiya parlamentarilərinin təbriklərini çatdırmışdır. O, Federal Məclisin Federasiya Şurasının sədri Sergey Mironovun və Dövlət Dumasının sədri Boris Qrızlovun təbrik məktubunu oxumuşdur. Məktublarda deyilir ki, özünün 90 illik yubileyini qeyd edən Azərbaycan Parlamenti bütün demokratik dövlətlərə xas olan müasir qanunverici orqana çevrilmişdir. Azərbaycanda parlamentarizmin yüksək səviyyəsi Milli Məclisin deputatlarına ölkə qarşısında duran qanunvericilik, siyasi, sosial-iqtisadi məsələləri bundan sonra da uğurla həll etmələrinə imkan verəcəkdir.

Rusiya parlamentinin rəhbərləri Rusiya-Azərbaycan parlamentlərarası əlaqələr məsələsinə toxunaraq son illərdə Azərbaycanın və Rusiyanın qanunverici orqanları arasında yaranmış əlaqələri bərabərhüquqlu və səmərəli münasibətlər kimi qiymətləndirmişlər.

İkitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsinin zəruriliyinə əmin olduğunu bildirən S.Orlova demişdir ki, prezidentlər Dmitri Medvedev və İlham Əliyev tərəfindən həyata keçirilən siyasi xətt qarşılıqlı əlaqələr sahəsində toplanmış təcrübəni ölkələrimizin xalqlarının tərəqqisinə yönəltməyə imkan verəcəkdir.

Rusiya Parlamentinin nümayəndəsi qeyd etmişdir ki, çar Rusiyasında 1-ci və 2-ci çağırış dumalarda Azərbaycan fraksiyası ən fəal və ən intellektual fraksiya olmuşdur.

O, bütün həyatını, zəngin biliyini və təcrübəsini Azərbaycanın tərəqqisi naminə sərf etmiş görkəmli siyasi xadim Heydər Əliyevin xatirəsinə dərin ehtiramını bildirmiş, ölkəmizin bugünkü uğurlarında Azərbaycan Prezidenti İlham Əliyevin xidmətlərini qeyd etmişdir.

Belçika Krallığı Senatı sədrinin müavini Mark VERVİLGEN demişdir ki, bütün ölkələrdə insan hüquq və azadlıqlarının müdafiəsində, insanların təhsil, sosial problemlərinin həllində parlamentlər böyük rol oynayır. Azərbaycan parlamenti yarandığı gündən bu istiqamətdə mühüm işlər görmüşdür. Zəngin dövlətçilik ənənələrinə, təbii sərvətlərə, qədim mədəniyyətə malik olan Azərbaycanın digər dövlətlər üçün nümunə olduğunu vurğulayan natiq, parlamentariləri dünyanı narahat edən problemlərin həllində birgə əməkdaşlığa çağırmış və bunun müsbət nəticələr verəcəyinə ümidvar olduğunu bildirmişdir.

Bosniya və Herseqovina Xalq Palatası sədrinin müavini Beriz BELKİÇ Azərbaycan Parlamentini 90 illik yubiley münasibətilə təbrik etmiş, deputatları separatizmin, zorakılığın, təcavüzün bütün hallarına qarşı mübarizəyə səsləmişdir. O demişdir ki, yalnız birgə əməkdaşlıq sayəsində problemlərin həllinə və sülhə nail ola bilərik.

Estoniya parlamenti sədrinin müavini xanım Kristina OYULAND demişdir ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, 1990-cı illərdə müstəqillik uğrunda azərbaycanlıların mübarizəsi və əldə olunan nailiyyətlər olduqca ürəkaçandır. Estoniyada Azərbaycanın problemlərini yaxşı başa düşürlər. Çünki eston xalqı da demək olar ki, eyni tarixi yaşamışdır.

Xanım Oyuland müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsində, dünya dövlətləri, eləcə də Estoniya ilə əlaqələrinin inkişafında ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusi vurğulamışdır.

Xorvatiya parlamenti sədrinin müavini xanım Zeljka ANTUNOVİÇ Xorvatiya ilə Azərbaycan arasında əlaqələrin inkişafında dövlətlərimizin başçılarının rolunu xüsusi qeyd etmişdir. O demişdir ki, Azərbaycanın dinamik inkişafı Xorvatiyada diqqətlə izlənilir. Xanım vitse-spiker Xorvatiya parlament nümayəndə heyətinin Azərbaycana ilk dəfə gəldiyini vurğulamış və bundan sonra parlamentlərarası əlaqələrimizin daha da genişlənəcəyinə ümidvar olduğunu bildirmişdir.

İordaniya Haşimilər Krallığı Senatı sədrinin birinci müavini Tahir əl - MASRİ demişdir ki, Prezident İlham Əliyevin parlamentin təntənəli yubiley yığıncağındakı dərin və məzmunlu nitqi Azərbaycanda dövlət ilə qanunverici orqan arasında münasibətlərin yüksək səviyyəsinin göstəricisidir. Sonra o, İordaniya ilə Azərbaycan arasında əlaqələrin inkişafında dövlətlərimizin başçılarının rolunu xüsusi qeyd etmiş, parlamentlərin bu ənənəni davam etdirməsinin vacibliyini vurğulamışdır.

Küveyt parlamenti sədrinin müavini Fəhd Diheysan ƏL-MEEAN ölkəsinin parlament sədrinin salamlarını və təbriklərini çatdırmış, Azərbaycan Parlamentinin 90 illik yubileyinin təntənəli şəkildə qeyd olunmasını tarixi hadisə adlandırmışdır.

Qırğızıstan Ali Şurası sədrinin müavini xanım Çolpon BAYEKOVA qırğız xalqı adından Milli Məclisin rəhbərliyini təbrik etmişdir. Xanım Bayekova Azərbaycan ilə Qırğızıstan arasında əlaqələrin inkişafında ümummilli lider Heydər Əliyevin xüsusi rolu olduğunu qeyd etmiş, dostluq əlaqələrinin bundan sonra daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirmişdir.

Latviya Seymi sədrinin müavini xanım Vineta MUİZNİECE demişdir ki, bu yubiley Azərbaycan xalqının öz ənənələrini inkişaf etdirməsi istiqamətində atdığı ən vacib addımlardan biridir. Çünki bu tədbir IX-XX əsrlərdə Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsinin bəhrəsidir.

Mərakeş Krallığı Nümayəndələr Palatası sədrinin birinci müavini Nurdin MOUDİAN Azərbaycan Parlamentinin 90 illik yubileyinin qeyd olunmasını dünyada parlament diplomatiyasının inkişafına təkan verəcəyini vurğulamışdır. O demişdir ki, bu gün ölkələrin inkişafında, problemlərin həllində parlamentlər böyük rol oynayır.

Misir Ərəb Respublikası Şura Məclisi sədrinin birinci müavini xanım Zeynəb RİDVAN Misir ilə Azərbaycan arasında dostluq əlaqələrinin inkişafında dövlətlərimizin başçılarının böyük rolu olduğunu bildirmişdir. O demişdir ki, Prezident İlham Əliyevin Misirə səfəri münasibətlərimizin inkişafında yeni səhifə açmışdır. Bu gün ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni sahələrdə ciddi irəliləyişlər vardır. Parlamentlərarası dostluq qrupları və hökumətlərarası müştərək komissiya da bu işə öz töhfəsini verir.

Tacikistan Respublikası Nümayəndələr palatası sədrinin birinci müavini Səfər SƏFƏROV yubiley münasibətilə təbriklərini çatdırmış, Azərbaycanın dinamik inkişafının Tacikistanda maraqla izləndiyini, ölkəmizin əldə etdiyi nailiyyətlərdə Milli Məclisin rolunu yüksək qiymətləndirmişdir.

Yunanıstan Parlamenti sədrinin müavini xanım Elsa PAPADEMETRİOU Şərqdə birinci yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin və onun parlamentinin tarixi əhəmiyyətindən danışmış, dövlət və hökumət başçılarının, eləcə də parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətindən bəhs etmişdir. O, Azərbaycanda iqtisadi inkişaf ilə yanaşı, siyasi sabitliyin, gender bərabərliyinin, tolerantlığın mövcudluğunu dövlətin balanslaşdırılmış siyasətinin nəticəsi olduğunu xüsusi qeyd etmişdir.

Litva Seymi sədrinin müavini Gintaras STEPANOVİÇİUS bildirmişdir ki, Azərbaycan xalqı 1918-ci ildə qazandığı müstəqilliyi xarici təcavüz nəticəsində itirsə də, mübarizədən dönməmişdir. Bu mübarizə 1991-ci ildə müstəqilliyin yenidən bərpası ilə nəticələnmişdir. Bu, Azərbaycan xalqının şanlı tarixidir. Natiq Azərbaycanın müstəqilliyinin qorunmasında və dönməz xarakter almasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olduğunu xüsusi qeyd etmişdir.

Almaniya Bundestaqının Azərbaycan parlamenti ilə dostluq qrupunun sədri Ştefan RAYXE ölkəmizdə səkkiz ay əvvəl olduğunu, ötən qısa müddət ərzində Bakının daha da gözəlləşdiyini və respublikanın sürətlə inkişaf etdiyini bildirmişdir. Bundestaqın üzvü demişdir ki, Almaniya Azərbaycanın üzləşdiyi problemi yaxşı başa düşür və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həllinə tərəfdardır.

Avstriya Milli Şurasının Avstriya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Karl OLLİNGER demişdir ki, insan hüquqları dünyada ən ümdə məsələdir. O, azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarının tezliklə bərpa olunmasını və onların öz tarixi torpaqlarına qayıtmalarını arzulamışdır.

Bolqarıstan parlamentinin Bolqarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Rəmzi OSMAN Azərbaycan Parlamentinin 90 illik yubileyi münasibətilə təbriklərini çatdırmış, ölkəmizin dinamik inkişafından, Prezident İlham Əliyevin nitqindən məmnun qaldığını bildirmiş, xalqımıza firavanlıq arzulamışdır.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı İcmalar palatasının deputatı baronessa O’KAYN Şərqdə ilk dəfə 1918-ci ildə demokratik parlamentin Azərbaycanda yaranmasını, burada qadınlara seçmək və seçilmək hüququnun verilməsini, qızlar məktəbinin açılmasını çox yüksək qiymətləndirmiş, Azərbaycanda gedən demokratik proseslərin, iqtisadi inkişafın, uğurlu neft strategiyasının başqa dövlətlərə nümunə olduğunu qeyd etmişdir.

Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun sədri Jan-Lui DÜPON ölkələrimiz arasında siyasi əlaqələrin çox yüksək səviyyədə olduğunu bildirmişdir. O demişdir ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan Prezidenti kimi ilk səfərini Fransaya etməsi, Prezident İlham Əliyevin bu xətti davam etdirməsi buna əyani sübutdur. Natiq ölkəsinin yaxın vaxtlarda Avropa İttifaqına sədrlik edəcəyini, bu zaman Fransanın Azərbaycana əsas probleminin həllində daha yaxından kömək göstərəcəyini bildirmişdir.

İndoneziya Respublikası Nümayəndələr Palatası nümayəndə heyətinin rəhbəri Priyo Budi SANTOSO da Azərbaycan Parlamentinin 90 illik yubileyi münasibətilə təbriklərini çatdırmış, ən xoş arzularını bildirmiş, ölkəmizə səfərdən zəngin təəssürat aldığını söyləmişdir.

İsveçrə Konfederasiyası Milli Şurası nümayəndə heyətinin rəhbəri xanım Kristina EGERSZEGİ-OBRİST Azərbaycan-İsveçrə münasibətlərinin inkişaf istiqamətlərindən danışmış, müstəqillik və inkişaf yolunda xalqımıza ən xoş arzularını çatdırmışdır.

Macarıstan Milli Assambleyasının Azərbaycan parlamenti ilə dostluq qrupunun sədri Yanos XORVAT Azərbaycan və macar xalqlarının tarixində oxşar cəhətlərin olduğunu vurğulamış, xalqımızın müstəqillik uğrundakı mübarizəsinin nəticələrini yüksək qiymətləndirmişdir. Natiq Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu xüsusi qeyd etmişdir.

Səudiyyə Ərəbistanı Krallığı parlamentinin Azərbaycan parlamenti ilə dostluq qrupunun rəhbəri Mohsen bin MƏHƏMMƏD ƏAL yubiley münasibətilə təbriklərini və xoş arzularını çatdırmış, ölkələrimiz arasındakı dostluq münasibətlərinin inkişafında ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin xidmətlərindən danışmış, Azərbaycanın islam ölkələri arasındakı nüfuzunu yüksək qiymətləndirmişdir.

Milli Məclisin sədri Oqtay Əsədov çıxışlara yekun vurmuş, Azərbaycan Prezidentinə, qonaqlara dərin və mənalı çıxışlarına, xoş arzularına görə minnətdarlığını bildirmişdir.

Sonra Azərbaycanın dövlət himni səsləndirilmişdir.

Bununla da Milli Məclisin Azərbaycan Parlamentinin 90 illik yubileyinə həsr olunmuş təntənəli yığıncağı başa çatmışdır.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Məclisdə 12 məsələnin müzakirəsinə başlanılıb

Yaponiyada güclü zəlzələ ilə bağlı xəbərdarlıq ləğv edilib

Konqratbəy Şaripov: Xankəndidə keçirilən Rektorlar Forumu birgə elmi tədqiqatlar üçün imkanlar yaradır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycan arasında birlik tarixi proseslərin nəticəsidir

AQTA sədri: Ölkəmizdə aqrar və qida təhlükəsizliyi sahələrində ixtisaslı kadrlara ehtiyac duyulur

“Sarı jiletlilər” yenidən səhnədə: Fransada kütləvi etiraz aksiyaları planlaşdırılır

Məcnun Məmmədov: Əsas hədəfimiz məhsuldarlığın və fermerlərin gəlirlərinin artırılmasıdır

Bakı Zirvəsi Azərbaycanın beynəlxalq dialoq və etimad məkanı kimi rolunu gücləndirir - ŞƏRH

Nazir: Məqsədimiz dayanıqlı və yüksək əlavə dəyər yaradan aqrar sistem formalaşdırmaqdır

Husilərin hökumət evinə hücumu nəticəsində 5 nəfər ölüb, 16 nəfər yaralanıb

Yaponiyada yaşayan əcnəbilərin sayı rekord həddə çatıb

Gələn il üçün icmal büdcənin xərclərinin 3,1 faiz çox olacağı gözlənilir

Azərbaycan və Özbəkistan ali təhsil müəssisələri arasında İkinci Rektorlar Forumu işə başlayıb

Deputat: Ərzaq təhlükəsizliyi regionlarımızın davamlı inkişafı ilə birbaşa bağlıdır

BMT: Rəqəmsal texnologiyalar və demoqrafik dəyişikliklər sosial-iqtisadi bərabərsizlikləri dərinləşdirə bilər

Azərbaycan ilə Albaniya arasında turizm əlaqələri genişləndirilir

Azərbaycan və Özbəkistan gənclərini birləşdirən təhsil və mədəniyyət körpüləri - ŞƏRH

® “PAŞA Kapital”ın anderrayteri olduğu dövlət zəmanətli ilk korporativ - “AZƏRMAŞ GROUP”un istiqrazları uğurla yerləşdirilib

® “Birbank”da pul köçürmələrini “SİMA İmza” ilə təsdiqləmək mümkündür

Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır

Rəşad Məcid: VIII qurultaydan bəri Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub

SEPAH: Hörmüz boğazı Tehranın icazəsi olmadan açılmayacaq

2027-ci il üçün icmal büdcəsinin gəlirlərinin 5,9 faiz çox olacağı proqnozlaşdırılır

Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb YENİLƏNİB

Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır

Azərbaycan nefti 119 dollara satılır

Akademik Gövhər Baxşəliyeva: Məktəblərdə vahid geyim qaydalarına riayət hamımızın borcudur

Azərbaycanın qadın güləşçisi dünya ikincisi olub

Dünya Bankı Azərbaycana 100 milyon dollar özəl kapital cəlb edib

Azərbaycan Premyer Liqasında VIII tur start götürür

Sultan Hacıyev AQEM-in yeni Baş katibi təyin olunub

Qızıl və gümüş bahalaşıb

Birjalarda neft ucuzlaşıb

Ağdaş, Bərdə və Yevlaxın bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

İcmal büdcə kəsirinin 2030-cu ildə 442,2 milyon manat səviyyəsində olacağı gözlənilir

Süni intellekt və peşə təhsili: Şəkidə tələbələrin süni intellekt bacarıqları artırılır

Azərbaycan Astanada türk dövlətlərinin media sahəsi üzrə rəhbər şəxslərinin görüşündə təmsil olunur

Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib VİDEO

Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib VİDEO

Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar Milli Məclisin komissiyası bəyanat yayıb

2027-2030-cu illər üzrə Ortamüddətli Xərclər Çərçivəsi açıqlanıb

Oktyabrın 16-sı Ümumdünya Qida Günüdür

Ermənistanın keçmiş prezidentlərinin münaqişə dövründəki fəaliyyəti hüquqi baxımdan araşdırılmalıdır - ŞƏRH

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Azərbaycan BMT-də işgəncələrə qarşı mübarizə və cəzasızlığın aradan qaldırılmasının vacibliyini vurğulayıb

Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq

İstanbulda sel nəticəsində 300 iş yeri və 200 avtomobilə ziyan dəyib

Alimlər 2500 il yaşı olan qədim günəş rəsədxanası aşkarlayıblar

“Politico”: Aİ kriptovalyuta əməliyyatlarına vergi tətbiqini nəzərdən keçirir

“Panasonic” yanğın təhlükəsi səbəbindən 640 min paltaryuyan maşını geri çağırır

“El-Ninyo” əvvəlcədən proqnozlaşdırılabilən fəlakətlərə səbəb olacaq

ABŞ-də ibtidai məktəbdə baş verən atışmada 5 nəfər ölüb

Britaniya “Skynet” peyklərinə nəzarətin ABŞ-yə verilməsinin risklərini qiymətləndirəcək

ABŞ-nin “George Bush” təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıdıb

UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib

UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib

Fransada etiraz aksiyalarında 140 minə qədər insanın iştirakı gözlənilir

Uqandada “Ebola” virusuna qarşı yeni peyvəndin klinik sınaqlarına başlanılıb

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub

La-Manş tunelinin girişində avtobusla qatar toqquşub, 19 nəfər xəsarət alıb

Şimali İrlandiyada keçmiş partiya lideri 15 il müddətinə azadlıqdan məhrum edilib

“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır

Ədalət gecikdirildikdə münaqişə dərinləşir, cəzasızlıq isə yeni müharibələrə zəmin yaradır – ŞƏRH

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır

Prezidentin AQEM-də çıxışı: Ermənistanın keçmiş rəhbərliyinin məsuliyyəti və cəzasızlıq problemi - ŞƏRH

Paytaxtda, eləcə də regionlarda yol tikintisi, yenidənqurma və təmir işlərinin vaxtında icrasının vacibliyi vurğulanıb

Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var

Pirallahıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair müzakirələr aparılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Təhlükəsizlik Şurasının “Terrorsuz Türkiyə” prosesi ilə bağlı qərarı ilin sonunadək qəbul edilə bilər

Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər

Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək

Prezident: Türkiyə beynəlxalq təhsil konsepsiyasının həyata keçirilməsi baxımından keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır

Bu saata olan əsas xəbərlər

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH

Şərurda müşavirə keçirilib

AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın baş konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib