Milli Məclisin deputatı Təbiət üzrə dünya parlamentarilərinin VII qlobal forumunda iştirak edəcəkdir
Bakı, 16 may (AZƏRTAC). Milli Məclisin deputatı Mirkazım Kazımov mayın 17-dən Xorvatiyanın Zadar şəhərində səfərdə olacaqdır.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, səfərin məqsədi Təbiət üzrə dünya parlamentarilərinin VII qlobal forumunda iştirak etməkdir. Forumda təbiətin mühafizəsi üçün daha səmərəli qanunların hazırlanması və urbanizasiya problemləri ilə bağlı məsələlər müzakirə olunacaq.
M.Kazımov “Qanunvericilər dəyişikliyin aparıcı qüvvəsi kimi”, “İqlim dəyişikliyi və sahilyanı şəhərlər” mövzularında keçiriləcək seminarlarda da iştirak edəcəkdir.
Konfransın sonunda Zadar bəyannaməsi qəbul olunacaqdır.
Səfər mayın 22-də başa çatacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:50]
“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]