MİLLİ MƏCLİSİN DEPUTATLARI AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ KOMİTƏ İCLASLARINDA İŞTİRAK EDƏCƏKLƏR
Milli Məclisin mətbuat xidmətindən bildirmişlər ki, iclaslarda Beynəlxalq Miqrasiya Təşkilatının fəaliyyəti, miqrant axınlarının idarə olunması, Cənubi Qafqazda itkin düşmüş şəxslər və qadınların vəziyyəti, Avropada insan haqları və demokratiyanın durumu, Avropa Şurası qarşısında öhdəliklərin yerinə yetirilməsi, faktaraşdırıcı səfərlərin nəticələri və digər məsələlər barədə fikir mübadiləsi aparılacaqdır.
Tədbirlərdə deputatlarımız çıxış edəcək, gündəlikdəki məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.