MİLLİ MƏCLİSİN DEPUTATLARI AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ YAZ SESSİYASINDA İŞTİRAK EDƏCƏKLƏR
Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə deputatlardan Gültəkin Hacıyeva, Aydın Mirzəzadə, Rafael Hüseynov, Elmira Axundova, Qənirə Paşayeva, Aynur Quliyeva, Aydın Abbasov, Əkrəm Abdullayev və Milli Məclis sədrinin köməkçisi Ruslan İsmayılov daxildirlər.
İclasda Assambleya Bürosunun və Daimi Komitəsinin hesabatları dinləniləcək, Ukraynada keçirilmiş parlament seçkilərinin nəticələri, Avropa Şurasına üzv ölkələrdə yoxsulluq və korrupsiya ilə mübarizə, Yaxın Şərqdə vəziyyət, Avropa Şurası və Avropa İttifaqı arasında münasibətlər, faşist ideologiyasının yenidən baş qaldırmasına qarşı mübarizə, Cənubi Qafqazda qaçqın və məcburi köçkünlər məsələsi və digər mövzularda müzakirələr aparılacaqdır.
Nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov və deputatlarımız tədbirdə çıxış edəcək, gündəlikdəki məsələlərə Azərbaycan tərəfinin münasibətini bildirəcəklər.