Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin dörd komitəsi 2024-cü ilin dövlət büdcəsi layihəsini müzakirə edib

Bakı, 3 noyabr, AZƏRTAC

Noyabrın 3-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli iclasda “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirə olunacağını söyləyib.

O bildirib ki, builki büdcə müzakirələri Azərbaycanda mühüm tarixi hadisələrə təsadüf edir. O, qeyd edib ki, ölkənin ərazi bütövlüyü və suverenliyi tam təmin edilib və 2024-cü ilin dövlət büdcəsi Azərbaycanın bütün ərazisini tam ehtiva edən dövlət büdcəsi olacaq. Əli Hüseynli qarşıdan gələn Zəfər Günü, Dövlət Bayrağı Günü, Konstitusiya Günü ilə bağlı bayramların qeyd ediləcəyini və bu ərəfədə Milli Məclisdə dövlət büdcəsi ilə bağlı müzakirələrin keçirilməsinin rəmzi məna daşıdığını deyib.

Sonra iclasda maliyyə naziri Samir Şərifov çıxış edərək, 2024-cü ilin dövlət və icmal büdcələri layihələrinin Milli Məclisdə müzakirəsinin Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun şücaəti nəticəsində qazanılan şanlı Zəfərin 3-cü ildönümü ilə yanaşı, bütün ölkə ərazisində suverenliyin bərqərar olduğu günlərə təsadüf etdiyini bildirib. O, İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümü olduğunu qeyd edərək, dövlətimiz qarşısında yeni çağırışların dayandığını və təqdim olunan 2024-cü il üçün dövlət büdcəsi layihəsinin bu çağırışlar və prioritetlər nəzərə alınmaqla hazırlandığını söyləyib.

S.Şərifov işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramında müəyyən edilmiş hədəflərin yerinə yetirilməsinin, qüdrətli ordumuzun və ölkənin müdafiə qabiliyyətinin daha da gücləndirilməsinin, habelə Azərbaycanın gələcək sosial-iqtisadi inkişafının mühüm vəzifələr olaraq əsas xərc istiqamətləri kimi nəzərdə tutulduğunu deyib. Bununla yanaşı, əhalinin sosial müdafiəsi, təhsil sahəsində islahatların davam etdirilməsi, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi, səhiyyə sisteminin təkmilləşdirilməsi, sahibkarlığa dəstək tədbirləri, səfərbərlik və fövqəladə ehtiyatların formalaşması, dövlət investisiya proqramının maliyyələşdirilməsi üçün vəsaitlərin ayrılması da diqqətdə saxlanılıb.

Nazir qeyd edib ki, 2024-cü ilin dövlət və icmal büdcələrinin tərtibində İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış ölkənin sosial-iqtisadi inkişafına dair proqnoz göstəriciləri əsas götürülüb. Ortamüddətli dövr üzrə büdcə-vergi siyasətinin formalaşdırılmasında qlobal və regional geosiyasi gərginlik, dünya enerji bazarında volatilliyin hökm sürməsi, təbii qazın qiymətinin və ölkədaxili neft hasilatının aşağı düşməsi kimi bir sıra xarici və daxili faktorlar nəzərə alınıb.

Samir Şərifov bildirib ki, növbəti il və sonrakı 3 il üzrə qeyd olunan çağırışlar, daxili və xarici mühit faktorları nəzərə alınmaqla, 2024-cü ilin dövlət büdcəsinin xərcləri 36 milyard 763 milyon manat həcmində təklif olunur. Bu, cari il üçün ilkin təsdiq olunmuş göstərici ilə müqayisədə 3 milyard 409 milyon manat, cari ilin iyununda yenidən baxılma ilə əhəmiyyətli dərəcədə artırılmış dövlət büdcəsi xərclərindən isə 138 milyon manat çoxdur. Xərclərin 93 faizi və ya 34 milyard 173 milyon manatının dövlət büdcəsinin gəlirləri hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.

Qeyd olunub ki, 2024-cü ilin gəlirləri 2023-cü il üçün təsdiq olunmuş gəlirlər proqnozu ilə müqayisədə 283 milyon manat və ya 0,8 faiz, 2022-ci ilin icra göstəricisi ilə müqayisədə isə 3 milyard 493 milyon manat və ya 11,4 faiz çox olacaq. Gəlirlər bərabər olaraq qeyri-neft sektoru və neft sektoru hesabına təmin olunacaq.

Diqqətə çatdırılıb ki, 2024-cü ilin dövlət büdcəsi xərclərinin 51,2 faizi və ya 18 milyard 833 milyon manatı məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulub. Dövlət büdcəsi xərclərinin prioritet istiqamətlərindən olan müdafiə və milli təhlükəsizlik xərclərinə 17,5 faiz və ya 6 milyard 421 milyon manat məbləğində vəsait nəzərdə tutulub. Bununla yanaşı, əsas prioritet istiqamətlərdən olan Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramının icrası üçün 4 milyard manat, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsinə 1 milyard 509 milyon manat, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası üçün 249 milyon manat vəsait yönəldiləcək.

Nazir bildirib ki, 2024-cü ilin dövlət büdcəsində məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərcləri üçün 2 milyard 957 milyon manat məbləğində vəsait nəzərdə tutulub. Bu, 2023-cü ilə nisbətən 123 milyon manat və ya 4,3 faiz çoxdur.

Qeyd olunub ki, növbəti ildə beynəlxalq fəaliyyətlə bağlı, o cümlədən beynəlxalq və regional təşkilatlara üzvlük haqqı, üzv olduğumuz maliyyə institutlarının səhm kapitalında iştirak, ölkəmizin xaricdəki diplomatik nümayəndəliklərinin saxlanılması, beynəlxalq və ölkə səviyyəli tədbirlərin keçirilməsi, Azərbaycanın həmtəsisçisi olduğu beynəlxalq investisiya və inkişaf fondlarının nizamnamə kapitalında Azərbaycan tərəfinin payı ilə bağlı xərclər üçün cəm olaraq 587 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. 2024-cü ildə keçirilməsi nəzərdə tutulan beynəlxalq səviyyəli tədbirlər üçün 200 milyon manat, Azərbaycanın xaricdəki 84 diplomatik nümayəndəlikləri, konsulluqlar və təmsilçilik ofislərinin fəaliyyəti üçün 198 milyon manat vəsait ayrılması planlaşdırılır. Beynəlxalq və regional təşkilatlara üzvlük haqqı və maliyyə institutlarının səhm kapitalında iştirakla bağlı xərclər üçün 22 milyon manat, beynəlxalq maliyyə institutlarında iştirakla bağlı xərclər üçün 10 milyon manat, xarici ölkələrə və beynəlxalq təşkilatlara yardımlarla bağlı xərclər üçün 80 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Ölkəmizin xaricdə fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin, ticarət nümayəndəliklərinin və diaspor təşkilatlarının dəstək tədbirlərinin maliyyələşdirilməsinə 31 milyon manat vəsaitin ayrılması gözlənilir.

Bildirilib ki, 2024-cü ildə insan hüquqları üzrə müvəkkilin fəaliyyətinin maliyyə təminatı üçün 6 milyon manat vəsait ayrılıb.

Samir Şərifov 2024-cü il üçün icmal büdcənin əsas göstəriciləri ilə bağlı diqqətə çatdırıb ki, icmal büdcənin gəlirləri 38 milyard 998 milyon manat, xərcləri 42 milyard 376 milyon manat, kəsiri isə 3 milyard 379 milyon manat həcmində proqnozlaşdırılır.

O qeyd edib ki, icmal büdcədə Dövlət Neft Fondunun gəlirləri 12 milyard 73 milyon manat, xərcləri isə 12 milyard 862 milyon manat təşkil edəcək. Növbəti ildə büdcənin gəlirləri və xərcləri bərabər olmaqla Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 6 milyard 920 milyon manat, İcbari Tibbi Sığorta Fondunun büdcəsi 2 milyard 811 milyon manat, İşsizlikdən Sığorta Fondunun büdcəsi 238 milyon manat, Naxçıvan Muxtar Respublikasının büdcəsi 516 milyon manat təşkil edəcək.

Maliyyə naziri çıxışının sonunda 2024-cü il üçün dövlət və icmal büdcələrinin layihəsinin Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin müdafiəsi və milli təhlükəsizliyi, Böyük qayıdışın uğurla həyata keçirilməsi, dövlətimizin hərtərəfli inkişafı və digər prioritet hədəfləri üçün maliyyə təminatı yaradacağını söyləyib.

İclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov palatanın 2024-cü ilin dövlət büdcəsinin layihəsinə dair rəyini təqdim edib. Bildirib ki, büdcə layihəsi ilə birgə hazırlanan və təqdim olunan sənədlər, əks etdirilən əsas göstəricilər qanunvericiliklə müəyyən olunmuş əsas tələblərə uyğundur. O bildirib ki, 2024-cü ilin dövlət büdcəsi ilə birlikdə təqdim olunmuş makroiqtisadi çərçivəyə əsasən, növbəti il ölkə iqtisadiyyatında əlverişli makroiqtisadi mühitin müşahidə ediləcəyi proqnozlaşdırılır. Belə ki, ölkə iqtisadiyyatında real artım, məqbul inflyasiya, profisitli tədiyyə balansı və sabit məzənnə nəzərdə tutulur.

Palata sədri büdcə layihəsində tətbiq edilən yeniliklərdən, büdcə sənədləşməsinin keyfiyyətinin artırılması istiqamətində atılan addımlardan danışıb, bu istiqamətdə bəzi təkmilləşdirmələrin aparılması ilə bağlı fikirlərini bölüşüb.

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov çıxışında bildirib ki, dünyada və regionda mövcud geosiyasi və hərbi vəziyyət ölkənin müdafiə qabiliyyətinin daim diqqətdə saxlanılmasını və daha da gücləndirilməsini tələb edir. Komitə sədri vurğulayıb ki, müdafiə və hüquq-mühafizə orqanlarında şəxsi heyətin tam komplektləşdirilməsi, həmin orqanların maddi-texniki təminatının daha da yaxşılaşdırılması, işğaldan azad olunmuş ərazilərdə müdafiə, hüquq-mühafizə orqanlarının müvafiq xidmətlərinin təşkili ilə bağlı tələb olunan vəsait 2024-cü ilin dövlət büdcəsində nəzərə alınmışdır. Ziyafət Əsgərov qeyd edib ki, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin gücləndirilməsi üçün gələn ilin büdcəsində 6,4 milyard manat vəsait nəzərdə tutulub ki, bu da 2023-cü illə müqayisədə 366 milyon manat və ya 6 faiz çoxdur.

Dövlət büdcəsinin əsaslı xərclər bölməsi üzrə xüsusi müdafiə təyinatlı layihələr və tədbirlərin maliyyə təminatı üçün də 3 milyard manat məbləğində vəsait ayrılacaqdır. Bu vəsait ölkənin müdafiə potensialının gücləndirilməsi və Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına sərf olunacaq. Komitə sədri büdcədə nəzərdə tutulan hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi tədbirlərindən danışıb, Böyük Qayıdışa dair Dövlət Proqramının icrası ilə bağlı fikirlərini bölüşüb.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov növbəti ilin dövlət büdcəsində beynəlxalq münasibətlər, beynəlxalq təşkilatlara üzvlük haqqı və digər beynəlxalq tədbirlərin maliyyələşdirilməsi üçün kifayət qədər vəsaitlərin nəzərdə tutulmasını yüksək qiymətləndirib. O, vurğulayıb ki, həm Xarici İşlər Nazirliyi, həm də Maliyyə Nazirliyi diplomatlarımızın maddi təminatını bu ildən başlayaraq ən yüksək səviyyədə təmin etmək üçün xüsusi addımlar atıb. Səməd Seyidov 2024-cü ilin büdcəsinin xarici siyasətimizin təmini, qlobal dünyada baş verən hadisələrə ən yüksək səviyyədə cavab vermək üçün lazımi imkanlar yaratdığını diqqətə çatdırıb.

Komitə sədri Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının, mədəniyyət mərkəzlərinin, ticarət nümayəndəliklərinin saxlanılması kimi istiqamətlərdə ayrılan xərcləri müsbət dəyərləndirib, ölkəmizin beynəlxalq fəaliyyətinin və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasının təmini ilə bağlı fikirlərini bölüşüb.

Sonra Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc 2024-cü ilin dövlət büdcəsini dünyanın müasir çağırışları kontekstində dəyərləndirərək sənədin bu çağırışlara adekvat cavab verməsindən danışıb.

Komitə sədri Azərbaycana qarşı beynəlxalq təzyiqlərin qat-qat artdığını vurğulayaraq bizə qarşı yönəlmiş çirkin kampaniyalarla mübarizənin gücləndirilməsi ilə bağlı fikirlərini bildirib. O, beynəlxalq məkanda müdafiə resurslarımızın artırılması bu istiqamətdə mütəxəssislərin hazırlanması kimi məsələlərə diqqəti artırmağın vacibliyini vurğulayıb.

O, həmçinin Abşeronda məskunlaşmanın sıxlığını vurğulayaraq, daxili miqrasiya, regionların tərəqqisi və infrastrukturun inkişaf etdirilməsi, bölgələrdə iqtisadi fəallığın artırılması və digər məsələlərlə bağlı qeyd və təkliflərini səsləndirib.

Sonra parlamentin İntizam komissiyasının sədri Eldar İbrahimov çıxış edib. Eldar İbrahimov 2024-cü ilin dövlət büdcəsinin Azərbaycanın sosial-iqtisadi inkişafına xidmət etməsindən söz açıb, müdafiə və təhlükəsizlik sahəsinə ayrılan vəsaitlərdəki artımı müasir çağırışlara adekvat olduğunu bildirib. Eldar İbrahimov vurğulayıb ki, gələn ilin büdcəsi sosial və iqtisadi sahələrin inkişafını dəstəkləməklə o cümlədən sosial, təhlükəsizlik və bərpa istiqamətində dövlət siyasətini həyata keçirmək üçün mühüm maliyyə bazası yaradacaq.

Komitələrin birgə iclasında insan hüquqları üzrə müvəkkil Səbinə Əliyeva 2024-cü ilin əsas maliyyə sənədi keçmiş məcburi köçkünlərin öz ata-baba torpaqlarına qayıtması, onların 30 ilə yaxın müddət ərzində pozulmuş hüquq və azadlıqlarının bərpa olunması istiqamətində imkanlar yaratdığını qeyd edib. Büdcə layihəsinin əhalinin həyat səviyyəsinin və yaşayışının daha da yaxşılaşmasına, onların hüquqlarının səmərəli təmin edilməsinə yönəldiyini vurğulayan Səbinə Əliyeva insan hüquqlarının daha səmərəli təmini baxımından həlli zəruri hesab olunan məsələlərdən danışıb.

İnsan hüquqları üzrə müvəkkil bəzi iqtisadi və sosial istiqamətlər üzrə insan hüquqlarının daha səmərəli təmin edilməsi, o cümlədən aztəminatlı ailələrin və əhalinin həssas qruplarının üzləşdikləri problemlərin həlli məqsədilə bir sıra təkliflərini verib.

Qanun layihəsinin müzakirələrində çıxış edən bir sıra deputatlar 2024-cü ilin dövlət büdcəsi layihəsi ilə bağlı rəy və təkliflərini bildirib, suallarını səsləndiriblər.

Sonra maliyyə naziri Samir Şərifov deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirib, səsləndirdikləri sualları cavablandırıb.

Müzakirələri Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli yekunlaşdırıb və deputatlar “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsini birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

Türkiyənin cənubunda üç zəlzələ baş verib

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar