Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində büdcə zərfi müzakirə edilib

Bakı, 10 noyabr, AZƏRTAC

Noyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2022-ci ilin büdcə zərfinə daxil olan “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri birinci oxunuşda müzakirəyə çıxarılıb.

AZƏRTAC xəbər verir ki, iclasda komitənin sədri Tahir Mirkişili öncə Vətən müharibəsində qazanılan Qələbədən söz açıb və düz bir il əvvəl - 10 noyabr 2020-ci il tarixdə işğalçı Ermənistanın kapitulyasiya aktı imzalamağa məcbur olduğunu qeyd edib. O, Zəfər bayramı münasibətilə təbriklərini çatdırıb, hamıya uğurlar arzulayıb.

Gündəlik barədə məlumat verən Tahir Mirkişili VI çağırış Milli Məclisin rəhbərliyinin apardığı islahatlar nəticəsində komitə iclaslarının inklüzivliyinin artırıldığını, iclasların daha əhatəli və daha effektiv keçməsinin təmin olunduğunu qeyd edib. Azərbaycan Prezidentinin parlament qarşısında qoyduğu tövsiyələrlə əlaqədar qanunvericiliyin keyfiyyətinin artırılması və qəbul olunan aktların icrası zamanı daha çox effektivliyə nail olunması istiqamətində mühüm addımlar atıldığını bildirib. Nəzərə çatdırıb ki, məhz bu baxımdan Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə bugünkü iclasda komitə üzvləri ilə birgə parlamentdə təmsil olunan siyasi partiyaların nümayəndələri də iştirak edirlər. Vurğulayıb ki, bu, həm də Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasi islahatların qanunverici orqan tərəfindən dəstəklənməsinin bariz nümunəsidir.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri bildirib ki, Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə təqdim olunan, gələn il üçün dövlət büdcəsinin layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər “Büdcə sistemi haqqında” qanunvericiliyin tələblərinə uyğun qaydada hazırlanıb. Təqdim olunmuş layihələrə Hesablama Palatası rəy verib.

Sonra iclasda maliyyə naziri Samir Şərifov çıxış edərək 2022-ci ilin dövlət və icmal büdcələrinin layihələri və sonrakı 3 il üçün icmal büdcənin əsas göstəriciləri barədə ətraflı məlumat verib. Həmin sənədlərlə birlikdə bir sıra qanunlara, o cümlədən Vergi Məcəlləsinə, sosial sığorta, dövlət rüsumu, dövlət satınalmaları, hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası, büdcə sistemi, dövlət borcu haqqında və digər qanunlara dəyişikliklərin edilməsini nəzərdə tutan qanun layihələrinin də təqdim olunduğunu bildirib.

2022-ci ilin dövlət büdcəsi xərclərinin 29 milyard 879 milyon manat məbləğində təklif olunduğunu bildirən Samir Şərifov qeyd edib ki, bu, 30 il əvvəl müstəqilliyini bərpa etmiş ölkəmizin müstəqillik tarixində ən böyük büdcəsidir və növbəti il üçün proqnozlaşdırılan Ümumi Daxili Məhsulun (ÜDM) 34,5 faizinə bərabərdir.

İclasda bildirilib ki, gələn ilin büdcəsinin prioritet xərclərində işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması ön sırada dayanır. Amansız düşmənin vəhşicəsinə talan etdiyi kənd, qəsəbə və şəhərlərin yenidən qurulması və tarixi simalarının qaytarılması, ərazilərin minalardan təmizlənməsi, zəruri yol-nəqliyyat, elektrik, rabitə, su, qaz və digər kommunal infrastrukturların, həmçinin sosial-mədəni obyektlərin tikintisi, mədəni-tarixi abidələrin bərpası istiqamətində başlanılmış böyük həcmli işlər sürətlə davan etdirilməkdədir. Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsini və Zəfər yolunun açılışını əzəmətli bərpa prosesi kimi dəyərləndirən nazir qeyd edib ki, növbəti ildə də işğaldan azad olunmuş ərazilərin bərpası məqsədi üçün 2,2 milyard manat vəsait ayrılması nəzərdə tutulur.

Samir Şərifov deputatlara məlumat verib ki, Silahlı Qüvvələrimizin müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi, dövlətin milli təhlükəsizliyinin gücləndirilməsi, işğaldan azad edilmiş ərazilərdə hərbi hissələrin yerləşdirilməsi, bərpa edilmiş dövlət sərhədlərinin sərhədçilərimiz tərəfindən etibarlı qorunması, eləcə də həmin ərazilərdə ictimai asayişin təmin edilməsi üçün gələn ilin büdcə xərclərinin 15 faizi həcmində və yaxud 4 milyard 490 milyon manat vəsait nəzərdə tutulub.

Diqqətə çatdırılıb ki, büdcədə xalqın rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin təmin edilməsi, 2022-ci ilin yanvarın 1-dən əməkhaqlarının və əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin artırılması da nəzərdə tutulub.

Komitə iclasında gələn ilin büdcə layihəsində digər sahələrə ayrılan vəsaitlər barədə də ətraflı məlumat verilib.

Sonra iclasda iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edib. Son illər ölkəmizdə dövlət başçısının rəhbərliyi ilə milli iqtisadiyyatın şaxələndirilməsi və rəqabət qabiliyyətli sahələrin inkişafının stimullaşdırılması, investisiya və biznes mühitinin yaxşılaşdırılması, kiçik və orta sahibkarlığın dəstəklənməsi və davamlı inkişafı, iqtisadiyyatda şəffaflığın gücləndirilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirildiyini bildirib. Hazırda Azərbaycanın 2022-2030-cu illəri əhatə edən yeni strateji inkişaf mərhələsinə daxil olduğunu vurğulayıb. Bildirib ki, ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən bu strateji dövrdə qarşımızda iqtisadi artımın daha dayanıqlı drayverlərinin hərəkətə gətirilməsi, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin, innovasiya yönümlülüyünün və maliyyə dayanıqlığının daha da gücləndirilməsi və azad edilmiş ərazilərin reinteqrasiyası kimi yeni vəzifələr durur.

Cari iqtisadi vəziyyət barədə danışan iqtisadiyyat naziri tikinti sektoru istisna olmaqla iqtisadiyyatın bütün sahələrində artım templərinin sürətləndiyini qeyd edib. Bu ilin yanvar-sentyabr aylarında ÜDM-in 4,8 faiz, o cümlədən qeyri-neft sektorunda ÜDM-in 6,2 faiz artdığını deyib. Bildirib ki, əgər 2017-2020-ci illərdə qeyri-neft sənayesində əlavə dəyərin orta illik artım tempi 9,3 faiz təşkil edirdisə, bu ilin 9 ayında qeyri-neft sənayesində əlavə dəyər 20 faizədək artıb. Nəticədə 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2021-ci ilin 9 ayında qeyri-neft sənayesinin ÜDM-də xüsusi çəkisi 7,8 faizdən 8,5 faizə yüksəlib.

Deputatların nəzərinə çatdırılıb ki, ölkəmizdə bütün sənaye zonaları üzrə nəzərdə tutulan 6,7 milyard manat həcmində investisiyaların 6,3 milyard manatı artıq həyata keçirilib. Bu ilin 9 ayında özəl sektorun investisiyalarında 11 faizədək real artım olub. Sözü gedən dövrdə qeyri-neft ixracının həcmində 41 faizədək artım müşahidə olunub ki, bu da ən yüksək tarixi göstəricidir. 2021-ci il üzrə qeyri-neft ixracının həcminin 2,4 milyard ABŞ dolları ətrafında olacağı gözlənilir.

Mikayıl Cabbarov vurğulayıb ki, 2021-ci ildə ölkədə iqtisadi artımın bərpası və sürətlənməsində pandemiya ilə bağlı hökumətin iqtisadiyyata genişmiqyaslı dəstək proqramlarının həyata keçirilməsi mühüm rol oynayıb. Bu məqsədlə noyabrın 1-dək 243 mindən çox muzdlu işçiyə 250 milyon manatadək vəsait ödənib, 108 minədək fərdi (mikro) sahibkara 113 milyon manatdan çox maliyyə dəstəyi göstərilib.

Məlumat verilib ki, bu ilin 9 ayında vergi daxilolmaları 12 faiz artaraq 6,4 milyard manata çatıb, 9 aylıq proqnoz 120,2 faiz səviyyəsində icra olunub, proqnozdan əlavə dövlət büdcəsinə 1 milyard manatdan çox vəsait daxil olub.

İqtisadiyyat naziri deputatlara qeyri-neft sektoru üzrə vergi daxilolmaları, ticarət sahəsində dövriyyələrin leqallaşmasında yeni nəsil onlayn kassa aparatlarının tətbiqinin mühüm rolu, əmək bazarının leqallaşması istiqamətində irəliləyişlər, 2022-2026-cı illər üzrə yeni strategiya və proqnozlar və s. barədə də ətraflı məlumat verib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev qeyd edib ki, icmal büdcənin tərkib hissəsi kimi həm Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsi, eyni zamanda, İşsizlikdən Sığorta Fondunun büdcəsi Milli Məclisə təqdim olunub. Növbəti ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 5 milyard 307 milyon manat və ya cari illə müqayisədə 161 milyon manat artıq proqnozlaşdırılıb. Bu artımın sektorlar üzrə bölgüsündə xüsusilə məcburi dövlət sosial sığorta haqları üzrə ciddi artımlar müşahidə olunur. 18 faizlik artım proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 645 milyon manat artıq deməkdir. Bunun büdcə təşkilatları üzrə artım 364 milyon manat və ya 27 faiz, qeyri-büdcə təşkilatları üzrə isə artım 13 faiz və ya 282 milyon manat olaraq proqnozlaşdırılır. Eyni zamanda, məcburi dövlət sosial sığorta haqlarının artımından irəli gələrək dövlət öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən edilən transferin məbləği də 486 milyon manat azaldılır.

Nazirin verdiyi məlumata görə, beləliklə gələn il Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin 80 faizi sosial sığorta haqları hesabına formalaşacaq ki, bu da Fondun maliyyə müstəqilliyinin təmin olunmasında və DSMF tərəfindən islahatların həyata keçirilməsində çox önəmli amildir.

Sahil Babayev deyib ki, əlavə ödənişlərin qarşısının tam şəkildə alınması üçün Dövlət Sosial Müdafiə Fondu tərəfindən ardıcıl olaraq xərclərin də monitorinqi həyata keçirilir. Növbəti ilin xərcləri cari ilin xərclərindən 3,1 faiz artıq olmaqla 161 milyon manat artımı olmaqla, 5 milyard 307 milyon manat məbləğində qiymətləndirilir. Bunun 4 milyard 951 milyon manatı əmək pensiyaları üzrə, 182 milyon manatı məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər üzrə planlaşdırılır.

Bildirilib ki, sosialyönümlü siyasət nəticəsində gələn il orta pensiyanın aylıq məbləğinin artaraq 345 manata çatması, yaşa görə əmək pensiyasının isə 358 manatdan 375 manata qalxması gözlənilir. Növbəti ildə 16 min 500 ailədə kiçik mikrotəsərrüfatların yaradılması planlaşdırılır.

Sonra iclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov başçılıq etdiyi qurumun 2022-ci ilin dövlət büdcəsinin layihəsinə dair rəyini təqdim edib. Diqqətə çatdırıb ki, Hesablama Palatasının rəyində ali audit orqanının qiymətləndirmələrini ifadə edən məlumatlar da əks olunub, eyni zamanda, mütərəqqi təcrübə kimi “Proqnoz maliyyə məlumatlarının yoxlanılması” standartından istifadə edilib.

Rəydə büdcə parametrlərinin daha çox makrogöstəricilər üzərindən təhlili aparılıb, büdcə qaydası və ortamüddətli büdcə planlaşdırılmasına diqqət yetirilib, dövlət büdcəsinin layihəsi və onunla birgə təqdim edilən sənədlərin hüquqi aktlara, ölkənin strateji sənədlərinə, mütərəqqi təcrübəyə və beynəlxalq təşkilatlar tərəfindən tövsiyə olunan istiqamətlərə adekvatlığına, eyni zamanda, proqnozlaşdırılmış göstəricilərə və dövlət maliyyəsinin idarəedilməsi ilə bağlı verilmiş izah və məlumatlara münasibət bildirilib.

Hesablama Palatasının qənaətinə görə, 2022-ci ilin dövlət büdcəsinin gəlirləri 2021-ci ilin müvafiq göstəricisindən çox, gözlənilən icra göstəricisindən az olmaqla nəzərdə tutulub.

Qurum gələn il üçün proqnozlaşdırılan inflyasiya və iqtisadi artım amilini, eləcə də Vergi Məcəlləsinə ediləcək dəyişiklikləri, ticarət tərəfdaşlarında qiymət artımlarının sürətlənməsi halını diqqətə alaraq həm vergi, həm də gömrük orqanları vasitəsilə icra edilən gəlirlərin toplanmasında risklərin olmayacağı fikrindədir.

Vüqar Gülməmmədov deyib ki, 2022-ci il üzrə dövlət büdcəsinin xərcləri də artımla proqnozlaşdırılıb. Əvvəlki 2 ildə olduğu kimi, büdcə xərclərində “İqtisadi fəaliyyət” bölməsinin xüsusi çəkisi yenə ən böyük pay göstəricisinə malikdir. İşğaldan azad edilmiş torpaqlarımızın bərpası istiqamətində aktiv fəaliyyət fonunda bu, dövlətin iqtisadi inkişafı dəstəkləməsi vasitəsi kimi qəbul edilməlidir.

Palata sədri bildirib ki, 2022-ci ilin dövlət büdcəsi xərclərini xarakterizə digər bir meyl iqtisadi təsnifat üzrə 2017-ci ildən sonra ilk dəfə “Əməyin ödənişi” bölməsinin payının ən böyük göstərici olmaqla proqnozlaşdırılmasıdır ki, bu, ölkə rəhbərliyinin sosial sahəyə diqqətinin bir təzahürü kimi qiymətləndirilməlidir.

Hesablama Palatasının rəyi barədə ətraflı məlumat verən sədr Vüqar Gülməmmədov nəzərə çatdırıb ki, rəydə əldə edilmiş nəticələrə əsaslanmaqla kifayət qədər tövsiyələr əks olunub. Həmin tövsiyələr şəffaflıq və hesabatlılığın daha da yaxşılaşdırılması, mövcud uyğunsuzluqların aradan qaldırılması, dövlət vəsaitlərinin idarə olunmasının təkmilləşdirilməsi və digər istiqamətləri nəzərdə tutur.

Büdcə zərfinə daxil olan qanun layihələri barədə məlumatlar dinlənildikdən sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirələr başlanıb.

Müzakirələrdə komitə sədrinin müavini Əli Məsimli, komitə üzvləri Vahid Əhmədov, Ziyad Səmədzadə, Vüqar Bayramov, Elnur Allahverdiyev, siyasi partiya təmsilçilərindən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Respublikaçı Alternativ Partiyasının nümayəndəsi Erkin Qədirli, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev layihələri geniş təhlil ediblər, rəy və təkliflərini hökumət üzvlərinin diqqətinə çatdırıblar.

Sonra iclasda nazirlər Samir Şərifov, Mikayıl Cabbarov və Sahil Babayev deputatların suallarına cavab veriblər.

Müzakirələri İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili yekunlaşdırıb.

Komitədə baxılan büdcə zərfinə dair qanun layihələri yekdil qərarla Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb

Avropa İttifaqı Ukrayna və Moldova ilə üzvlük danışıqlarına başlayır

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Son illərdə ölkədə qan donorlarının sayı davamlı şəkildə artır VİDEO

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

Milli Qurtuluş Günü müasir Azərbaycanın siyasi, iqtisadi və ideoloji dayağıdır - ŞƏRH

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Bu il 102 nömrəli tam orta ümumtəhsil məktəbindən 150 şagird məzun olub VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər VİDEO

Nazir müavini: Gənclərin texnologiyaların yalnız istifadəçisi deyil, həm də yaradıcısı olmağını istəyirik

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

Bu saata olan əsas xəbərlər

Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Füzuli şəhər məktəbində “Son zəng” sevinci VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Muxtar respublikanın təhsil naziri: Naxçıvan məktəblərində təmayül tədris modeli tətbiq olunacaq VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO

ÜST Ümumdünya Qan Donoru Günü ilə bağlı hesabat hazırlayıb

Şimal bölgəsində 6 minə yaxın şagird məzun olub - FOTOLAR

Azad edilmiş ərazilərdə 47 müəssisədə əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri aparılıb

Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir

Qarabağ və Şərqi Zəngəzurda iki yeni qan bankı fəaliyyət göstərəcək