Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin komitə iclasında müzakirə edilən 9 məsələ plenar iclasa tövsiyə olunub

Bakı, 10 noyabr, AZƏRTAC

Noyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Tahir Mirkişili iclası açaraq gündəliyə 9 məsələnin daxil edildiyini deyib.

O bildirib ki, bu günlər ölkəmiz və xalqımız üçün tarixi günlərdir. İki il əvvəl Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu uğurlu hərbi əməliyyatlar keçirərək Ermənistanı kapitulyasiya aktı imzalamağa məcbur edib. İki il öncə Azərbaycanın 30 il ərzində işğal altında qalmış əraziləri azad olunub, regionda yeni reallıqlar yaranıb. Ötən müddət ərzində Azərbaycanın regiondakı mövqeyi siyasi, iqtisadi, hərbi baxımdan daha da möhkəmlənib. Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalanıb. Bu gün işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması istiqamətində işlər sürətlə davam edir. Ötən iki il ərzində dövlət büdcəsindən bu istiqamətdə 4,8 milyard manata yaxın vəsait cəlb olunub və bütün infrastruktur, o cümlədən yol, su, qaz, enerji xətləri inşa olunub. Habelə, bu ərazilərin minalardan təmizlənməsi ilə bağlı bir çox işlər görülüb, keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıdışına başlanılıb.

Komitə sədri diqqətə çatdırıb ki, 2023-cü ilin dövlət büdcəsi ilə yanaşı, Prezident tərəfindən Milli Məclisə büdcə paketinə əlavə olunan qanun layihələri də daxil olub. Bunlardan biri Vergilər Məcəlləsinə təklif olunan dəyişikliklərlə bağlıdır. O, qeyd edib ki, məcəlləyə ilk dəfə olaraq yeni XIX fəslin əlavə edilməsi təklif olunur. Bu fəsildə işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların vergidən azad olunması və dövlətin təşviq mexanizmləri ilə bağlı məsələlər öz əksini tapıb. Eyni zamanda, şəhid ailələrinin, əhalinin həssas təbəqəsinin gəlirlərinin vergidən azad olunması, aqrar sektorda emal sənayesinin dəstəklənməsi ilə bağlı vergi güzəştləri və təşviq mexanizmləri bu dəyişikliklərdə yer alıb.

Sonra İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini Samirə Musayeva Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) təqdim edib. Bildirilib ki, Məcəlləyə 42 maddə, 112 bənd üzrə bir neçə istiqamətdə dəyişikliklər təklif olunur. Layihəyə investisiya mühitinin, o cümlədən yerli istehsalın təşviqi ilə bağlı vergi yükünün azaldılması, ləğv prosesində olan kredit təşkilatlarının sabit vergi xərclərinin azaldılması, bank hesablarının açılması, bir sıra inzibatçılıq tədbirlərinin təkmilləşdirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılması və beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin qorunması ilə bağlı istiqamətlər üzrə dəyişiklikləri əhatə edən müddəalar daxil edilib.

Sənəddə işğaldan azad edilmiş ərazilər üzrə vergi təşviqlərinin verilməsi nəzərdə tutulub. Məcəlləyə bununla bağlı yeni fəslin əlavə edilməsi təklif olunur. Əlavədə işğaldan azad edilmiş ərazinin rezidentlərinin 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad edilməsi, habelə bu azadolmanın işğaldan azad edilmiş ərazinin rezidentinin həmin ərazidəki fəaliyyəti ilə bağlı əldə olunan satışdankənar gəlirlərinə də şamil edilməsi nəzərdə tutulur. Bununla yanaşı, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazinin rezidentləri tərəfindən istehsal fəaliyyəti sahələri üzrə xammal və materialların idxalının 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində ƏDV-dən azad edilməsi, hüquqi şəxslərin səhmdarlarının dividend gəlirlərinin 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azad edilməsi və bir sıra digər güzəştlər təklif olunur.

Layihədə aqrar emal fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə də vergi təşviqlərinin verilməsi ilə bağlı güzəştlər nəzərdə tutulur. Belə ki, siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş idxal mallarını yerli istehsal malları ilə əvəz edəcək qida məhsullarının istehsalını həyata keçirən fərdi sahibkarların və hüquqi şəxslərin əldə etdiyi gəlirin 50 faizinin gəlir vergisindən, habelə həmin fəaliyyət prosesində istifadə etdikləri əmlaka və torpağa görə əmlak və torpaq vergilərindən müvafiq siyahının təsdiq edildiyi ildən etibarən 7 il müddətinə azad edilməsi təklif olunur.

Digər təşviq tədbirləri ilə bağlı diqqətə çatdırılıb ki, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi məqsədilə, o cümlədən kənd təsərrüfatı sahəsində aparılan təşviq siyasətinin davam etdirilməsi, sosial məsuliyyət tədbirlərinin stimullaşdırılması məqsədilə dövlət müəssisələri tərəfindən çəkilən xərclərin vergitutma məqsədləri üçün nəzərə alınması, ölkə daxilində tütün məhsullarının istehsalı sahəsinə dəstək göstərilməsi, vergi ödəyicilərinin maliyyə yükünün azaldılması məqsədilə siyahısı təsdiq edilmiş əsas vəsaitlərin idxalının müddətsiz olaraq ƏDV-dən azad edilməsi və digər müddəalar da layihəyə daxil edilib.

Vurğulanıb ki, ləğv prosesində olan kredit təşkilatlarının sabit vergi xərclərinin azaldılması ilə əlaqədar Vergi Məcəlləsində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə müflis elan olunmuş kredit təşkilatlarının əmlak və torpaq vergilərindən azad edilməsi, vergi borclarına faizlərin hesablanmasının dayandırılması və vergi borcu ilə bağlı əmlakının siyahıya alınmaması, habelə ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək aktivlərin təqdim edilməsi, bankın iflas proseduru çərçivəsində aktivlərinin təqdim edilməsinin ƏDV-dən azad edilməsi müddətinin 2026-cı il yanvarın 1-dək uzadılması üzrə dəyişikliklər nəzərdə tutulur.

Sənəddə vergi ödəyicilərinə hesabların açılması ilə bağlı bir sıra inzibatçılıq tədbirlərinin təkmilləşdirilməsinə dair, habelə vergi inzibatçılığı üzrə dəqiqləşdirici və tənzimləyici bir sıra müddəalar, o cümlədən sahibkarlıq subyektləri üçün iqtisadi cəhətdən əlverişsiz olan bəzi mexanizmlərin dəqiqləşdirilməsi və inzibatçılığın sadələşdirilməsi ilə bağlı məsələlər öz əksini tapıb.

Bildirilib ki, Məcəllədə sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılmasına yönəlmiş dəyişikliklər də yer alıb. Belə ki, şəhid statusu verilmiş şəxsin valideynlərinin, dul arvadlarının (ərlərinin) və övladlarının əməkhaqqı gəlirləri ilə bağlı 800 manat məbləğində vergi güzəştinin verilməsi, həmçinin 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri və arvadları (ərləri) ilə yanaşı, övladlarına da əməkhaqqı gəliri ilə bağlı güzəştlərin verilməsi, beynəlxalq idman yarışları ilə bağlı həmin yarışların təşkilatçıları tərəfindən verilən mükafatların tam dəyərinin, habelə ölkədaxili idman yarışları ilə bağlı respublika idman federasiyaları və idman klubları tərəfindən pul şəklində verilən mükafatların dəyərinin 50 min manatadək hissəsinin gəlir vergisindən azad edilməsi və digər güzəştlərlə bağlı dəyişikliklər təklif olunur.

Sənəddə beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin qorunmasına yönəlmiş bir sıra dəyişikliklər də nəzərdə tutulub.

Məsələ ilə bağlı müzakirələrdə komitənin sədr müavini Əli Məsimli, üzvləri Vahid Əhmədov, Ziyad Səmədzadə, Rüfət Quliyev, Aydın Hüseynov, Məşhur Məmmədov, Elnur Allahverdiyev çıxış edərək, layihə barədə fikirlərini, qeydlərini və təkliflərini səsləndiriblər. Deputatlar dəyişikliklərin məqsədəmüvafiq olduğunu qeyd ediblər.

Müzakirələrin sonunda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deputatların suallarını ətraflı cavablandırıb.

Sonra komitə sədri Tahir Mirkişili gündəliyin növbəti 4 məsələsini diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı bildirilib ki, sənəd gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsaitdən, cərimələrdən və gömrük ödənişlərindən istifadənin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Təklif olunan dəyişiklik gömrük əməkdaşlarının sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edəcək.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə əlaqədar qeyd edilib ki, layihə “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinə uyğun olaraq hazırlanıb. Məcəlləyə təklif olunan dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərdə əmək fəaliyyətinə cəlb edilənlərə münasibətdə iş icazəsinin müddəti hər dəfə 2 ildən çox olmamaq şərtilə uzadıla bilər. Təqdim edilən layihədə ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün həmin kateqoriyadan olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə dövlət rüsumunun məbləği müəyyən edilir.

Bildirilib ki, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) icmal büdcənin tərkib hissəsi olacaq icbari tibbi sığorta fondunun gəlir və xərclərinin icmal büdcənin gəlir və xərclərində nəzərə alınması qaydasını müəyyən edir.

Qeyd olunub ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi nağdsız hesablaşmaların əhatə dairəsinin genişləndirilməsini nəzərdə tutur. Təklif olunan dəyişikliyə əsasən, bu sıraya tibb müəssisələri ilə yanaşı, özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan ödənişlər də əlavə edilir. Bununla da bütün özəl tibb fəaliyyətinə nağdsız əməliyyatlara münasibətdə eyni hüquqi rejim tətbiq olunur.

Müzakirələrdə komitə üzvləri Məşhur Məmmədov və Vahid Əhmədov bəzi qeydlərini bildiriblər.

Sonra iclasda iştirak edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov növbəti 3 məsələni təqdim edib.

“Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı diqqətə çatdırılıb ki, sənəddə radiotezlik resurslarının müddətli (10 il müddətinə) ayrılması, radiotezliklərin ayrılması haqqında qərarın ləğvi əsaslarının müəyyən olunması nəzərdə tutulub. Həmçinin, radiotezliklərdən istifadəyə dair müqavilə şərtlərinin, müqavilənin nümunəvi formasının hüquqi cəhətdən tənzimlənməsi, radiotezliklərin ayrılması haqqında qərar olmadan radiotezliklərdən istifadə etməklə radioelektron vasitələrin layihələndirilməsi, quraşdırılmasının və istismar edilməsinin, habelə istifadəsinə icazə vərəqəsi olmadan radioelektron vasitələrin quraşdırılmasının və istismar edilməsinin qadağan edilməsi təklif olunur. Layihəyə əsasən, beynəlxalq və ölkə səviyyəli tədbirlərin, o cümlədən idman yarışlarının keçirildiyi müddətdə radiotezlik istifadəçilərinin radiotezlik zolaqlarından istifadə hüququ dövlət təhlükəsizliyi məqsədləri üçün müstəsna hallarda məhdudlaşdırıla bilər. Radiotezliklərin müddətli ayrılmasına keçid ilə əlaqədar olaraq radiotezlik istifadəçilərinə vurulan zərərə görə kompensasiya ödənilir.

Bildirilib ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində (birinci oxunuş) təklif edilən dəyişikliklər ölkə ərazisində radiotezliklərdən istifadə üzrə müvafiq qərar və radioelektron vasitələrinin istifadəsinə icazə vərəqəsi olmadan radioelektron vasitələrin layihələndirilməsi, quraşdırılması və istismar edilməsinin yolverilməzliyi ilə bağlı tələblərin, habelə müəyyən edilən güc meyarı həddindən artıq olan radioötürücülərin xüsusi icazə olmadan əldə edilməsi və idxalının qadağan edilməsinin hüquqi əsasının müəyyən edilməsi məqsədilə hazırlanıb.

Vurğulanıb ki, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) isə “Telekommunikasiya haqqında” Qanuna uyğun olaraq terminlərin dəqiqləşdirilməsini nəzərdə tutur.

Komitə üzvləri Məzahir Əfəndiyev, Vahid Əhmədov, Məşhur Məmmədov, Elnur Allahverdiyev bir sıra məqamlarla bağlı suallarını səsləndiriblər.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, Dövlət Radiotezliklər İdarəsinin rəis müavini, rəis vəzifəsini icra edən İlham Əsədov, idarənin hüquq şöbəsinin müdiri Musa Rəsulov qaldırılan məsələlərə aydınlıq gətiriblər.

Sonra komitə sədri Tahir Mirkişili sonuncu məsələ - Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə məlumat verib. Bildirilib ki, bu qanun layihəsi “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2022-ci il 13 may tarixli 536-VIQD nömrəli Qanunun tətbiqi və “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Qanunun tətbiq edilməsi barədə” Azərbaycan Prezidentinin 2001-ci il 19 iyul tarixli 540 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Prezidentin 2022-ci il 8 iyun tarixli 1711 nömrəli Fərmanının icrası məqsədilə hazırlanıb.

Əmək Məcəlləsinin 118-ci maddəsinin 1-ci hissəsinin “ç” bəndi və 2-ci hissəsinin “c” bəndinin, həmçinin Vergi Məcəlləsinin 102.6.2-ci və 102.6.3-cü maddələrinin ümumi təhsil müəssisələrinin hazırda mövcud olan növlərinə uyğunlaşdırılması aparılıb.

İclasın sonunda gündəliyə daxil edilən 9 məsələnin hamısı Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vahid geyim forması təlim-tərbiyə mühitində sosial bərabərliyi və nizam-intizamı gücləndirir

Sankt-Peterburqa dron hücumu nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var YENİLƏNİB

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Müstəqilliyin bərpasından 35 il ötür VİDEO

Bakıda aktiv həyat tərzinin təbliğinə həsr olunan kütləvi yürüş keçirilib

Ülviyyə Zülfiqar: Azərbaycanın 35 illik müstəqillik tarixi güclü dövlətçilik ənənələrinin təntənəsidir

Azərbaycan Premyer Liqasında VIII tura 2 oyunla yekun vurulur

Hüquqşünas: Müstəqil və suveren Azərbaycanın qarşısında daha böyük hədəflər var

Azərbaycan güləş üzrə U-23 dünya çempionatında növbəti medallarını qazanıb

Azərbaycan xalqı öz dövlət müstəqilliyini əsrlər boyu apardığı mübarizənin nəticəsi olaraq bərpa edib - ŞƏRH

FHN: Xırdalanda baş verən yanğın tam söndürülüb, xəsarət alan olmayıb – YENİLƏNİB 2

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

Polşada 1500 NATO hərbçisinin iştirakı ilə təlimlər keçiriləcək

Tramp Rusiya əleyhinə sanksiyalarla bağlı qərarının dünyaya fayda verəcəyini bildirib

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Fransada keçirilən aksiya zamanı 150 təhlükəsizlik əməkdaşı xəsarət alıb

Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq

Fransada iğtişaşçılar tarixi bələdiyyə binasını yandırıblar

Hindistanda kollecdə işıq dirəyi aşıb, ölənlər və yaralananlar var

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib

Fransada iğtişaşların vurduğu ziyan qiymətləndirilir

Nyu-York metrosunda atışma: 1 nəfər öldürülüb

Pentaqon rəhbəri: İran Nüvə ambisiyalarından əl çəkməsə, məhv olacaq

Tramp İrana hücumları müdafiə etdi: "Orada bir az daha qala bilərik"

Moskva meri daha 25 dronun məhv edildiyini bildirib

DİN: “Qarabağ” – “Neftçi” matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

Professor İradə Bağırovanın yubileyində Azərbaycan tarixinin aktual problemlərinə nəzər salınıb

İtaliyada Azərbaycanın Müstəqilliyinin Bərpasının 35-ci ildönümü qeyd olunub

İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 günlük plan təqdim edib: "Seçim Vaşinqtonundur"

Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi

Şahruddin Məhəmmədəliyev: 3:1-dən sonra da nəticəni dəyişəcəyimizə inanırdıq

Bundesliqa: “Bavariya” öz meydanında “Leypsiq”i darmadağın edib

Türkiyəli siyasətçi: Azərbaycan və Türkiyə bir-birindən ayrılmazdır

Fransada keçirilən aksiyalarda yüz minlərlə insan iştirak edib, nümayişlərdə zorakılıq halları qeydə alınıb YENİLƏNİB

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Azərbaycan FIFA U-15 Dünya Çempionatı və Festivalına hazırlaşır VİDEO

Şahin İsmayılov: Bakı Zirvə Görüşü Azərbaycanın Avrasiya məkanında birləşdirici rolunu bir daha nümayiş etdirdi

Nika Çitadze: Azərbaycan ilə Gürcüstan arasında əlaqələr təhsil sahəsində də uğurla inkişaf edir

Fransada dəmir yolu işçilərinə də tətil çağırışı edilib

Qurban Qurbanov: “Neftçi” və “Sabah” fərqli səviyyəyə yüksəlib

“Neftçi”nin baş məşqçisi: Artıq “Qarabağ” və “Sabah”dan çəkinmirik

İKTA internet operator və provayderləri üzrə şikayət hesabatını açıqlayıb

Ukrayna Silahlı Qüvvələrinin rəsmisi cəbhədəki son vəziyyət barədə məlumat açıqlayıb

Premyer Liqa: 6 qolun vurulduğu “Qarabağ" - "Neftçi" oyunu heç-heçə ilə bitib

Azərbaycan cüdoçuları Asiya Açıq Turnirinin ilk günündə 8 medal qazanıblar

PFL "Qarabağ”ı və “Neftçi”ni 1000-ci oyunlarına görə mükafatlandırıb

Azərbaycanın və Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq genişlənir, 60-a yaxın sənəd imzalanıb

Media: İranın cənubunda partlayış səsləri eşidilib

Cüdo üzrə Naxçıvan birinciliyinin qalibləri bəlli olub

Bu saata olan əsas xəbərlər

QMİ-nin sədri G20 Dinlərarası Forum Assosiasiyasının İşçi qrupunun iclasında iştirak edib

"Borussiya Dortmund" "Sabah"la oyundan öncə Bundesliqada xal itirib

Gürcüstanda yaşayan azərbaycanlı müəllim: Azərbaycan dövləti bizə daim diqqət və qayğı göstərir

Hörmüz boğazında daha bir tanker minaya düşüb

Qazaxda 12 yaşlı qızı avtomobil vurub

Lənkəranda “Vətənə fəda olmuş sevgilər” adlı bədii kompozisiya təqdim edilib

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

Füzuli Şəhəri Günündə ustad dərsləri VİDEO

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür