Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb

Bakı, 9 iyul, AZƏRTAC

İyulun 9-da parlamentin növbədənkənar sessiyasının son plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli idarə edib.

Cari məsələlərin müzakirəsi zamanı deputatlar Nigar Arpadarai, Rəşad Mahmudov, Razi Nurullayev, Mahir Abbaszadə, Qüdrət Həsənquliyev, Sahib Alıyev, Ramil Həsən, Cavid Osmanov, Müşfiq Cəfərov və Bəhruz Məhərrəmov pandemiya ilə mübarizə, Qarabağ, Zəngəzur iqtisadi rayonlarının yaradılması və seçiciləri düşündürən məsələlərlə bağlı fikirlərini bildiriblər.

Sonra Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli diqqətə çatdırıb ki, gündəliyin ilk 7 məsələsi üçüncü oxunuşda olan qanun layihələridir.

Əvvəlcə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsi (üçüncü oxunuş) üzərində ikinci oxunuşdan sonra aparılmış işlər barədə məlumat verib. Bildirib ki, layihə ilə bağlı bütün məsələlərə aydınlıq gətirilib.

Sonra məsələ səsə qoyulub və 8 fəsil, 23 maddədən ibarət olan “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli növbəti məsələlər - Əmək Məcəlləsində, Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində, Mülki Məcəllədə, Vergi Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, İnzibati Prosessual Məcəlləsində, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “Dövlət rüsumu haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında” və “İnzibati icraat haqqında” qanunlarda dəyişiklik edilməsi və “Mediasiya haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinin üçüncü oxunuşu barədə məlumat verib.

Bildirilib ki, dəyişikliklər “Mediasiya haqqında” Qanunun tətbiqi ilə bağlıdır. “Mediasiya haqqında” Qanun qüvvədədir və onun “Məcburi mediasiya” hissəsi iyul ayının 1-dən qüvvəyə minib. Qəbul ediləcək dəyişikliklər isə o məsələnin prosessual əsaslarını yaradır.

Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Sonra iclasda “Dövlət qulluğu haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Diplomatik xidmət haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanunlarda və Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də, 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də, 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də və 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsinə üçüncü oxunuşda baxılıb. Sənədlə əlaqədar parlament sədrinin birinci müavini, komitə sədri Əli Hüseynli məlumat verib. Bildirib ki, dəyişiklik xüsusi dövlət orqanından dövlət qulluğuna, dövlət qulluğundan xüsusi dövlət qulluğuna keçən zaman sınaq müddətinin və stajın yenidən tətbiq olunmamasını özündə ehtiva edir.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sonra parlament sədrinin birinci müavini deyib ki, gündəliyin növbəti üç məsələsi - Mülki Prosessual Məcəllədə, “Dövlət rüsumu haqqında” qanunda və İnzibati Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihələridir. Bu layihələr cənab Prezidentin məhkəmə-hüquq islahatları çərçivəsində imzaladığı Fərmanın icrası ilə bağlı təqdim olunub. Qeyd edilib ki, əvvəlcə bu, gündəliyin 4 məsələsi kimi nəzərdə tutulmuşdu. İnzibati Prosessual Məcəllədə dəyişiklik edilməsi barədə iki qanun layihəsi var idi. Həmin iki layihəni birləşdirərək bir sənəd kimi təqdim etmək qərara alınıb.

Əli Hüseynli bildirib ki, qanun layihəsi ictimai müzakirə formatında komitələrin birgə iclasında geniş müzakirə olunub, hüquq ictimaiyyətini, daha çox vəkilləri narahat edən məsələlərə aydınlıq gətirilib.

Hər üç qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Sonra Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli diqqətə çatdırıb ki, növbəti məsələ hökumətlərarası müqavilə ilə bağlı olduğuna görə bir oxunuşda müzakirə olunacaq.

"Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Belarus Respublikasının Müdafiə Nazirliyi arasında ikitərəfli əməkdaşlığın həyata keçirilməsi zamanı məxfi informasiyanın qarşılıqlı ötürülməsinə dair" Müqavilənin təsdiq edilməsi haqqında qanun layihəsi barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib. Bildirib ki, 13 maddədən ibarət sənəddə tərəflərin məxfi məlumatlar üzrə öhdəlikləri öz əksini tapıb.

Sənəd barədə komitə sədrləri Siyavuş Novruzovun, Zahid Orucun, deputatlardan Qüdrət Həsənquliyevin və Fəzail Ağamalının fikirləri dinlənildikdən sonra layihə səsə qoyularaq təsdiqlənib.

Sonra Əli Hüseynli bildirib ki, gündəliyin növbəti 4 məsələsi uyğunlaşdırma və dəqiqləşdirmə xarakterlidir və bir oxunuşda qəbul olunacaq. Məlumat verib ki, gündəliyin 9-cu məsələsi Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir. Milli Məclisdə “Dənizçinin şəxsiyyət sənədi haqqında” Əsasnamə qanunla təsdiq edilib. Dəyişikliyə görə, bu iki sənəd bir-birilə uyğunlaşdırılır.

Layihə səsə qoyularaq təsdiqlənib.

Gündəliyin növbəti 3 məsələsi barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Əli Məsimli məlumat verib.

Bildirib ki, Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində və "Dəniz limanları haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi Bakı Beynəlxalq Dəniz Limanı Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamında dəyişiklik edilməsi barədə 11 fevral 2021-ci il Sərəncamı əsasında hazırlanıb.

"Dövlət rüsumu haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi isə dəqiqləşdirmə xarakterlidir.

Əli Məsimli diqqətə çatdırıb ki, "Torpaq bazarı haqqında", "Beynəlxalq xüsusi hüquq haqqında", "Dövlət satınalmaları haqqında", "Xüsusi iqtisadi zonalar haqqında", "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" və "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi isə torpaq bazarı, beynəlxalq xüsusi hüquq, dövlət satınalmaları, xüsusi iqtisadi zonalar, ölçmələrin vəhdətinin təmin edilməsi və akkreditasiya sahəsində münasibətlərin "Ələt azad iqtisadi zonası haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənməsini nəzərdə tutur.

Sonuncu layihə barədə deputatlardan Rəşad Mahmudovun və Etibar Əliyevin fikirləri dinlənildikdən sonra hər üç qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq təsdiqlənib.

Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gündəliyin sonuncu məsələsi - Azərbaycan Respublikası Milli Məclisinin İntizam komissiyasının Əsasnaməsi haqqında Qərar layihəsi barədə məlumat verib.

Bildirib ki, Hüquq siyasəti və dövlət quruculuğu komitəsi İntizam komissiyası ilə birlikdə bu sənədin hazırlanması üçün bir müddət layihə üzərində işləyiblər. Bu, qərar layihəsidir və intizam məsələləri ilə bağlı heç bir yeni maddi hüquq normaları yaratmır. Milli Məclisin deputatının intizam məsələləri qanunvericilikdə əksini tapıb. Bu qərar layihəsi isə Milli Məclisin özünün yaratdığı İntizam komissiyasının prosessual əsasları ilə əlaqədardır.

İclasda çıxış edən Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, komitə sədri Siyavuş Novruzov, deputatlardan Tahir Kərimli, Fəzail Ağamalı və Etibar Əliyev fikirlərini açıqlayıblar. Sənəd barədə danışan Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov deputatların qaldırdıqları məsələlərə münasibət bildirib və bu Əsasnamənin hazırlanmasına verdiyi dəstəyə görə Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkürünü ifadə edib.

Sonra Qərar layihəsi səsə qoyularaq təsdiqlənib.

İclasa yekun vuran Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli diqqətə çatdırıb ki, bu gün növbədənkənar sessiyanın sonuncu iclasıdır. Növbədənkənar sessiya dövründə parlamentimiz 30-dan artıq qanun və qərar qəbul edib. İnanırıq ki, həm siyasi fəaliyyətimiz, həm də qəbul etdiyimiz qanunlar və qərarlar ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış Zəfərdən sonra qarşıya qoyulan hədəflərin əldə edilməsinə köməklik göstərəcəkdir.

Əli Hüseynli diqqətə çatdırıb ki, bu dövr ərzində parlamentin beynəlxalq fəaliyyəti də çox səmərəli olub. O, Milli Məclisin rəhbərliyi adından deputatlara təşəkkürünü bildirib və növbədənkənar sessiyanı bağlı elan etdikdən sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Bununla da Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

NATO təliminin iştirakçıları üçün ekskursiyalar təşkil olunub

Ağdam Sənaye Parkında un istehsalı layihəsi həyata keçiriləcək

Hakim vəzifələrinə təyin olunmuş prokurorluq əməkdaşlarına fəxri fərmanlar təqdim edilib

Azərbaycanın logistika imkanları İzmirdə təqdim olunub

Xaçmazlı və qusarlı məzunlar Prezident təqaüdçüsü oldular

Bakıda növbəti “Xarici Siyasət Proqramı” təşkil olunub

AZAL 9 ayı artım və beynəlxalq nailiyyətlərlə başa vurub

Türkiyədə Ankaranın paytaxt elan edilməsinin 103-cü ildönümü qeyd olunur

NİİM-dən motosiklet və skuter idarə edənlərə xəbərdarlıq VİDEO

NİİM-dən motosiklet və skuter idarə edənlərə xəbərdarlıq VİDEO

Qızıl və gümüş bahalaşıb

Azərbaycan güləşçisi U-23 dünya çempionatının finalına vəsiqə qazanıb

Neft ucuzlaşır

Sumqayıt, Ağdaş və Göyçayın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

“Sabah” Çempionlar Liqasında “Slaviya” ilə qarşılaşacaq

Azərbaycan nefti 131 dollara satılır

BDYPİ-dən sürücülərə xəbərdarlıq: Dəmir yolu keçidləri təhlükəli yol sahəsidir! VİDEO

BDYPİ-dən sürücülərə xəbərdarlıq: Dəmir yolu keçidləri təhlükəli yol sahəsidir! VİDEO

Xarkov şəhərinə intensiv hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Pakistanda qatarın relsdən çıxması nəticəsində beş nəfər ölüb

“44” bədii filmi ilə bağlı mətbuat konfransı təşkil olunub

Aeroport şosesində qəza nəqliyyatın sıxlığına səbəb olub

BVF Yaxın Şərqdəki vəziyyətlə əlaqədar yeni qiymət artımı riski barədə xəbərdarlıq edib

Azərbaycanın nəhəng kinematoqrafiya layihələrindən birinin – “44” bədii filminin premyerası olub

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Nizami rayonunda qaz təchizatında fasilə yaranacaq

Bakının iki rayonunda elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ekspert: Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir

Panamada 6,4 bal gücündə zəlzələ baş verib

Şimali Koreya taktiki ballistik raketi sınaqdan keçirib

Novak: Hörmüz boğazına görə qlobal bazara gündə 6-7 milyon barel neft çatdırılmır

Rubio və Miliband Böyük Britaniyada ABŞ aktivlərinin qorunmasını müzakirə ediblər

Daimi nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb