Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin nümayəndə heyəti ABŞ-da işgüzar səfərdə olub

Vaşinqton, 30 mart, AZƏRTAC 

Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Sahibə Qafarova və Asim Mollazadədən ibarət nümayəndə heyəti Vaşinqton şəhərində işgüzar səfərdə olub.

Nümayəndə heyəti ABŞ Konqresi Senatının və Nümayəndələr Palatasının üzvləri, Konqresin Azərbaycan üzrə İşçi Qrupunun həmsədrləri, Konqresin rəhbər üzvlərinin peşəkar heyəti, Dövlət Departamentinin rəsmiləri ilə görüşüb, Amerika İsrail İctimai Əlaqələr Komitəsinin (The American Israel Public Affairs Committee - AIPAC) Vaşinqtonda keçirilən Siyasi Konfransının Azərbaycan-İsrail münasibətlərinə həsr olunmuş tədbirinə qatılıb, habelə ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində (The Center for Strategic and International Studies - CSIS) “Dəyişən Qafqazda Azərbaycan: xarici və daxili siyasətdə inkişaflar” mövzusunda müzakirələrdə spiker qismində çıxış ediblər.

Konqresdə və Dövlət Departamentində keçirilmiş görüşlər çərçivəsində Azərbaycan-ABŞ strateji tərəfdaşlığının əhəmiyyəti vurğulanıb və bu tərəfdaşlığın daha da gücləndirilməsinin vacibliyi qeyd olunub. Azərbaycanın xüsusilə Avropanın enerji təhlükəsizliyində rolu, terrorçuluğa qarşı mübarizə və Əfqanıstanda əməliyyatlara dəstək kontekstində gördüyü işlər və ABŞ-la əməkdaşlığı yüksək qiymətləndirilib. ABŞ-ın Avropadakı müttəfiqlərinin enerji təhlükəsizliyinə daha geniş töhfə verməsi nəzərdə tutulan “Cənub Qaz Dəhlizi” layihəsinin yekunlaşması istiqamətində işlərin Vaşinqton tərəfindən dəstəklənməsinin önəmi görüşlərdə xüsusi qeyd olunub.

Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı islahatlar və son aylarda görülmüş tədbirlər barədə Konqres üzvlərinə məlumat verilib. Konqres üzvləri ölkəmizdə aparılan sosial-iqtisadi və siyasi islahatların ABŞ-Azərbaycan münasibətlərinə müsbət təsirini vurğulayıblar.

Görüşlərdə tərəflər regionda gedən proseslər barədə də fikir mübadiləsi aparıblar. Azərbaycanlı deputatlar ölkəyə qarşı geosiyasi təzyiqlərin qarşısının alınması baxımından ABŞ-ın siyasi dəstəyinin vacibliyini diqqətə çatdırıblar.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə cari vəziyyət müzakirələrin əsas mövzularından biri olub. Ermənistanda baş verən siyasi dəyişikliklərdən sonra onun siyasi rəhbərliyi tərəfindən səsləndirilmiş bəyanatlar Konqres üzvlərinin diqqətinə çatdırılıb. Bununla yanaşı, münaqişənin həllində ABŞ-ın rolunun daha da artırılmasının əhəmiyyətli olduğu bildirilib.

Görüşlər zamanı parlamentlərarası əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Bu sahədə qarşılıqlı səfərlərin daha da artırılmasının vacib olduğu diqqətə çatdırılıb.

Martın 29-da ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin və Amerika Xarici Siyasət Şurasının Mərkəzi Asiya-Qafqaz İnstitutunun birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə Azərbaycan nümayəndə heyətinin üzvləri spiker qismində çıxış edərək, iştirakçılara Azərbaycanda və regionda baş verən hadisələr barədə məlumat veriblər, ölkədə həyata keçirilən silsilə islahatların təfərrüatları barədə fikirlərini bölüşüblər. Avropa İttifaqı ilə Azərbaycan arasında yeni tərəfdaşlıq sazişi, Cənub Qaz Dəhlizinin reallaşması istiqamətində işlər, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanda siyasi və sosial-iqtisadi vəziyyət azərbaycanlı deputatların diqqətə çatdırdıqları əsas məsələlər olub. Nümayəndə heyətinin üzvləri tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar.

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov AZƏRTAC-a müsahibəsində nümayəndə heyətinin ABŞ-a səfərinin çox səmərəli keçdiyini bildirib. Qeyd edib ki, səfər zamanı konqresmenlərlə, senatorlarla və Konqresin rəhbər üzvlərinin peşəkar heyəti ilə Azərbaycanın reallıqları, ölkədə həyata keçirilən islahatlar və ən əsası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi ətraflı müzakirə olunub. ABŞ qanunvericiləri nümayəndə heyətini çox yüksək səviyyədə qəbul edib, öz dəstəklərini əsirgəməməyə hazır olduqlarını bildiriblər. Konqres üzvləri hazırda Azərbaycanda həyata keçirilən islahatları bəyənirlər və bunun davamlı olmasına tərəfdardırlar.

Səməd Seyidov bu səfərin müsbət əks-səda verəcəyinə, eləcə də ABŞ-Azərbaycan əlaqələrinin daha da genişlənəcəyinə, Azərbaycan milli maraqlarının ABŞ-da yüksək səviyyədə əks etdiriləcəyinə əmin olduğunu bildirib.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Milli Məclisin nümayəndə heyəti ABŞ-da işgüzar səfərdə olub

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident Ərdoğan: Türkiyənin təhlükəsizliyi ölkə sərhədləri hüdudlarından kənarda başlayır

Avropa Komissiyası: Lüksemburqda pensiya islahatı doğru, lakin çox kiçik addımdır

Əhməd İsmayılov: Erkən yaşlarda tənzimlənməyən sosial şəbəkə istifadəsi müxtəlif problemlərə səbəb olur

Hesabat: Həkimlər süni intellekti səhiyyə sistemində AI texnologiyalarının tətbiqindən daha sürətlə mənimsəyirlər

Startap təsisçisi: Yanaşmamız “iLoyal”ı vahid biznes platforması kimi inkişaf etdirməkdir - MÜSAHİBƏ

® “AZEXIM CLUB”ın TOP-50 üzvü dövlət və hökumət başçıları ilə gorüşəcəklər

Hərbi Dəniz Qüvvələrində döyüş atışlı taktiki təlim

Klassik ənənə və müasir yanaşma: Beynəlxalq Muğam Mərkəzində növbəti konsert

MEDİA yeni qanun layihəsinin ictimai müzakirəsini təşkil edib

Maurits Rodenberq: Orta Dəhliz regiona yeni investisiyaların cəlb olunmasına imkan yaradacaq

“AzerGold”da Kəlbəcərin Söyüdlü qızıl yatağı layihəsinin icra vəziyyəti nəzərdən keçirilib

İsraildə xərçəngin böyüməsini ləngidən nanohissəciklər yaradılıb

Fərid Pərdəşünas: Mənfi halların qarşısını almaq üçün yeni qanun layihəsinin qəbulu vacibdir

Bərpaolunan dəniz energetikası Çini enerji ilə təmin edir

Azərbaycanın süni intellekt və rəqəmsal iqtisadiyyatı Ankarada təqdim olunub

Aİ Şurası və Avropa Parlamenti müdafiə sənayesinin gücləndirilməsinə razılıq verib

Tarixin söz körpüsü: bölgə yazarları Şəkidə bir araya gəldi

Rabatda Azərbaycanın müstəqilliyinin 108-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib

Sofiyada motosikletçilər sığorta qiymətlərinin artmasına etiraz edəcəklər

İsmayıllıda Qafqaz Albaniyasının etnomədəni irsi araşdırılır – ekspedisiya rəhbəri ilə müsahibə

Azərbaycanda dağınıq skleroz üzrə aparılan tədqiqatlar Türkiyədə təqdim edilib

FIFA prezidenti: Los-Ancelesə dünya çempionatında “xoşbəxt barbarlar” axın edəcəklər

® SİMA həlləri Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində

DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər

® “Expressbank” “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026”nın rəsmi tərəfdaşıdır

Britaniyada müdafiə xərclərinin maliyyələşdirilməsi üçün vergi artımı gündəmdədir

Rumen Radev Ukraynaya silah tədarükünün dayandırıldığını açıqlayıb

İncəsənət məktəblərində ilk dəfə mərkəzləşdirilmiş buraxılış imtahanları: məzunlara elektron şəhadətnamə veriləcək

Qazaxıstan ABŞ şirkətlərini nadir metal yataqlarının işlənməsinə dəvət edib

Mustafa Aşurov: Səid Rüstəmovun musiqi irsi onun adını daşıyan orkestr tərəfindən uğurla yaşadılır

İkinci rübdə qlobal neft ehtiyatları gündəlik 6,3 milyon barel azalacaq – PROQNOZ

Çinin Sian Şiyou Universitetinin nümayəndə heyəti BDU-da olub

İsveçdə partiya liderinin çoxminlik tirajı olan kitabı müzakirə edilir

Gürcüstanda keçirilən əməliyyat zamanı 119 nəfər saxlanılıb

İran Amerika bazasındakı dörd obyektə zərbə endirib

AzMİU-da “Risklərin qiymətləndirilməsi və idarə olunması” Elmi-Tədqiqat Mərkəzi yaradılıb

Belçikada “İRS” Nəşriyyat Evinin yeni nəşrlərinin təqdimatı olub

Azərbaycan şahmatçıları Dünya Kubokunda mübarizə aparacaqlar

Şimali Kipr universitetlərinə daxil olmaq istəyən azərbaycanlı abituriyentlərə tövsiyə

Şimal-qərb bölgəsində tütün yığımına başlanılıb

Vətəndaşların penitensiar sahə ilə bağlı müraciətləri dinlənilib

Sosial Xidmətlər Agentliyinin əməkdaşları məhkumlarla görüşüblər

İqtisadiyyat naziri Mikayıl Cabbarov İTV-yə və AZƏRTAC-a müsahibə verib

Fındıq bağlarında fitosanitar monitorinqlər aparılıb

Cari ildə qlobal neft tələbatının sutkada 1,1 milyon barel azalacağı gözlənilir

Azərbaycan parataekvondoçusu: Qazandığım qızıl medallar sayəsində dünya reytinqində ikinci yerə yüksəldim

Azərbaycan və Britaniya arasında ikiqat vergitutmanın aradan qaldırılmasına dair yeni Konvensiya layihəsi üzrə danışıqlar baş tutub

“Klinik qastroenterologiya” dərsliyi nəşr olunub

Gənclərin potensialını düzgün istiqamətləndirmək üçün nələr təklif edilir?

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

ABŞ-nin neft hasilatında məhdud artım gözlənilir

Dövlət qulluğunda daxili müsahibələrin keçirilmə qrafiki müəyyənləşdirilib

Azərbaycan Beynəlxalq Nəqliyyat Forumunun Dayanıqlı Mobillik üzrə İşçi qrupunda təmsil olunur

Fransada dəmiryol işçilərinin aksiyası problemlər yaradıb

İsveç vətəndaşlarının Avrozonaya qoşulmaq həvəsi azalır

Qlobal LNG ticarəti ötən il 5 faiz artıb

Azərbaycanda inflyasiyanın həcmi açıqlanıb

Akademik: Əsas məsələ neftə malik olmaq deyil, ondan səmərəli istifadə etməkdədir

“Qurtuluş məfkurəsi: Xilaskarlıq missiyasından Zəfər zəmanəsinə” adlı tədbir təşkil olunub VİDEO

“Qurtuluş məfkurəsi: Xilaskarlıq missiyasından Zəfər zəmanəsinə” adlı tədbir təşkil olunub VİDEO

Azərbaycanlı voleybolçular Serbiyada təlim-məşq toplanışı keçəcəklər

Seçmə mərhələ: Futzal üzrə Azərbaycan millisinin püşkatmadakı səbəti bəlli olub

Yaponiya dəniz plastik tullantılarını aşkar etmək üçün müəssisə istifadəyə verib

İstehlakçıların ticarət şəbəkələrində aldıqları məhsulun dəyəri 3,8 faiz artıb

Birgə səylərlə uşaqlar üçün daha təhlükəsiz rəqəmsal mühit yaratmaq mümkündür ŞƏRH

Azərbaycanın strateji valyuta ehtiyatları 15,2 faiz artıb

Süni intellekt 2030-cu ildə təqribən trilyon kilovat-saat elektrik enerjisi istehlak edə bilər

“Şəfa” klubu növbəti transferini reallaşdırıb

Zərifə Quliyeva: “Qəhrəmanlıq zirvəsi” kitabını 10 cilddə ərsəyə gətirməyi planlaşdırıram

Mütəxəssis: Sosial şəbəkələrdə yaş məhdudiyyəti uşaqların təhlükəsizliyinə müsbət təsir göstərəcək

Nazir müavini: Kitabxanaların 90 faizdən çoxu beynəlxalq standartlara cavab vermir

“Qəbələ” afrikalı futbolçu ilə vidalaşıb

Azərbaycanda muzdla çalışanların ortaaylıq əməkhaqqı 1170 manatı ötüb

Aİ Rusiyaya qarşı 21-ci sanksiya paketinin müzakirəsinə başlayıb

Ankarada VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna həsr olunan təqdimat və panel müzakirə təşkil edilib

Neft-qaz sektorunda 16 milyard manatdan çox ÜDM istehsal olunub

BASF konserninin rəhbəri: Avropanın kimya sənayesi son 25 ilin ən dərin böhranı ilə qarşılaşıb

Bu il qlobal neft tədarükü gündəlik 98,9 milyon barel olacaq

Dövlət Statistika Komitəsi: Əhalinin gəlirləri artıb

Təbii sərvətlərdən əldə olunan gəlirlərin səmərəli istifadəsi Azərbaycanın strateji gücünü möhkəmləndirir - ŞƏRH

Aqil Bəhramlı: Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin inkişaf yolunun başlanğıcıdır

Geoloqların proqnozu: Afrikada yeni dəniz yarana bilər

ABŞ səfirliyi diplomatların İsrail daxilində hərəkətini məhdudlaşdırıb

Sabah 33 dərəcə isti olacaq

Qardaşlıqdan strateji tərəfdaşlığa: Şuşa Bəyannaməsinin iqtisadi nəticələri – ŞƏRH

® “TəhsilPlus” kartlarının ilk kütləvi təqdimatına Gəncə-Daşkəsən regionundan start verilib

Nazir: Mədəniyyət Konsepsiyasının əsas məqsədi mədəniyyətə əlçatanlığın təmin edilməsidir

Azərbaycanda ÜDM-in həcmi açıqlanıb

Vüqar Zeynalov: Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan tərəqqi yoluna qədəm qoyub

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 noyabr tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanın müdafiə naziri Serbiyada rəsmi səfərdədir

Nazir: İdman sahəsində sıx əməkdaşlıq Azərbaycan və Serbiya prezidentlərinin qarşımıza qoyduğu vəzifənin məntiqi nəticəsidir – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Nazir: İdman sahəsində sıx əməkdaşlıq Azərbaycan və Serbiya prezidentlərinin qarşımıza qoyduğu vəzifənin məntiqi nəticəsidir – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Media: Aviaşirkətlər qış uçuş cədvəllərində böyük dəyişikliklərə hazırlaşır

Araşdırma: İtlər insan mesajlarını sözlər olmadan da anlaya bilir

ABŞ neft qiymətləri ilə bağlı proqnozunu artırıb

Beynəlxalq Sivilizasiyalararası Dialoq Günü

Fransada yaşlı insanların sayının artacağı gözlənilir

Nazir: Məqsədimiz ölkə əhalisinin ən azı 95 faizini kitabxana xidmətləri ilə əhatə etməkdir

Tovuz Rayon Prokurorluğunda “Açıq qapı” günü

Bu saata olan əsas xəbərlər

Rəssam Yelizaveta Nevinnaya: Bakı tamaşaçısı üçün çalışmaq mənə maraqlı gəldi