Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin plenar iclasında büdcə zərfinə daxil olan məsələlər müzakirə edilib

Bakı, 17 noyabr, AZƏRTAC

Noyabrın 17-də Milli Məclisin növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova iclasda iştirak edən hökumət təmsilçilərini, deputatları və media nümayəndələrini 17 Noyabr - Milli Dirçəliş Günü münasibətilə təbrik edib.

Sonra iclasda “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuş) müzakirəyə çıxarılıb.

Qanun layihəsi barədə məlumat verən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, Azərbaycan vətəndaşlarının, şəhid ailələrinin, Qarabağ əlillərinin, qazilərin, veteranların, aztəminatlı vətəndaşların, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin daxili siyasətinin prioritet istiqamətlərindəndir və birinci oxunuşda parlamentin müzakirəsinə təqdim olunan “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsi də bu ali niyyəti rəhbər tutaraq tərtib edilib.

Bildirilib ki, qanun layihəsində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2022-ci il üçün gəlirləri və xərcləri bərabər olmaqla 5 milyard 307 milyon manat proqnozlaşdırılır ki, bu da cari ilin göstəricisindən 429 milyon manat və ya 8,8 faiz çoxdur.

DSMF-nin xərcləri barədə danışarkən komitə sədri fondun gələn il xərclərinin 96,7 faizinin və ya 5 milyard 133 milyon manatının əhaliyə ödənişlər təşkil edəcəyini vurğulayıb. Büdcə layihəsində əmək pensiyalarının sığorta hissəsinin artırılması üçün təxminən 210 milyon manat vəsait nəzərdə tutulub.

Qeyd olunub ki, əmək pensiyalarının orta aylıq məbləğinin 2022-ci ildə 345 manata yüksəldilməsi proqnozlaşdırılıb. Əmək pensiyasının minimum məbləğinin isə 200 manatdan 240 manata qaldırılması nəzərdə tutulub. Növbəti ildə yaşa görə pensiyanın cari ildəki 331 manatdan 41 manat artırılaraq 372 manata, əlilliyə görə pensiyanın 261 manatdan 38 manat artırılaraq 299 manata, ailə başçısını itirməyə görə pensiyanın 263 manatdan 35 manat artırılaraq 298 manata çatdırılması nəzərdə tutulub. Qeyd edilib ki, əvvəlki illərdə olduğu kimi, növbəti ildə də əvəzetmə əmsalının, yəni orta aylıq pensiya məbləğinin orta aylıq əmək haqqı məbləğinə nisbəti Avropa Sosial Xartiyasının tələblərinə cavab verməklə, 43 faiz olacağı proqnozlaşdırılıb.

2022-ci ildə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə, uşağın anadan olmasına görə, 3 yaşına çatanadək uşaqlara qulluğa görə və dəfn üçün müavinətlərin maliyyələşdirilməsi üçün 182 milyon manat vəsait nəzərdə tutulub. Bu müavinətlərin ödənilməsi xərclərinin artım tempi bütün növ müavinətlər üzrə proqnozlaşdırılıb. Ən yüksək artım 66,7% olmaqla 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar müavinət növü üzrə müşahidə edilir.

Sonra əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsinin parametrləri barədə məlumat verib.

Fondun gəlirlərinin strukturunu açıqlayan nazir müavini 2022-ci il üçün gəlirlərin 78 faizinin və ya 4 milyard 148 milyon manatının məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalardan formalaşacağını, bunun cari ilin müvafiq göstəricisindən 646 milyon manat və ya 18 faiz çox olduğunu bildirib.

Bildirilib ki, ümumilikdə 2021-ci ilin təsdiq edilmiş göstəriciləri ilə müqayisədə 2022-ci il üçün büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 25 faiz və ya 333 milyon manat, qeyri-büdcə sektoru üzrə daxilolmalar isə 15 faiz və ya 313 milyon manat artımla proqnozlaşdırılıb.

2022-ci ildə fonda dövlət büdcəsindən ayrılan transfertin gəlirlərdə payı 2017-ci illə müqayisədə 16,5 faiz bəndi azalaraq, 38,1 faizdən 21,6 faizə endirilib. Vurğulanıb ki, sosial sığorta haqlarının yığımının proqnoza nisbətən artımı, habelə sosial ödəniş məbləğlərinin qanunvericiliyə uyğunlaşdırılması nəticəsində cari ilin yekunları üzrə fondun ciddi ehtiyat yastığının formalaşması planlaşdırılır.

Anar Kərimov çıxışında fondun fəaliyyət istiqamətləri üzrə ümumilikdə 66 xidmətin elektronlaşdırılması, onlardan 42 xidmətin proaktiv qaydada həyata keçirilməsi nəticəsində ümumilikdə 312 min proaktiv təyinatın aparıldığını vurğulayıb. Görülmüş məqsədyönlü tədbirlər nəticəsində Fondun bütün ölkə üzrə maliyyə və mühasibatlıq işi mərkəzləşdirilərək maliyyə əməliyyatlarına nəzarət gücləndirilmiş, sosial ödənişlərin məmur-vətəndaş təması olmadan bir mərkəzdən şəffaf və operativ təyinatı təşkil olunub. Həmçinin nazir müavini qeyd edib ki, hazırda isə ünvanlı dövlət sosial yardımı üzrə maddi-məişət şəraitinin yoxlanılması, habelə ölkə üzrə arxiv işlərinin mərkəzləşdirilməsi istiqamətində aparılan işin ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulub.

Sonra qanun layihəsinin müzakirələri başlayıb. Müzakirələrdə çıxış edən Milli Məclisin komitə sədrləri Hicran Hüseynova, Siyavuş Novruzov, Qənirə Paşayeva, deputatlar Elnur Allahverdiyev, Vüqar İskəndərov, Qüdrət Həsənquliyev, Tahir Kərimli, Vahid Əhmədov, Əli Məsimli, Fazil Mustafa, Etibar Əliyev, Jalə Əhmədova, Məlahət İbrahimqızı, Afət Həsənova, Rüfət Quliyev əhalinin həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi işlərinin davam etdirilməsini təqdir ediblər. Vurğulanıb ki, Azərbaycanın büdcə vəsaitlərində sosial yönümlü xərclərin prioritetliyini saxlaması onu göstərir ki, pandemiyaya və müharibədən yeni çıxmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz dayanıqlığını qoruyub saxlayıb. Deputatlar ilk dəfə DSMF-yə büdcədən transfertin məbləğinin əhəmiyyətli dərəcədə azaldılmasını müsbət hal kimi dəyərləndiriblər. Deputatlar şəhid ailələrini, qaziləri düşündürən məsələlər, həmçinin işsizliyin azaldılması, pensiyaların, müavinətlərin və əlilliyin təyinatı ilə bağlı fikirlərini, rəy və təkliflərini hökumət üzvlərinin diqqətinə çatdırıblar.

Müzakirələrin yekununda “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra gündəliyin növbəti məsələsi olan “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuş) barədə məlumat verən komitə sədri Musa Quliyev diqqətə çatdırıb ki, İşsizlikdən sığorta fondunun büdcəsi keçənilki büdcəsindən 14 faiz çox olmaqla, fondun 2022-ci il büdcəsinin gəlirləri və xərcləri bərabər şəkildə - 180 milyon 375 min manat məbləğində müəyyənləşdirilib. Fondun büdcəsinin 75,7 faizinin, yəni, 136,4 milyon manatının işsizlikdən sığorta haqları üzrə, 24,3%-i və ya 43,9 milyon manatının isə cari ilin qalıq vəsaiti hesabına formalaşdırılması proqnozlaşdırlıb.

Komitə sədri qeyd edib ki, xərclərin bütün istiqamətləri üzrə ötən ildən çox vəsait nəzərdə tutulub. Qeyd olunub ki, xüsusən özünüməşğulluq tədbirlərinin təşkilinə 76 milyon 110 min manat məbləğin ayrılması 20 minə yaxın ailənin özünüməşğulluq proqramı ilə əhatə olunmasına şərait yaradacaq.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Prezident İlham Əliyevin islahatlar planına uyğun olaraq məşğulluq xidmətlərinin müasir tələblər səviyyəsində qurulması istiqamətində görülən sistemli tədbirlərdən danışıb. 2019-2030-cu illəri əhatə edən Məşğulluq Strategiyasında müəyyən edilmiş əmək bazarının inkişafı, işsiz və işaxtaran şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətləri üzrə görülən və görüləcək işlər barədə deputatlara məlumat verib.

Qanun layihəsi ilə bağlı komitə sədri Qənirə Paşayeva, deputatlardan Vahid Əhmədov, Sahib Alıyev çıxış edərək fondun ötən dövrdən qalan qalıq vəsaiti, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin olunması, haqqı ödənilən ictimai işlərlə bağlı fikirlərini səsləndiriblər.

Deputatlar “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsini də birinci oxunuşda səsə qoyaraq qəbul ediblər.

İclasın ikinci hissəsində gündəliyin növbəti məsələsinə keçməzdən əvvəl Milli Məclisin sədri Sahibə Qafarova Müdafiə Nazirliyinin açıqlaması barədə deputatlara məlumat verib. S.Qafarova bildirib ki, məlumata görə, noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbçisi şəhid olub, 10 nəfər hərbi qulluqçu isə yaralanıb. Milli Məclis sədrinin təklifi ilə plenar iclasda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sahibə Qafarova parlamentin adından şəhid olan hərbi qulluqçularımızın yaxınlarına dərin hüznlə başsağlığı verib, onlara səbir diləyib və yaralıların tezliklə sağalmasını arzulayıb.

Sonra parlament “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanunun layihəsinə (birinci oxunuş) baxıb. Sənəd barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib. O, qanun layihəsində 2022-ci il üçün yaşayış minimumunun ölkə üzrə 196 manatdan 210 manata, əmək qabiliyyətli əhali üçün 207 manatdan 220 manata, pensiyaçılar üçün 162 manatdan 176 manata, uşaqlar üçün 175 manatdan 193 manata qaldırılmasının təklif edildiyini bildirib.

Təqdimatdan sonra qanun layihəsi birinci oxunuşda səsə qoyulub və qəbul edilib.

İclasda növbəti məsələ - “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi (birinci oxunuş) barədə məlumat verən komitə sədri Musa Quliyev bildirib ki, gələn il üçün ünvanlı dövlət sosial yardımının təyini üçün ehtiyac meyarının həddinin 200 manat məbləğində müəyyən edilməsi nəzərdə tutulub. Bu, cari ildəki 170 manat həddindən 17,6 faiz və ya 30 manat çoxdur. Beləliklə ehtiyac meyarı ilə yaşayış minimumu arasındakı fərq azalaraq 10 manata düşür ki, nəticədə, gələcəkdə ehtiyac meyarına ehtiyac aradan qalxmaqla ünvanlı dövlət sosial yardımının təyinatı da qanunvericiliyə uyğun olaraq yaşayış minimumu üzrə aparılacaq. Musa Quliyev deputatları hökumətin bu müsbət addımını dəstəkləməyə çağırıb.

Qanun layihəsinin baxıldığı müvafiq komitələrin də rəyini aldıqdan sonra sədr məsələni səsə qoyub. Beləliklə də “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi də birinci oxunuşda qəbul edilib.

Gündəliyin növbəti məsələsi olan “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi (birinci oxunuş) barədə də komitə sədri Tahir Mirkişili məlumat verib.

Komitə sədri bildirib ki, qanun layihəsi Büdcə Zərfinə daxil olan sənədlərdən biridir. Layihə vergi sahəsində olan şəffaflaşma prosesinin dəstəklənməsi, bütövlükdə vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi təşviqi kimi məsələləri özündə ehtiva edir.

Tahir Mirkişili vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi və vergidən yayınma hallarına qarşı mübarizə, vergi güzəştləri və vergi daxilolmaları ilə bağlı istiqamətləri özündə əks etdirən dəyişikliklər barədə məlumat verib.

Komitə sədrləri Qənirə Paşayeva, Musa Quliyev, deputatlardan Razi Nurullayev, Aydın Hüseynov, Fazil Mustafa, Etibar Əliyev, Rəşad Mahmudov qanun layihəsi ilə bağlı çıxışlarında regionlara investisiya qoyuluşlarının vergi yolu ilə təşviqi, iri bazarlara nəzarətin mürəkkəbliyi, bəzi məhsullara diferensial ƏDV-nin tətbiqi kimi məsələləri qaldırıblar, rəy və təkliflərini səsləndiriblər.

Dövlət Vergi Xidməti rəisinin müavini Samirə Musayeva deputatların qaldırdığı məsələlərə aydınlıq gətirib, sualları cavablandırıb.

Müzakirələrdən sonra “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

İclasda çıxış edən Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, gündəliyin 7-ci məsələsindən 17-ci məsələsinədək olan qanun layihələri az öncə iclasda birinci oxunuşda qəbul edilmiş Vergi Məcəlləsinə dəyişiklik edilməsi barədə məsələ ilə birbaşa bağlıdır. Bu dəyişikliklər faktiki olaraq uyğunlaşdırma xarakteri daşıyacaq. Burada İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında məsələ istisna təşkil edir. Çünki burada dəqiqləşdirmə həyata keçirilir və dekriminallaşdırma ilə bağlıdır. Belə ki, 500 manata qədər olan pozuntular İnzibati Xətalar Məcəlləsində öz əksini tapır, 500 manatdan yuxarı məbləğdə olan pozuntular isə Cinayət Məcəlləsi ilə tənzimlənir.

Sonra Milli Məclisin komitə sədrləri Tahir Mirkişilinin, Musa Quliyevin, Sadiq Qurbanovun, Siyavuş Novruzovun, deputatlardan Razi Nurullayevin və Qüdrət Həsənquliyevin qanun layihələri barədə fikirləri dinlənildikdən sonra Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” , “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Sosial sığorta haqqında”, “Nağdsız hesablaşmalar haqqında”, “İcra haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Dövlət satınalmaları haqqında”, “Dövlət rüsumu haqqında” qanunlara və Azərbaycan Respublikasının Su Məcəlləsində, Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində, “Yerin təki haqqında”, “Balıqçılıq haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Ovçuluq haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Baytarlıq haqqında”, “Dərman vasitələri haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Mədəniyyət haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin 17-ci məsələsindən 22-ci məsələsinədək olan qanun layihələri barədə məlumat vermək üçün Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynliyə söz verib.

Əli Hüseynli bildirib ki, qanun layihələrinə təklif olunan dəyişikliklər “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” ölkə Prezidentinin 2021-ci il 18 may tarixli Fərmanının icrasının təmin edilməsi ilə bağlıdır.

Belə ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” və “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” və “Sığorta fəaliyyəti haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri adları göstərilən sahələrdə qulluq edən şəxslərin dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsinə yönəlib.

Sonra Milli Məclisin komitə sədrləri Tahir Mirkişilinin, Ziyafət Əsgərovun, komitə sədrinin müavini Sevinc Fətəliyevanın qanun layihələri barədə fikirləri dinlənildikdən sonra 5 qanun layihəsinin hamısı ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşu barədə məlumat verib. Bildirib ki, bu dəyişiklik vergi orqanlarında xidmət keçən və işləyən işçilərin dövlət icbari şəxsi sığortası məsələlərini dəqiqləşdirir.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Sonra Milli Məclisin işlər müdiri Firudin Hacıyev Azərbaycan Respublikası Milli Məclisinin 2022-ci il üçün xərclər smetası haqqında məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində Milli Məclisin və onun Aparatının saxlanması üçün 42 milyon 36 min 822 manat vəsait nəzərdə tutulub ki, bu da 2021-ci illə müqayisədə 233 min 578 manat azdır. Xərclər smetasının 82,3 faizini əməkhaqqı fondu və əməkhaqqı ilə bağlı ayırmalar təşkil edir.

Milli Məclisin xərclər smetası ilə bağlı deputatlardan Tahir Kərimli, Razi Nurullayev və Aydın Mirzəzadə fikirlərini bildiriblər.

Azərbaycan Respublikası Hesablama Palatasının 2022-ci il üçün xərclər smetası haqqında isə Palatanın sədri Vüqar Gülməmmədov məlumat verib. Bildirib ki, 2022-ci ildə palatanın saxlanılması üçün 10,1 milyon manat vəsait nəzərdə tutulur.

İclasa yekun vuran Milli Məclisin sədri diqqətə çatdırıb ki, sonuncu iki məsələnin səsverməsi 2022-ci ilin Dövlət büdcəsi layihəsinin üçüncü oxunuşda müzakirələrindən sonra keçiriləcək.

Bununla da Milli Məclisin iclası başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İğdır Universitetinin rektoru: Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığının yol göstərən ulduzudur

® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb

Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya 1993-cü ildən sonra müəyyənləşdirilib – ŞƏRH

Sorğu: Ukraynalıların əksəriyyəti rus dilinin rəsmi səviyyədə istifadədən çıxarılmasını dəstəkləyir

Gürcüstan və Serbiya prezidentlərinin görüşündə regional təhlükəsizlik məsələləri diqqətdə olub

Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb

Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru

Tovuzda su kanalından kişi meyiti tapılıb

Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır

“Azərbaycan rüzgarı”nın növbəti buraxılışı Milli Qurtuluş Gününə həsr edilib

Səbinə Tanrıverdiyeva: Logistika sahəsində qadın liderliyi regional əməkdaşlığın inkişafına töhfə verir

Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır

Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub

Milli Qurtuluş Günü Qaxda silsilə tədbirlərlə qeyd olunub

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Türkiyə Prezidenti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

Kir Starmerlə əlaqəli əmlakların və avtomobilin yandırılmasına görə 2 nəfər təqsirli bilinib

Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycanı ortaq tarixi yaddaş, mədəniyyət və tale birləşdirir

Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar

Tunis yığmasının baş məşqçisi istefa verib

AFFA-nın baş katibi FIFA-nın sammitində

Hulusi Kılıç: Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın potensialının birləşməsi üçün güclü stimuldur

Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır

Müdafiə naziri: Azərbaycan Ordusunun şəxsi heyətinin Böyük Qayıdışa layiqli töhfələr verməsi Vətənə sədaqət nümunəsidir

Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır

Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir

Türkiyə ictimaiyyəti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edir

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz birliyini təsdiqləyən tarixi manifestdir ŞƏRH

Türkiyə Müdafiə Nazirliyi: Ankara və Bakı bundan sonra da çiyin-çiyinə dayanacaq

Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib

“Qara Canavar” evinə qayıdıb: Nazim Sadıxov Bakıda yenidən tarix yazmaq əzmindədir

G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb

Azərbaycan məhsulları Moskvada təqdim olunub

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı futbolçu Kipr klubuna keçib

Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək

Avropalı liderlər ABŞ ilə İran arasında əldə olunan razılaşmanı alqışlayıblar

Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir

“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Milli Qurtuluşdan başlanan yol bu gün Azərbaycanı qalib, suveren və qüdrətli dövlət zirvəsinə yüksəldib - ŞƏRH

TDT-nin Baş katibi: 15 İyun milli birliyin, dözümlülüyün və ölkənin davamlı inkişafı ilə tərəqqi yolunun rəmzi kimi çıxış edir

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq

Ombudsman: Ulu Öndər Heydər Əliyevin siyasi müdrikliyi sayəsində Azərbaycanın inkişaf yolunun möhkəm təməli qoyuldu

Kürşad Zorlu: Müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimiz mühüm nəticələr verir

XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq

Baş nazir Əli Əsədov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan avarçəkəni Portuqaliyada ikinci qızıl medalını qazanıb

Milli Qurtuluş Günü - Dövlətçiliyin xilası, xalqın gələcəyə inamının bərpası və müstəqilliyin qorunması ŞƏRH

"Sabah"ın yeni idman direktorunun adı məlum olub

Şuşa Bəyannaməsi: Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələ ŞƏRH

İspaniya millisi dünya çempionatında mübarizəyə başlayır

Yaxın Şərqdə sabitliyin bərpası dünya bazarında neftin qiymətinə təsirsiz ötüşməyib

Pakistanın xüsusi nümayəndəsi: Şuşa Azərbaycanın mədəni irsinin rəmzidir VİDEO

Pakistanın xüsusi nümayəndəsi: Şuşa Azərbaycanın mədəni irsinin rəmzidir VİDEO

Mikita Poturayev: Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyib VİDEO

Mikita Poturayev: Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyib VİDEO

Azərbaycan nümayəndə heyəti UNESCO-nun tədbirlərində iştirak üçün Parisə yollanıb

Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri

Myanma Prezidentinin Çinə səfəri başlayıb

Şamaxıda Milli Qurtuluş Günü qeyd olunub

Kürdəmirdə Milli Qurtuluş Gününə həsr olunan konsert təşkil edilib VİDEO

Kürdəmirdə Milli Qurtuluş Gününə həsr olunan konsert təşkil edilib VİDEO

Güclü istilər səbəbindən Fransanın nüvə elektrik stansiyalarında istehsal məhdudlaşdırıla bilər

Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO

Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO

Höteborqda son on ildə evsizlərin sayı təxminən iki dəfə azalıb

Bu saata olan əsas xəbərlər

Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir

Səfir: Çin və Azərbaycan arasında iqtisadi əməkdaşlıq son illərdə yüksək artım tempi nümayiş etdirir VİDEO

Səfir: Çin və Azərbaycan arasında iqtisadi əməkdaşlıq son illərdə yüksək artım tempi nümayiş etdirir VİDEO

15 iyun Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsidir – ŞƏRH

Şamil Ayrım: Şuşa Bəyannaməsi regional sülhün strateji yol xəritəsidir VİDEO

Şamil Ayrım: Şuşa Bəyannaməsi regional sülhün strateji yol xəritəsidir VİDEO

Aydın Kərimov: Qarabağ Universitetinin İncəsənət və Turizm fakültələri Şuşada yerləşəcək VİDEO

Aydın Kərimov: Qarabağ Universitetinin İncəsənət və Turizm fakültələri Şuşada yerləşəcək VİDEO

G7 sammiti: İqtisadi balanssızlıqlar, Ukrayna müharibəsi və Yaxın Şərq böhranı

Azərbaycanın birinci dövr ikiillik şəffaflıq hesabatının qiymətləndirilməsi prosesi uğurla tamamlanıb

Senator Natali Qule: Bakı regional normallaşmanın əsas hərəkətverici qüvvəsi kimi qiymətləndirilir VİDEO

Senator Natali Qule: Bakı regional normallaşmanın əsas hərəkətverici qüvvəsi kimi qiymətləndirilir VİDEO

Ərdoğan: ABŞ ilə İran arasında əldə olunan saziş regionda sülh və sabitlik yolunda mühüm hadisədir

Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub

Milli Qurtuluş Günü Azərbaycan dövlətçilik tarixinin ən mühüm və dönüş yaradan səhifələrindən biridir - ŞƏRH

Milli Kitabxanada “15 İyun – Milli Qurtuluş Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunub

Qəbələdə 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib

Moldova Parlamentinin üzvü: Azərbaycan regionda yeni iqtisadi əsaslar formalaşdırır VİDEO

Moldova Parlamentinin üzvü: Azərbaycan regionda yeni iqtisadi əsaslar formalaşdırır VİDEO

Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO

Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO

Sayavonq Bounyadet: Laos və Azərbaycan arasında əməkdaşlıq qlobal inkişafın təşviqinə xidmət edir VİDEO

Sayavonq Bounyadet: Laos və Azərbaycan arasında əməkdaşlıq qlobal inkişafın təşviqinə xidmət edir VİDEO

Aktam Xaitov: Ölkələrimiz arasında münasibətlər daha yüksək mərhələyə qalxıb VİDEO

Aktam Xaitov: Ölkələrimiz arasında münasibətlər daha yüksək mərhələyə qalxıb VİDEO

Milli Qurtuluşdan tarixi Zəfərə gedən yol VİDEO

Milli Qurtuluşdan tarixi Zəfərə gedən yol VİDEO

15 iyun Azərbaycan xalqının dövlətçilik iradəsinin və dövlət quruculuğu strategiyasının təntənəsini ifadə edən tarixi gündür

Oğuzda yol qəzası baş verib, ailə üzvləri xəsarət alıb VİDEO

Oğuzda yol qəzası baş verib, ailə üzvləri xəsarət alıb VİDEO

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri nəzərdə tutulur VİDEO

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri nəzərdə tutulur VİDEO

Səfir Qurbanməmmet Elyasov: Qarabağda çox böyük işlər görülüb VİDEO

Səfir Qurbanməmmet Elyasov: Qarabağda çox böyük işlər görülüb VİDEO

İncəsənət məktəbləri və mərkəzlərində ilk dəfə mərkəzləşdirilmiş buraxılış imtahanları keçirilir

Tahir Budaqov: Şuşa Bəyannaməsi Milli Qurtuluş Gününün formalaşdırdığı müstəqil dövlətçilik ideyalarının məntiqi davamıdır VİDEO

Tahir Budaqov: Şuşa Bəyannaməsi Milli Qurtuluş Gününün formalaşdırdığı müstəqil dövlətçilik ideyalarının məntiqi davamıdır VİDEO

Prezident: Ölkəmiz regionda davamlı sülh və sabitlik mühitinin yaradılması istiqamətində qətiyyətli siyasət həyata keçirir

Aydın Kərimov: İşğaldan azad olunmuş ərazilərdə 80 mindən çox insan yaşayır və çalışır VİDEO

Aydın Kərimov: İşğaldan azad olunmuş ərazilərdə 80 mindən çox insan yaşayır və çalışır VİDEO

“Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

Kiyevə kütləvi raket zərbələri endirilib, ölənlər və xəsarət alanlar var – YENİLƏNİB-2 VİDEO

Kiyevə kütləvi raket zərbələri endirilib, ölənlər və xəsarət alanlar var – YENİLƏNİB-2 VİDEO

Böyük Qayıdışdan Qurtuluşa aparan yol