MİLLİ PARKDA MÖHTƏŞƏM BAYRAM KONSERTİ VƏ ATƏŞFƏŞANLIQ
AZƏRTAC xəbər verir ki, iyulun 14-də Bakı Şəhər İcra Hakimiyyəti “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə Azərbaycanın inkişafının gələcəyini müəyyənləşdirən hadisə - 1969-cu il iyulun 14-də ulu öndər Heydər Əliyevin respublikamızda siyasi rəhbərliyə gəlişinin ildönümü münasibətilə Milli Parkda möhtəşəm bayram konserti təşkil etmişdir.
Konsertdə şəhərimizin on minlərlə sakini və qonaqları respublikamızın tanınmış incəsənət ustalarının çıxışlarını böyük maraqla dinləmişlər.
Milli Parka toplaşanlar konsertdən sonra ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə inkişaf edən, gözəlləşən, son vaxtlar isə getdikcə yeni görkəm alan doğma Bakımızın səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığını seyr etmişlər.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:11]
Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [11:55]
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
- 12.06.2026 [23:20]