Milli QHT Forumu maarifləndirmə xarakterli tədbirlərini davam etdirir
Bakı, 19 noyabr (AZƏRTAC). Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) “2013-cü il ərzində regionlarda sağlamlıq imkanları məhdud insanların hüquqlarının müdafiəsi istiqamətində maarifləndirmə işinin təşkili” layihəsi çərçivəsində tədbirləri davam etdirir. Bu silsilədən növbəti tədbir noyabrın 19-da Şəmkir rayonunda keçirilmişdir.
MQF-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə çıxış edən forumun prezidenti Rauf Zeyni təmsil etdiyi qurumun fəaliyyətindən, vətəndaş cəmiyyətinə dövlət dəstəyindən, QHT-hökumət münasibətlərindən, regionlarda əlillərə və sağlamlıq imkanları məhdud şəxslərə qayğı mərkəzlərinin yaradılmasından və digər məsələlərdən danışmışdır.
Layihə haqqında məlumat verən Rauf Zeyni demişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihənin məqsədi əlillərin və sağlamlıq imkanları məhdud olan insanların qanunvericiliklə müəyyən edilmiş bütün hüquq və azadlıqlarının təmin olunmasına yardım göstərmək, əlillərin hüquqları ilə bağlı maarifləndirmə işi aparmaq və onların hüquqlarının qorunmasını təşkil etməkdir. R.Zeyni Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalardan, dövlət tərəfindən əlillərə göstərilən qayğıdan da söhbət açmışdır.
Sonda tədbir iştirakçılarına layihə çərçivəsində çap olunan bukletlər paylanılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]