MİLLİ SOSİAL MÜDAFİƏ SİSTEMİNİN İNKİŞAFINA DAİR BİRGƏ SƏNƏD İMZALANMIŞDIR
İyulun 18-də əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev və BMT-nin Azərbaycandakı rezident- əlaqələndiricisi, BMT İnkişaf Proqraminin (BMTP) ölkəmizdəki nümayəndəsi Marko Borsotti Milli sosial müdafiə sisteminin inkişafı layihəsinə dair sənəd imzalamışlar. Əli Nağıyev imzalanma mərasimində çıxış edərək, iki il ərzində həyata keçiriləcək bu layihə üzərində hazırlıq işinin bir neçə ay bundan əvvəl başlandığını bildirdi, birgə səmərəli fəaliyyətə görə BMT-nin Azərbaycandakı missiyasının başçısına təşəkkür etdi. Nazir layihənin məqsədləri barədə danışaraq dedi ki, əhalinin ən aztəminatlı təbəqələrinə yardım göstərilməsini daha yaxşı əlaqələndirmək məqsədi ilə onların sayının dəqiq müəyyənləşdirilməsinə dair üzrə sosioloji araşdırmalar aparmaq, uşaq əməyindən istifadə edilməsinin monitorinqini keçirmək, habelə əlil gənclər və müharibə veteranları üçün reabilitasiya mərkəzi yaratmaq, yeni iş yerləri açmaq nəzərdə tutulur. Layihəyə ümumən 1 milyon 200 min dollar ayrılmışdır ki, bunun da 600 min dollarını BMT İP verəcəkdir.
Sonra Marko Borsotti çıxış edərək, vurğuladı ki, layihədən əsas məqsəd Azərbaycan iqtisadiyyatının ardıcıl inkişafı üçün zəruri amil olan yeni iş yerlərinin yaradılmasıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [13:11]
Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər
- 17.10.2026 [12:40]
“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub
- 17.10.2026 [12:16]
Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub
- 17.10.2026 [11:28]
Azərbaycan nefti 116 dollara satılır
- 17.10.2026 [10:44]
Birjalarda neft bahalaşıb
- 17.10.2026 [10:42]
Qızıl və gümüş bahalaşıb
- 16.10.2026 [19:34]
Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]