Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mingəçevir Dövlət Universitetinin İctimai Nəzarət Şurasının iclası keçirilib

Mingəçevir, 30 dekabr, AZƏRTAC

Mingəçevir Dövlət Universitetinin (MDU) İctimai Nəzarət Şurasının növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, “Zoom” platforması üzərindən online formatda təşkil olunan iclası açan MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və yenilməz Azərbaycan Ordusunun rəşadəti sayəsində əldə edilən şanlı tarixi qələbə münasibətilə Şura üzvlərini təbrik edib, ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında canını fəda etmiş bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyib.

Qırx dörd günlük Vətən müharibəsində torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə MDU-nun 4 əməkdaşının, 120-dən çox tələbə və məzunlarının iştirak etdiyini, 5 məzununun şəhidlik zirvəsinə ucaldığını bildirən rektor onlarla qürur duyduğunu deyib. Döyüş tapşırıqlarını şərəflə və uğurla yerinə yetirdiklərinə, göstərdikləri mərdlik və igidliyə görə universitetin qəhrəman tələbə və məzunlarının Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə müxtəlif medallarla təltif edilməsinin MDU kollektivində böyük fəxarət hissi yaratdığı qeyd edilib.

Yüksəkixtisaslı mütəxəssislər hazırlamaqla yanaşı, universitetin başlıca məqsədlərindən birinin Vətənə, xalqa və dövlətə bağlı layiqli vətəndaş yetişdirilməsi olduğunu diqqətə çatdıran Ş.Bayramov son günlərdə qəhrəman şəhidlərimizin əziz xatirəsinin ehtiramla anılması və onların adlarının uca tutulması, cəsur əsgər və zabitlərimizin keçdikləri şərəfli döyüş yolları, göstərdikləri şücaət və vətənpərvərlik nümunələri barədə məlumatların tələbələr arasında təbliğ edilməsi istiqamətində universitetdə görülən işlərdən danışıb.

Əsas məqsədi universitet idarəçiliyində şəffaflığın artırılmasından və ictimai hesabatlılığın təmin edilməsindən ibarət olan MDU İctimai Nəzarət Şurasının yaradılmasının bir ilinin tamam olduğunu qeyd edən rektor, yekunlaşmaqda olan 2020-ci ildə Mingəçevir şəhərinin tanınmış və nüfuzlu ziyalılarının təmsil olunduğu bu təsisatın universitet həyatının inkişafındakı rolundan və əhəmiyyətindən bəhs edib.

Universitetin rəsmi internet səhifəsində və sosial şəbəkə hesablarında, ölkənin nüfuzlu mətbuat orqanlarında universitetin fəaliyyətinin geniş şəkildə işıqlandırılması ilə MDU-da ictimai hesabatlılıq ənənəsinin əsasının qoyulduğunu qeyd edən Ş.Bayramov, həmin platformalar üzərindən ictimai rəyin öyrənilməsinin gələcək fəaliyyətin daha effektiv qurulması və reallaşdırılması baxımından önəmini də vurğulayıb.

Sonra rektor 2020-ci ildə universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi, elmi fəaliyyətin səmərəliliyinin artırılması və maddi-texniki bazanın yaxşılaşdırılması istiqamətində görülən işlər haqqında geniş çıxış edib. Cari ildə keçirilmiş struktur islahatları, professor-müəllim və inzibati-texniki heyət üzvləri arasında gəncləşdirmə siyasəti ilə bağlı atılmış addımlar haqqında ətraflı məlumat verilib.

Pandemiya dövrünün mövcud çətinlikləri, Vətən müharibəsi ilə əlaqədar internetdə yaranmış məhdudiyyətlər səbəbindən cari ildə dərslərin fərqli təhsil şəraitində keçdiyini qeyd edən rektor, tədris prosesinin davamlılığının təmin edilməsində MDU-nun professor-müəllim, inzibati-idarə, tədris-köməkçi və texniki heyətinin, habelə tələbə və magistrantların həmrəyliyini və əməyini yüksək qiymətləndirib.

İclasda sosial həssaslığın yüksək olduğu mövcud şəraiti nəzərə alaraq, cari ildə tələbələrlə silsilə xarakterli çoxsaylı görüşlərin keçirilməsi, universitetin inzibati və akademik heyət üzvləri ilə tələbələr arasında çevik kommunikasiyanın qurulması üçün bütün mümkün online resurslardan və alətlərdən istifadə olunması, MDU-nun idarə edilməsində və qəbul edilən bütün qərarların müzakirəsində tələbələrin fəal iştirakının təmin edilməsi diqqətə çatdırılıb.

Cari ildə tədris prosesi ilə yanaşı, elmi fəaliyyətdə də davamlılığı təmin etmək məqsədilə MDU-da virtual formatda cəmiyyət həyatının bir sıra aktual problemlərinə həsr olunmuş elmi konfransların, nəzəri-praktik seminarların və dəyirmi masaların keçirildiyi qeyd edilib, universitetin akademik heyət üzvlərinin respublika və beynəlxalq səviyyədə keçirilmiş müxtəlif formatlı elmi tədbirlərdə fəal və layiqli səviyyədə təmsil olunduqları, nüfuzlu elmi nəşrlərdə məqalələrinin dərc olunduğu diqqətə çatdırılıb.

Yola saldığımız 2020-ci il ərzində Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi, Azərbaycan Texniki Universitetinin 70 illiyi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi münasibətilə MDU-da online formatda yubiley tədbirlərinin təşkil edildiyini vurğulanıb, MDU-nun ölkəmizin qabaqcıl ali təhsil müəssisələri ilə qarşılıqlı faydalı əməkdaşlığının yaratdığı imkanlardan geniş bəhs olunub.

Bununla yanaşı, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin dəstəyi, Azərbaycan Turizm və Menecment Universitetinin, Mingəçevir Turizm Kollecinin tərəfdaşlığı ilə MDU-da “Turizm sahəsi üzrə kadr hazırlığında yeni çağırışlar: təcrübə və karyera imkanları” mövzusunda həyata keçirilmiş birgə layihənin turizm sahəsi üzrə mütəxəssis hazırlığında təhsil və sənaye əməkdaşlığı üçün əlverişli imkanlar yaratdığı bildirilib.

Sürətlə modernləşmə istiqamətində qarşıya qoyulan hədəflərə çatmaq üçün xarici universitetlərlə və beynəlxalq qurumlarla əməkdaşlığın rolundan bəhs edən Ş.Bayramov cari ildə Almaniyanın Siegen Universiteti, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) ilə həyata keçirilmiş birgə layihələr haqqında məlumat verib. Almaniyanın Siegen Universiteti ilə MDU arasında “Sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi” mövzusunda birgə layihənin gənc tələbə və əməkdaşların sahibkarlıq bacarıqlarını inkişaf etdirməsi, startapların və bütövlükdə regional ekosistemin inkişafına töhfə verməsi baxımından önəmi qeyd edilib. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) ilə əməkdaşlıq çərçivəsində “MDU-da Karyera Mərkəzinin yaradılması və inkişafı” layihəsinin həyata keçirildiyini bildirən rektor sözügedən Mərkəzin universitetdə sürətlə dəyişən əmək bazarının tələblərinə cavab verən yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında və onların karyera inkişafında strateji rol oynayacağını vurğulayıb.

“Könüllülər ili” elan edilən 2020-ci ildə MDU tələbə gənclərinin könüllülük fəaliyyətinə aktiv cəlb olunduğunu qeyd edən Ş.Bayramov COVID-19 pandemiyasına qarşı mübarizədə və 44 günlük Zəfər yürüşü zamanı arxa cəbhədə onların göstərdikləri fəallıqlardan danışıb.

Cari tədris ilində universitetə yüksək balla qəbul olan və “Gələcəyin müəllimi” təqaüdünə layiq görülən tələbələrin sayında artımın müşahidə edilməsi son dövrdə MDU-nun imicinin yüksəlməsi istiqamətində görülən işlərin nəticəsi olaraq qiymətləndirilib.

MDU-nun İctimai Nəzarət Şurasının üzvləri çıxışlarında müzəffər Ali Baş Komandanımızın və rəşadətli Azərbaycan əsgərlərinin sayəsində Vətən müharibəsində əldə edilən möhtəşəm tarixi Zəfərin hər birimizdə sonsuz fəxarət və sevinc hissləri yaratdığını qeyd ediblər. MDU-nun modernləşdirilməsi, milli ali təhsil xəritəsində mövqeyinin gücləndirilməsi və universitet idarəçiliyinin təkmilləşdirilməsi sahəsində görülmüş işlərdən məmnunluqlarını ifadə edən Şura üzvləri pandemiya dövrünün məhdudiyyətlərinə baxmayaraq, universitetin bütün istiqamətlər üzrə fəaliyyətinin davamlılığını təmin etməsini mühüm nailiyyət olduğunu diqqətə çatdırıblar.

İclasın sonunda universitetin qarşısında dayanan vəzifələr və əsas gözləntilər barədə məlumat verən rektor Ş.Bayramov 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Şuranın bütün üzvlərini təbrik edib, onlara yeni təqvim ilində möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzulayıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib