MİNGƏÇEVİRDƏ ANA DİLİ ABİDƏSİ AÇILMIŞDIR
Mingəçevirin mərkəzindəki Səməd Vurğun küçəsindəki geniş meydanda ucaldılmış ana dili abidəsinin təntənəli açılış mərasimi olmuşdur. Bu münasibətlə keçirilən mitinqdə respublikanın bir çox şəhər və rayonlarından gəlmiş qonaqlar da iştirak etmişlər.
Şəhər İcra Hakimiyyətinin başçısı Məhəbbət Qarabağlı, Milli Məclisin deputatları Zəlimxan Yaqub, Nizami Cəfərov, Aydın Mirzəzadə, Respublika Memarlar İttifaqının birinci vitse-prezidenti Hafiz Əmirxanov, şəhər təhsil şöbəsinin müdiri Mirzə Cavadov mərasimdə çıxış edərək dövlət müstəqilliyimizin və milli-mənəvi varlığımızın əsas atributlarından olan Azərbaycan dilinin tarixi, özünəməxsus gözəlliyi, ölkəmizdə tam hüquqlu dövlət dili statusu alması barədə danışmışlar.
Natiqlər Azərbaycan Prezidenti Heydər Əliyevin ana dilimizin qorunub saxlanılması, inkişafı və tətbiqinin genişlənməsi, dünya azərbaycanlılarının birliyi və həmrəyliyinin möhkəmləndirilməsi sahəsindəki xidmətlərini, bu istiqamətdə həyata keçirilən tədbirlərin tarixi-siyasi əhəmiyyətini xüsusi vurğulamışlar. Ölkəmizdə ilk dəfə Mingəçevirdə tikilmiş, memarlıq və ideya baxımından bütövlüyü ilə seçilən ana dili abidəsinin uşaq və gənclərin mənəvi-əxlaqi tərbiyəsində mühüm rol oynayacağı da qeyd edilmişdir.
Mitinqdə Azərbaycan Prezidentinə müraciət qəbul olunmuşdur.
Axırda uşaq bədii özfəaliyyət kollektivləri “Vətənim, dilim, anam Azərbaycanım” adlı ədəbi kompozisiya göstərmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [14:06]
Çinli tələbələr “Bizim Cəbiş müəllim”dən fraqmentlər səsləndiriblər VİDEO
- 05.06.2026 [11:37]
“Vətənimdir Azərbaycan!” layihəsinin ilk tədbiri təşkil olunub
- 05.06.2026 [11:23]
Gənc rəssamın növbəti uğuru
- 05.06.2026 [10:57]
Bu gün görkəmli şair Mikayıl Müşfiqin doğum günüdür
- 05.06.2026 [10:53]
Aşqabad Azərbaycan mədəniyyətini qarşılayır
- 05.06.2026 [10:37]