CƏMİYYƏT
Mingəçevirdə avtobusda içərisində 2180 manat olan çanta oğurlanıb
Bakı, 27 yanvar, AZƏRTAC
Mingəçevir Şəhər Polis Şöbəsinə yanvarın 7-də şəhər ərazisində xətt avtobusunda Bakı şəhər sakini T.Cəfərovanın içərisində 2180 manat olan çantasının oğurlanması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oğurluğu törətməkdə şübhəli bilinən Samux rayon sakini, əvvəllər məhkum olunmuş S.Həsənova Mingəçevir Şəhər və Yevlax Rayon Polis şöbələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax şəhərinin ərazisində saxlanılıb.
Araşdırma zamanı onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyənləşib.
Faktla bağlı araşdırmalar davam etdirilir.