Mingəçevirdə karantin qaydalarını pozan kafe aşkar edilib
Bakı, 28 dekabr, AZƏRTAC
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları şəhər ərazisindəki “Samux vadisi” adlı kafenin xüsusi karantin rejimi qaydalarına zidd olaraq fəaliyyət göstərdiyini müəyyənləşdiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, obyektə baxış zamanı icarədar və müştərilərin karantin qaydalarını pozduqları məlum olub. Həmin şəxslər - kafeni icarə əsasında işlədən Mingəçevir şəhər sakini Fuad Abdullayev və müştərilər polis şöbəsinə gətiriliblər.
Onların barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və həmin şəxslər cərimələniblər.