MİNGƏÇEVİRDƏ TİKİNTİ, TƏMİR-BƏRPA VƏ ABADLIQ İŞLƏRİ GENİŞ VÜSƏT ALMIŞDIR
AZƏRTAC xəbər verir ki, sentyabr ayında Mingəçevir şəhərinin yaranmasının 60 illik yubileyi təntənə ilə qeyd olunacaqdır. Bununla əlaqədar hazırda şəhərdə geniş tikinti-quruculuq, təmir-bərpa və abadlıq işləri aparılır.
Şəhər icra hakimiyyətinin tikinti şöbəsindən bildirmişlər ki, şəhərdə nümunəvi məhəllələr yaradılır. Bu günədək 12 məhəllə də abadlaşdırılmışdır. 20 məhəllədə bu iş davam etdirilir. 22 məhəllədə daxili yollara 23 min kvadratmetrə yaxın asfalt salınmış, xeyir-şər məclislərinin keçirilməsi üçün mağarlar tikilmişdir. Şəhərin küçələrində işıq dirəkləri, hasarlar və səkilər təzələnmişdir. Keçmiş Mingəçevir Toxuculuq Kombinatına məxsus 5 yataqxana binasının dam örtüyü dəyişdirilmiş, divarlarının fasad hissəsi rənglənmişdir. Hazırda şəhərin 9 yaşayış binasının dam örtüyü yenidən qurulur. Heydər Əliyev prospektində 32 binanın, 20 Yanvar küçəsində 6 binanın fasad hissəsi rənglənir.
Şəhərin 32 kilometrlik trolleybus kontakt şəbəkələri sökülmüş, Xaldan-Mingəçevir avtomobil yoluna paralel olaraq, yük maşınları üçün uzunluğu 1,5 kilometr, eni 12 metr olan yeni yolun çəkilişinə başlanmışdır.
Şəhərdə növbəti dəfə keçirilən “Təmizlik və yaşıllıqlara qulluq aylığı” çərçivəsində ağaclar budanmış, çəmənliklər qaydaya salınmış, yeni əkilmiş 6 minədək ağacın və gül kolunun becərilməsi üçün 1.500 metrlik yeni su kəməri çəkilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]