Azərbaycan Dövlət İnformasiya Agentliyi

Minskdə Zəfər Günü ilə bağlı rəsmi qəbul keçirilib

Kiyev, 7 noyabr, AZƏRTAC

8 Noyabr-Zəfər Günü münasibətilə Minsk şəhərində rəsmi qəbul təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Belarusdakı səfirliyi tərəfindən təşkil olunan qəbulda əsas qonaq qismində Belarus Parlamentinin Nümayəndələr Palatasının beynəlxalq məsələlər üzrə daimi komissiyasının sədri Andrey Savinıx, eləcə də Belarusda fəaliyyət göstərən diplomatik korpusun, dövlət qurumlarının, ictimai, mədəni, işgüzar dairələrin, MDB İcraiyyə Komitəsinin nümayəndələri, bir sıra ali təhsil müəssisələrinin təmsilçiləri, diaspora rəhbərləri və üzvləri, KİV nümayəndələri iştirak ediblər.

Azərbaycan və Belarus himnlərinin səsləndirilməsindən sonra səfir Ülvi Baxşəliyev çıxış edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində əldə etdiyi Qələbənin tariximizə qızıl hərflərlə yazıldığını və hər il 8 noyabr tarixinin ölkəmizdə Zəfər Günü kimi qeyd olunduğunu bildirib. Üç il əvvəl Azərbaycanın BMT Nizamnaməsi ilə hər bir ölkəyə verilən hüquqdan - özünümüdafiə hüququndan istifadə edərək 30 ilə yaxın pozulmuş ərazi bütövlüyünü, cəmi iki ay bundan əvvəl isə ölkənin bütün ərazisi üzərində suverenliyini tamamilə bərpa etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Vətən müharibəsində qazanılmış şanlı Qələbənin xalqımızın igid oğullarının qanı və canı bahasına başa gəldiyini qeyd edən səfir, Azərbaycanın müstəqilliyi, suverenliyi və bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin və qəhrəmanlarımızın əziz xatirəsini dərin ehtiramla yad edib.

Daha sonra Ü.Baxşəliyev Ermənistanın ölkəmizə qarşı işğalçılıq və etnik təmizləmə siyasətinə baxmayaraq Azərbaycanın beynəlxalq hüququn, xüsusən də suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərinə ciddi əməl olunması əsasında Ermənistanla münasibətləri normallaşdırmaq kursunu götürdüyünü, Ermənistana təqdim etdiyi 5 baza prinsipi əsasında sülh sazişi imzalamağa hazır olduğunu bəyan etdiyini diqqətə çatdırıb. Ölkəmizin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin tezliklə bağlanmasında maraqlı olan bütün dövlətlərin səylərini yüksək qiymətləndirdiyini qeyd edərək, o cümlədən Belarus Respublikasının Prezidentinə bu məsələyə ədalətli yanaşmasına görə minnətdarlığını bildirib.

Həmçinin, cari ilin sentyabr ayında həyata keçirilən lokal antiterror tədbirlərinə toxunaraq, Azərbaycan ərazisində yerləşdirilən qeyri-qanuni erməni silahlı birləşmələrinin qalıqlarının tərk-silah edilməsi ilə bağlı rəsmi Bakının dəfələrlə ədalətli tələblərinə baxmayaraq, Ermənistan tərəfinin nəinki bu hərəkətlərdən çəkinmədiyini, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli Bəyanatın əksinə olaraq, humanitar yük adı altında Azərbaycan ərazisinə silah, hərbi texnika, sursat, o cümlədən minalar göndərdiyini bildirib.

Səfir Ü.Baxşəliyev hələ antiterror əməliyyatları başlamazdan əvvəl Azərbaycan tərəfindən danışıqların bütün mərhələlərində erməni əsilli Azərbaycan Respublikası vətəndaşlarının bütün hüquq və azadlıqlarını təmin olunacağının bəyan olunduğunu qeyd edərək, əməliyyatlar başa çatdıqdan sonra ermənilərin bir qisminin könüllü olaraq Qarabağ ərazisini tərk etdiyini, bir qisminin isə ölkəmizin vətəndaşlığı üçün müraciət etdiyini diqqətə çatdırıb.

Daha sonra səfir işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində həyata keçirilən irimiqyaslı layihələrdən danışaraq, bu ərazilərdə enerji təchizatının tam bərpa edildiyini, Qələbədən sonrakı üç il ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tikinti-bərpa işlərinin aparılması üçün dövlət büdcəsindən 7 milyard ABŞ dolları vəsait ayrıldığını bildirib. Bu məqsədlə qəbul edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın uğurla həyata keçirildiyini vurğulayıb. Bərpa-quruculuq işləri ilə yanaşı, regionun mühüm tədbirlərə ev sahibliyi etdiyini, Qarabağ İqtisadi Rayonunda “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, Vaqif Poeziya Günləri, bir sıra beynəlxalq idman yarışları, Qlobal Media Forumu, Türk Dünyasının I Mədəniyyət Forumu kimi tədbirlərin keçirildiyini diqqətə çatdırıb.

Tədbirdə əsas qonaq qismində iştirak edən Belarus Parlamentinin Nümayəndələr Palatasının beynəlxalq məsələlər üzrə daimi komissiyasının sədri Andrey Savinıx çıxış edərək Zəfər Günü münasibətilə tədbir iştirakçılarını, eləcə də Azərbaycan rəhbərliyini və xalqını təbrik edib. Suverenlik məfhumunun hər bir ölkə üçün nə qədər əhəmiyyətli olduğuna toxunub, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsinin ölkənin bundan sonrakı inkişafına daha da təkan verəcəyini qeyd edib. Ölkəmizin bugünkü inkişafının uzun illər ərzində məqsədyönlü olaraq həyata keçirilmiş islahatlara, beynəlxalq platformada layiqli yerini tutmasına səbəb olan uğurlu diplomatiyaya, eləcə də möhkəm təməllər əsasında qurulmuş dövlətçilik ənənələrinə dayandığını vurğulayıb. Məhz bu dövlətçilik ənənələrinə söykənərək daim inkişaf edən Azərbaycana sülh, əmin-amanlıq və firavanlıq arzu edib.

Tədbirin bədii hissəsində Zəfər Günü ilə əlaqədar videoçarx nümayiş olunub və Belarus Dövlət Filarmoniyasının Kvartet qrupunun ifasında Azərbaycan, eləcə də dünya klassiklərinin musiqiləri səsləndirilib.

 
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH