Misir iqtisadiyyatında sürətli artım qeydə alınıb
Qahirə, 17 iyul, AZƏRTAC
2018/2019-cu maliyyə ilində Misir iqtisadiyyatının artım sürəti 5,6 faizə çatıb ki, bu da son illərdə ölkənin nail olduğu ən yüksək göstərici, dünya üzrə isə ən yüksək göstəricilərdən biridir.
AZƏRTAC xəbər verir ki, bunu iyulun 17-də Misirin Maliyyə naziri Məhəmməd Moit Baş nazir Mustafa Madbulinin sədrliyi ilə hökumətin iclasında bildirib. Onun sözlərinə görə, Misir 2018/2019-cu maliyyə ilində qarşısına iqtisadiyyatın daha yüksək artım sürətinə (6 faizdən çox) nail olmaq vəzifəsi qoyub. Hesabat dövründə işsizliyin səviyyəsinin xeyli (8,9 faizə qədər) aşağı düşdüyünü xüsusi vurğulayan nazir qeyd edib ki, hökumət bu göstəricini 8,1 faizə çatdırmağa çalışır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]
XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır
- 10.06.2026 [15:47]