Misirdə ilk qadın məhkəmə hakimlərinin andiçmə mərasimi keçirilib
Qahirə, 20 oktyabr, AZƏRTAC
Misirdə ilk qadın məhkəmə hakimlərinin andiçmə mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə universitetlərin hüquq fakültələrinin məzunları olan 100 gənc qadına hakimlik vəsiqələri və döş nişanları təqdim edilib, həmçinin onların fəaliyyət göstərəcəyi məhkəmələrin siyahısı açıqlanıb.
Misir Prezidenti Əbdülfəttah əl-Sisi bu ilin martında qadınların məhkəmə və prokurorluq orqanlarında çalışmaları ilə bağlı sərəncam imzalayıb. Dövlət başçısının bu qərarı qadın hüquqlarının qorunması sahəsində fəaliyyət göstərən təşkilatlar tərəfindən alqışlanıb. Onlar bildiriblər ki, prokurorluq və məhkəmə orqanlarının daxil olduğu və 1946-cı ildə təsis edilmiş Dövlət Şurasında zərif cinsin nümayəndələrinin işləmələri demokratiyanın inkişafı istiqamətində atılan mühüm addımdır. Əvvəlki illərdə bu dövlət qurumu qadınların işə qəbulla bağlı müraciətlərini qəbul etmirdi.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]