Misirdə “Müsəlman qardaşları” təşkilatının on üzvü edam cəzasına məhkum edilib
Qahirə, 10 mart, AZƏRTAC
Giza Cinayət Məhkəməsi on Misir vətəndaşını edam, daha beş nəfəri isə ömürlük həbs cəzasına məhkum edib. Yerli mətbuatın yaydığı məlumata görə, edam cəzası alanlardan ikisi qiyabi olaraq məhkum edilib.
AZƏRTAC xəbər verir ki, “Müsəlman qardaşları” təşkilatının üzvü olan məhkumlar sabiq prezident Məhəmməd Mursinin hakimiyyətdən kənarlaşdırılmasından sonra silahlı müqavimət təşkil etməkdə, Qahirə və Gizada etiraz aksiyalarında iştirak etməkdə ittiham olunurlar. İstintaqın nəticələrinə görə, ittiham olunanlar Giza əyalətində kütləvi etiraz iştirakçılarının mühafizəsi üçün terror özəkləri yaradıb, polis və ordunun patrulları və postlarına hücumlar edib, partlayıcı qurğular quraşdırıb və polislərin öldürülməsini planlaşdırıblar. Onlar, həmçinin odlu silah saxlamaqda və partlayıcılar düzəltməkdə ittiham edilirlər.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:30]
Böyük neft paradoksu: Qərbin sanksiyaları niyə işləmir?
- 11.06.2026 [14:21]
“Bloomberg”: Avropa Ukrayna məsələsində Trampın dəstəyinə nail olmaq istəyir
- 11.06.2026 [14:21]
Çin sınaq peykini kosmosa göndərib
- 11.06.2026 [14:02]
Rusiya səfirliyi Gümrüdə memorialın təhqir olunmasını pisləyib
- 11.06.2026 [13:53]
Bolqarıstan Səhiyyə Nazirliyi: Ölkədə 300 uşaq qızılcaya yoluxub
- 11.06.2026 [13:36]