M.M.TALIŞLIYA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRDİ TƏQAÜDÜNÜN VERİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
“Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, N6, maddə 329, N10, maddə 587; 2004-cü il, N12, maddə 1006; 2005-ci il, N3, maddə 167) uyğun olaraq qərara alıram:
1.Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətləri olan Mirhaşım Mirmurtuza oğlu Talışlıya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:
2.Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3.Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 avqust 2006-cı il.