Moldova MDB çərçivəsində bir sıra sazişlərdən çıxacaq
Bakı, 23 fevral, AZƏRTAC
Moldovada MDB çərçivəsində onlarla sazişlərdən çıxmaq üzrə proses başlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Moldovanın xarici işlər və Avropaya inteqrasiya naziri Nikolay Popesku yerli telekanalın efirində deyib. Nazir qeyd edib ki, respublika MDB çərçivəsində təxminən 330 sazişin iştirakçısıdır ki, onların çoxuna yenidən baxılmalıdır: “Elə sazişlər var ki, ya bizə uyğun deyil, ya işləmir, ya tətbiq olunmur və ya Moldovanın maraqlarına cavab vermir”.
Nikolay Popeskunun sözlərinə görə, Moldova Avropa İttifaqına daxil olmağa can atır və bu səbəbdən xarici siyasətin bütün hədəfləri və beynəlxalq təşkilatlarda iştiraklar Avropa inteqrasiyasına yönəlməlidir.
Bir müddət öncə, Moldova parlamentinin nümayəndəsi İqor Qrosu Kişinyovun MDB-də iştirakının məqsədəuyğunluğu barədə qərarın Ukrayna müharibəsi başa çatdıqdan sonra veriləcəyini deyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [18:20]
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir
- 05.06.2026 [17:40]
İrlandiya İsrailin iki nazirinin ölkəyə girişinə qadağa qoyub
- 05.06.2026 [15:47]
İtaliya Avropada yeni müdafiə alyansının yaradılmasını təklif edir
- 05.06.2026 [15:20]
Hesabat: May ayında qlobal ərzaq qiymətləri aşağı düşüb
- 05.06.2026 [15:05]