Moldova mətbuatı: Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir


Kişineu, 25 noyabr, AZƏRTAC
Moldova mətbuatı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi ilə bağlı açıqlamasını yayıb.
AZƏRTAC xəbər verir ki, “Noi.md”, “Dosarmedia” və digər xəbər portallarda nazir Ceyhun Bayramovun fikirləri dərc edilib. Nazirə istinadla vurğulanıb ki, Ermənistan tərəfinin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi tamamilə qəbuledilməzdir. Bu, postmünaqişə dövründə normallaşmaya vurulan ən ciddi zərərdir.
Azərbaycan ərazilərində yenə də 350 mina tapılıb. Avqust ayından bəri 2021-ci ildə Ermənistanda istehsal olunan 2700-ə yaxın mina aşkarlanıb. 2021-ci ildə istehsal olunan minaların Azərbaycan ərazilərinə daşınması yalnız Laçın dəhlizi vasitəsilə həyata keçirilir. Bu da üçtərəfli Bəyanata əsasən, Laçın dəhlizinin istifadə qaydalarına ziddir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.05.2025 [20:07]
Azərbaycan nümayəndə heyəti Kubada bir sıra görüşlər keçirib
- 23.05.2025 [19:57]
Ceyhun Bayramov Koreya Respublikasının ölkəmizdəki yeni səfiri ilə görüşüb
- 23.05.2025 [19:00]
Milli Məclisin plenar iclasında daha 13 məsələ müzakirə olunub YENİLƏNİB
- 23.05.2025 [18:52]