Moskvada ənənəvi “Aeroflot open” şahmat festivalının ilk turunun oyunları keçiriləcək
Bakı, 20 fevral, AZƏRTAC
Fevralın 20-də Moskvada ənənəvi “Aeroflot open” beynəlxalq şahmat festivalının ilk turunun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, fevralın 19-da başlayan və təcili zəngdən sonra 40-cı dəqiqədə dayandırılan birinci turun partiyaları, bu gün yenidən oynanılacaq.
94 şahmatçının (70 qrossmeyster) iştirak etdiyi yarışın “A” turnirində ölkəmizi Rauf Məmmədov və Eltac Səfərli təmsil edirlər.
Vüqar Əsədli, Məhəmməd Muradlı, Xanım Balacayeva, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Read Səmədov isə ümumilikdə 122 şahmatçının (22 qrossmeyster) yarışdığı “B” turnirində mübarizə aparırlar.
Turnir İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [19:28]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:05]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [18:57]
Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib
- 10.10.2026 [18:53]
Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb
- 10.10.2026 [18:46]
Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb
- 10.10.2026 [17:15]
Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib
- 10.10.2026 [16:18]
Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib
- 10.10.2026 [14:52]