MOSKVALI SOYDAŞIMIZ TOFİQ ŞAHVERDİYEVİN YENİ FİLMİ
Rusiyanın “Novosti” agentliyindən AZƏRTAC-a daxil olan xəbərə görə, martın 12-də Moskvada, “İzvestiya” qəzetinin redaksiyasında soydaşımız, tanınmış kinorejissor Tofiq Şahverdiyevin fotolarından ibarət fərdi sərgisi və “Uşaqlıq” sənədli filmlər serialından “İçməyən iki oğlan” adlı yeni filminin təqdimatı olacaqdır.
T.Şahverdiyev İtaliyada, Yuqoslaviyada, ABŞ-da keçirilən beynəlxalq kinofestivallarda çoxsaylı baş mükafatlara layiq görülmüş “Gimnastika dərsi”, “Stalin bizimlədir”, “Öləndə də, məhəbbətdən öləsən”, “Qələbə marşı” filmlərinin müəllifidir. “Qələbə marşı” filminə görə 2001-ci ildə Rusiya Kino Sənəti Akademiyasının yüksək “Nika” mükafatına layiq görülmüşdür.
Fotoqrafiya rejissorun asudə vaxtlarını həsr etdiyi sevimli məşğuliyyətidir və bu, sonralar onun ikinci peşəsinə çevrilmişdir. Sərgidə rejissorun uşaqlara həsr etdiyi fotoların yalnız bir hissəsi göstərilir.
İndi Tofiq Şahverdiyev uşaqların sosial problemlərindən bəhs edən “Uşaqlıq” sənədli serialı üzərində işləyir. Bu serialdan “Adam öldürmək” və “Üfürülmüş şarlar” adlı iki film “Stalker” beynəlxalq festivalının mükafatlarını almışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [12:57]
Səsi ilə yaddaşlarda yaşayan sənətkar – Qəndab Quliyeva
- 10.08.2026 [12:53]
“Tanrının Zirehi: Ultimatum” filminin Azərbaycanda çəkilişləri davam edir
- 10.08.2026 [12:12]
Ankarada III Beynəlxalq Türk dünyası festivalı təşkil olunub
- 10.08.2026 [11:05]
Sözün illüstrasiya naxışı: Kazım Kazımzadənin yaradıcılıq dünyası
- 09.08.2026 [14:26]
Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib
- 07.08.2026 [16:32]
Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir
- 07.08.2026 [15:55]