ELM VƏ TƏHSİL
“Müasir fəlsəfə, süni intellekt və qeyri-səlis məntiq” monoqrafiyası çapdan çıxıb
Bakı, 19 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunda İlham Məmmədzadə, Əbülhəsən Abbasov, Əli Abasov, Füzuli Qurbanov və Arif Bünyatovun həmmüəllifliyi ilə “Müasir fəlsəfə, süni intellekt və qeyri-səlis məntiq” adlı monoqrafiya işıq üzü görüb.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, müəlliflər monoqrafiyada süni intellektin fəlsəfi reaksiyası aspektində olan bir çox problemlərə kreativ yanaşaraq sanballı tədqiqatlar aparıblar. Süni intellekt və qeyri-səlis məntiq haqqında bir çox məsələlər təhlil olunub və müasir fəlsəfədə bu problemlərə yeni yanaşmalar analiz və tədqiq edilib. Azərbaycan filosofları monoqrafiyadakı tədqiqatlarında həmin problemlərin vurğulanan istiqamətdə hərtərəfli tədqiqatların daha da genişləndirilməsinin və dərinləşdirilməsinin zəruriliyini göstəriblər.
Monoqrafiyanın rəyçiləri Türkiyədən fəlsəfə elmləri doktoru, professor Kərəm Kara-Bulut, Rusiyadan fəlsəfə elmləri doktoru, professor Taxir Maxamatov və texnika elmləri doktoru professor Vaqif Qasımovdur. Redaktoru isə Qabil Camalovdur.