Müəllimlər üçün testlərdə qarşıya çıxan çətinliklərlə bağlı vebinar təşkil olunacaq
Bakı, 1 noyabr, AZƏRTAC
Təhsil İnstitutu müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsinin izahı ilə bağlı vebinarları davam etdirir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, növbəti vebinar noyabrın 2-də “Bakteriyalar, göbələklər və bitkilər aləminə aid testlərdə qarşıya çıxan çətinliklər” mövzusunda keçiriləcək. Vebinarda spiker qismində Əməkdar müəllim, “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi, dərslik müəllifi Nüşabə Məmmədova çıxış edəcək.
Vebinarın keçirilməsində əsas məqsəd sertifikasiyaya hazırlaşan müəllimlər üçün çətin mövzuların və qiymətləndirmə vasitələrinin izah olunmasıdır.
Tədbir institutun feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.
Xatırladaq ki, Təhsil İnstitutu müəllimlərin işə qəbulu və sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini hazırlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
- 13.06.2026 [17:04]
BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib
- 13.06.2026 [15:31]
Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub
- 13.06.2026 [14:21]
Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub
- 13.06.2026 [11:45]
Paytaxtın 53 nömrəli məktəbində 187 nəfər məzun olub VİDEO
- 13.06.2026 [10:53]