Muğam Mərkəzində "Sabah" qrupunun konserti keçirilib
Bakı, 20 dekabr, Xaruqə Məmmədova, AZƏRTAC
Dekabrın 20-də Beynəlxalq Muğam Mərkəzində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Sabah" qrupunun tələbələrinin konserti keçirilib.
AZƏRTAC xəbər verir ki, konsertdə Azərbaycan və dünya bəstəkarlarının, o cümlədən D.Şostakoviç, F.Şopen, P.Şuman, S.Raxmaninov, C.Allahverdiyev, A.Məlikov, V.Mustafazadə və başqalarının əsərləri səsləndirilib.
Konsert musiqisevərlər tərəfindən maraqla qarşılanıb.
Dörd ildir fəaliyyət göstərən "Sabah" qrupu İspaniya, Rusiya, Estoniya, Türkiyə və Çexiyada keçirilmiş beynəlxalq müsabiqələrdə laureat adına layiq görülüb.