MÜHARİBƏ VƏ ƏMƏK VETERANLARI PANSİONATINDA XEYRİYYƏ TƏDBİRİ
AZƏRTAC Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi ümummilli liderimiz Heydər Əliyevin respublikamızda siyasi rəhbərliyə gəlişinin 39-cu ildönümü münasibətilə Bilgəh qəsəbəsindəki müharibə və əmək veteranları pansionatında xeyriyyə tədbiri keçirmişdir.
İdarənin rəisi Əlikram Əliyev əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, Azərbaycanda hakimiyyətdə olduğu illərdə ulu öndərin Vətənimiz və xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən danışmışdır.
Sonra bayram süfrəsi açılmış, əmək və müharibə veteranlarına hədiyyə bağlamaları təqdim olunmuşdur.
Tanınmış incəsənət ustalarımızın ifasında səsləndirilən xalq və bəstəkar mahnıları, rəqslərimiz ahıllarımıza xoş əhval-ruhiyyə bəxş etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:11]
Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [11:55]
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
- 12.06.2026 [23:20]