Musa Quliyev: 3 yaşınadək uşaqlara qulluğa görə müavinətlər 53,8 faiz artacaq
Bakı, 17 noyabr, AZƏRTAC
2022-ci ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 5 milyard 307 milyon manat və ya cari illə müqayisədə 161 milyon manat artıq proqnozlaşdırılıb.
18 faizlik artım proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 645 milyon manat artım deməkdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev 2022-ci il dövlət büdcəsinin müzakirəsi ilə bağlı parlamentin noyabrın 17-də keçirilən iclasında deyib.
Komitə sədri bildirib ki, 2022-ci il üçün xərclər cari ilin xərclərindən 3,1 faiz artıq olmaqla (161 milyon manat), 5 milyard 307 milyon manat məbləğində qiymətləndirilir. Bunun 4 milyard 951 milyon manatı əmək pensiyaları üzrə, 182 milyon manatı məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər üzrə planlaşdırılır.
Qeyd olunub ki, sosialyönümlü siyasət nəticəsində gələn il orta pensiyanın aylıq məbləğinin artaraq 345 manata çatması, yaşa görə əmək pensiyasının isə 358 manatdan 375 manata qalxması gözlənilir.
Musa Quliyev gələn ilin dövlət büdcəsində sosial sahədə 45,9 faiz artım tempinin müşahidə olunduğunu diqqətə çatdırıb. Daha çox artım müşahidə olunan sahələrdən biri 3 yaşınadək uşaqlara qulluğa görə müavinətlərin 53,8 faiz artmasıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]