Musiqi məktəbi Ümummilli Liderin 100 illiyinə həsr olunmuş konsert proqramı təqdim edib
Bakı, 26 aprel, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbi Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsert təqdim edib.
AZƏRTAC xəbər verir ki, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilən konsertdə məktəbin şagirdləri Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini səsləndiriblər.
Konsertdə şagirdləri Mustafa Mehmandarovun dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestri müşayiət edib.