MUSİQİ OLİMPİNDƏ YENİ ANSAMBL
AZƏRTAC xəbər verir ki, Bakıda gənclərdən ibarət yeni musiqi ansamblı - “Badi-Kubə” simli kvarteti yaradılmışdır. Ansamblın yaradıcıları Bakı Musiqi Akademiyasının 4-cü kurs tələbələri, skripkaçılar Cavad Tağızadə və Emin Hüseynov, habelə bu ali təhsil müəssisəsinin məzunları, altist Vaqif Babayev və violonçelist Denis Utkindir. Onlar bu ansamblı şəxsi təşəbbüsləri və Akademiyanın rektoru, xalq artisti Fərhad Bədəlbəylinin xeyir-duası və dəstəyi ilə təşkil etmişlər.
Bakılılar yeni yaradıcılıq kollektivinin yüksək peşəkarlıq səviyyəsini artıq qiymətləndirmişlər. “Badi-Kubə” kirxada, Kapellhausda, habelə Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində bir neçə konsert vermişdir. Ansamblın çıxışları gənc musiqiçilərin repertuara ciddi yanaşdıqlarını göstərmişdir. Proqrama Dmitri Şostakoviç, Qara Qarayev, Alfred Şnitke, Bela Bartok və başqa bəstəkarların əsərləri daxil edilmişdir.
Ansambl bu yaxınlarda Bakıda yenicə yaradılmış Klassik Musiqi Pərəstişkarları Klubu iclasının iştirakçıları qarşısında yaradıcılıq imtahanı vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:11]
Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [11:55]
Ankarada “Səda” musiqi kurslarının hesabat konserti təşkil edilib
- 12.06.2026 [23:20]