Azərbaycan Dövlət İnformasiya Agentliyi

Musiqiləri könüllər məlhəmidir

Bu gün görkəmli bəstəkar Fikrət Əmirovun anadan olmasının 95-ci ildönümü tamam olur

Bakı, 22 noyabr, AZƏRTAC

Deyirlər dahilərin ömrü qısa olur, çünki onların bütün həyatı yaradıcılığındadır. Yaratdıqları əsərlər yaşadıqca onlar da yaşayır, tarixin yaddaşında əbədiyyətə qovuşurlar. Bu gün anadan olmasının 95-ci ildönümü tamam olan görkəmli bəstəkar, SSRİ Xalq Artisti Fikrət Əmirov da belə sənətkarlardandır. O, yaratdığı hər bir əsərinin ilk notundan son notunadək xalq musiqisindən bəhrələnib, bütün yaradıcılığını dünya musiqi mədəniyyətinin nailiyyətləri ilə üzvü surətdə birləşdirə bilib. AZƏRTAC görkəmli bəstəkarın doğum günündə onun adını daşıyan 6 nömrəli onbirillik incəsənət məktəbinin müəlliməsi, musiqişünas Aytən Manafovanın yazısını təqdim edir.

Böyük müəllimə istedadlı tələbənin

minnətdarlıq ifadəsi

Nizami dühasının qüdrəti, Məhsəti şerinin sehri, Cavad xanın qeyrəti sayılan Gəncə torpağında, 1922-ci ildə Fikrət Əmirov kimi daha bir layiqli övlad dünyaya göz açır. Görkəmli tarzən, mahir xanəndə, eləcə də istedadlı bəstəkar Məşədi Cəmil Əmirovun ailəsində dünyaya dələn F.Əmirovun uşaqlıqdan muğamlar, xalq musiqisi canına, qanına hopmuş, qəlbinə hakim kəsilmişdir. Əlindəki tar isə onun əbədi, sadiq dostuna, qəlb sirdaşına çevrilmişdir. İllər keçəcək uşaqlıqda eşitdiyi gözəl havalar bəstəkarın “Şur”u və “Kürd ovşarı”nda duyulacaq, “Azərbaycan kapriççiosu” kimi gözəl musiqi əsəri yaradacaq.

Tale Fikrət Əmirova Məşədi Cəmil kimi ata bəxş etmişdi. Məşədi Cəmil bütün varlığı ilə oğlunun onun yolunu davam etdirməsini arzulayırdı. Lakin həyatın sərt qanunlarına görə Fikrət atasını erkən itirir. Anası Dürdanə xanım Fikrəti 16 yaşındaykən Bakıya - Məşədi Cəmilin yaxın dostu Bülbülün yanına gətirir, o isə öz növbəsində Fikrəti Üzeyir bəylə tanış edir. Fikrətin istedadını duyan dahi sənətkar ona konservatoriyaya qəbul olmağı məsləhət görür. Beləliklə, Bülbülün və Üzeyir bəyin qayğısı ilə əhatə olunmuş tələbəlik illəri başlayır. Sonralar özünü Üzeyir bəyin yetirməsi adlandıran F.Əmirov bu sözlə qürur duyduğunu, fəxarət hissi keçirdiyini bildirmişdir. Elə 1948-ci ildə Üzeyir bəyə həsr etdiyi “Elegiya” əsəri böyük müəllimə istedadlı tələbənin minnətdarlıq ifadəsi idi.

Xalq mahnılarını nota salan bəstəkar

Konservatoriya illərində F.Əmirov Bülbülün rəhbərlik etdiyi “Xalq musiqisi kabineti” ilə yaxından əməkdaşlıq edərək, xalq mahnılarının toplanması və nota salınmasında fəal iştirak edir. Ümumiyyətlə, bəstəkarın yaradıcılığında xalq mahnılarının işəmələri xüsusi bir mərhələdir. Xalq musiqisinin qanunauyğunluqlarına yaxından bələd olan bəstəkar onları incə bir şəkildə səs və müşayiət üçün işləmişdi. (“Evləri var xana-xana”, “Küçələrə su səpmişəm” xalq mahnıları). Bülbülün redaktəsi ilə işıq üzü görmüş iki cildli “Azərbaycan xalq mahnıları” məcmuəsinin mündəricatında kifayət qədər F.Əmirovun adına rast gəlmək olar. Konservatoriyada F.Əmirov şəxsən Üzeyir bəy tərəfindən dəvət olunmuş B.İ.Zeydmanın sinfində bəstəkarlığın sirlərinə yiyələnir. Məlumat üçün qeyd edək ki, Zeydmanın sinfində S.Hacıbəyov, S.Ələsgərov, Ə.Abbasov, C.Cahangirov, Ə.Hüseynzadə, Ş.Axundova kimi bir çox Azərbaycan bəstəkarları dərs almışlar. Fikrət Əmirovun elə ilk bəstəkarlıq təcrübələri də məhz konservatoriya illərinə aiddir: bu əsasən müxtəlif şairlərin sözlərinə yazılmış mahnı və romanslar idi. (“Koreyalının andı” - S.Rüstəm; “İki sahil” - Dorizo, “Ulduz” - Lermantovun sözlərinə). “Nizami poeziyası məni gözəlliyi, onun məna dərinliyi və mahiyyəti, surətləri əyaniliyi, yüksək mənəvi-etik ideyaları, ehtirasların çarpışması, ən başlıcası isə dramatikliyi ilə, bəzən faciəvi gərginliyi ilə cəlb edir”, - deyən bəstəkar Nizaminin həyatı və poeziyasını tükənməz ilham mənbəyi hesab edirdi. F.Əmirovun Nizaminin irsinə məhəbbəti elə erkən yaradıcılıq dövründən başlayır. Konservatoriya illərində bəstəkar “Nizaminin xatirəsinə simfonik poema”, 1947-ci ildə böyük ədibin adı ilə bağlı olan kamera simfoniyasını yazır. Həmçinin Üzeyir bəyin əsasını qoyduğu romans-qəzəl janrına da öz töhfəsini bəxş edən “Gülüm” romans-qəzəli də bu dövrə aiddir. Həmçinin F.Əmirov Azərbaycan bəstəkarlarının Nizaminin sözlərinə yazılmış vokal əsərlərini toplayaraq, məcmuə şəklində öz redaktorluğu ilə nəşr etdirmişdir. Maraqlıdır ki, bəstəkarın sonuncu əsəri də böyük dühanın ümumiləşdirilmiş obrazını təcəssüm etdirən “Nizami” baletidir.

Mən bir zirvə tanıyıram...

Böyük vətən müharibəsinin başlanması ilə əlaqədar F.Əmirov konservatoriyadakı təhsilini yarımçıq qoyub ön cəbhəyə yollanır. Lakin Voronej cəbhəsində ağır yaralanan bəstəkar 1942-ci ildə ordudan tərxis olunur, əvvəlcə Gəncəyə gedərək, Gəncə Dövlət Filarmoniyasında, indi onun adını daşıyan musiqi məktəbində, eləcə də burada yerləşən Dövlət Dram Teatrında fəaliyyət göstərir. Lakin yarımçıq qalmış musiqi təhsili, yazıb-yaratmaq eşqi, onu Bakıya çəkirdi. Beləliklə, 1943-cü ildə F.Əmirov Bakıya qayıdaraq təhsilini bərpa edir. Müharibənin qanlı-qadalı təəssüratları isə əbədi olaraq 1943-cü ildə yazdığı “Böyük Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə” adlı simfonik poemasının partiturasına həkk olunur. Bu əsər bəstəkarın dostu, müharibədə həlak olmuş Məmməd İsrafilzadənin xatirəsinə həsr olunmuşdur. Bəstəkarın yaradıcılığında 1945-46-cı illəri əhatə edən skripka və fortepiano üçün “İkili konsert”, fortepiano və xalq çalğı alətləri orkestri üçün konsert eləcə də fortepiano üçün yazdığı “Romantik sonata” müvafiq olaraq bu janrların ilk nümunəsi olub, Azərbaycan musiqi ədəbiyyatını zənginləşdirən musiqi əsərləri kimi qiymətləndirilir. 1944-cü ildə o Musiqili Komediya Teatrının açılması F.Əmirov qarşısında yeni imkanlara zəmin yaratdı. Sənət müəllimi Üzeyir bəyin möhkəm təməlli musiqili teatr ənənələrinə dayaqlanan F.Əmirov bu janrda da öz qələmini sınayır və “Ürəkçalanlar” (1944), “Gözün aydın” (1946) musiqili komediyalarını yazır. Əbəs yerə “Mən bir zirvə tanıyıram. Uca zirvə...Günəşli zirvə...Vüqarlı zirvə... O zirvə dünyanın hər yerindən görünür. Bəzən Nyu-Yorkun alqışlarından titrəyən konsert salonları o zirvəyə səcdəyə gəlir, bəzən dumanlı Londona o zirvədən şəfəqlər süzülür” deyimini Xalq Şairi Nəbi Xəzri 1949-cu ildə bəstəkarın Dövlət mükafatına layiq görülmüş iki böyük şedevri - “Şur” və “Kürd ovşarı” haqqında söyləməyib. İki tip musiqi təfəkkürünün - xalq və Avropa musiqisinin sintezi olan simfonik muğamlar yeni bir janrın əsasını qoymaqla özündən sonra elə bir zəmin hazırladı ki, bu zəmin əsasında sonradan Niyazi, S.Ələsgərov kimi bəstəkarlar öz maraqlı nümunələrini yarada bildilər. Bu əsərlərlə F.Əmirov “Şərq simfonizmi”nin əsasını qoydu.

Muğamlarımıza yeni məzmun gətirən bəstəkar

F.Əmirovun simfonik muğamlarının yüksək bədii keyfiyyətlərini dahi Q.Qarayev belə açıqlayır: “F.Əmirovun yaradıcılıq işinin məziyyəti ondadır ki, o, xalq dühasının əsrlərlə yaratdığı bütün xüsusiyyətlərini saxlamaqla bərabər, muğamlara yeni məzmun verə bilmişdir. Ölməz musiqi poemaları onun təfsirində yeni şəkildə səslənir. Əmirov öz vəzifələrini dərindən dərk edərək zəngin məzmunlu, xəlqi dilli, orijinal formalı simfonik əsərlər yaratmışdır”.

Bütün bəstəkarların arzuları demək olar ki, eyni olur - əsərlərinin sədasını uzaqdan eşitmək. F.Əmirovun da arzusu Azərbaycan musiqisinin dünyanın hər yerində səslənməsi idi və bəstəkar bu arzusuna elə sağlığında çatmışdır. Tam qürurla deyə bilərik ki, F.Əmirov musiqisi sovet hakimiyyəti illərində, ideologiyanın ciddi nəzarətdə olduğu dövrdə sərhədləri aşaraq bir çox kapitalist ölkələrində, hətta Amerikada da səslənmiş, bir çox dünya şöhrətli dirijorların - Ş.Münş, L.Stokovskinin təfsirində səslənmiş, xarici dövrü mətbuatda kifayət qədər işıqlandırılmışdır. Təqribən 20 ildən sonra bəstəkarın sayca üçüncü simfonik muğamı meydana gələcək. Fars poeziyası klassikləri Sədi və Hafizin şerlərindən ilhamlanan F.Əmirov “Gülüstan Bayatı-Şiraz” simfonik muğamını yazır. Əvvəlki nümunələrdə klassik incilərimiz olan muğamların dramaturji inkişaf prinsipini göstərdiyi halda “Gülüstan Bayatı-Şiraz”da bu məsələyə başqa rakursdan yanaşaraq muğamın emosional bədii təsirini, fəlsəfi tutumunu əks etdirmiş və muğama səs-messo soprano daxil etmişdir. F.Əmirovun qarşısında keşməkeşli, lakin şərəfli müstəqil yaradıcılıq cığırı açılmışdı. Keçən əsrin 50-ci illərində bəstəkar əsasən fortepiano musiqisinə diqqət yetirir. “12 miniuatür”, həmçinin E.Nəzirova ilə birgə “Ərəb mövzularına konsert” bu illərin məhsuludur. Sonuncu əsər bəstəkarın Birləşmiş Ərəb Əmirliklərinə səfərinin təəssüratları nəticəsində ərsəyə gəlmişdir. Bu əsərdə müəlliflər ərəb musiqi üslubunu saxlamaqla Azərbaycan melodiyası ilə vəhdət yaratmağa nail olmuşlar.

Melodiya - F.Əmirov musiqinin canıdır

F.Əmirov opera janrına özünəməxsus bir cığırla irəliləyərək gəlib çıxmışdı. Bəstəkarın diplom işi birpərdəli “Ulduz” operası olmuşdur. Opera yalnız əlyazma şəklində saxlanılsa da, bəstəkar yeni böyük əsəri üçün müəyyən təcrübə əldə etmişdir. Eyni zamanda, bəstəkar musiqili komediya janrında da kifayət qədər nailiyyətləri “Sevil” operasının yazılması üçün bir pillə idi. Azərbaycan musiqisində ilk lirik-psixoloji opera olan “Sevil” bəstəkarın özü tərəfindən bir neçə dəfə redaktə edilmiş,1970-ci ildə yeni redaksiyada film-opera şəklində ekranlaşdırılmışdır. 1998-ci ildə professor F.Bədəlbəyli operanın növbəti redaksiyasını etmiş, inqilabi səhnələr, Sevilin Moskva haqqında mahnısı operadan çıxarılmışdır. Başqa sözlə desək, süjetdə ideya vurğusu başqa tərzdə mənalandırılmışdır. Bu redaksiyada Sevilin azadlığa çıxması deyil, Sevil və Balaşın ailə faciəsi daha da qabarıq göstərilib. Lakin edilən ixtisarlar və dəyişikliklər əsərin bədii məzmununa zərrə qədər də xələl gətirməyib. Operanın bu tamaşasında şəxsən iştirak edən ümummilli lider Heydər Əliyev bəstəkarın bu əsərini opera səhnəsinin bir töhfəsi adlandıraraq, onun yenidən canlandırılmasını Azərbaycan musiqisi üçün əlamətdar hadisə hesab etmişdir.

Bəstəkarın yaradıcılığının əhəmiyyətli hissəsini vokal-instrumental əsərləri təşkil edir. F.Əmirovun çoxsaylı vokal əsərlərinin bir qismi müstəqil şəkildə yazılmış mahnı və romanslar, digər qismi isə kino və dram tamaşalarına yazılmış mahnılardan ibarətdir. Bu mahnılar yazıldığı dövrdən indiyə kimi ən müxtəlif üslubda ifa edən musiqiçilərin repertuarını bəzəyir, daim yeni tərzdə aranjeman oluna bilir. Onun yaratdığı mahnılar xalqımız tərəfindən sevilir. Bunun da səbəbi bəstəkarın öz sözləri ilə desək, “xəmirinin xalq musiqisi ilə yoğrulması” ilə əlaqədardır. Böyük sovet bəstəkarı - D.D.Şostakoviçin “Melodiya F. Əmirov musiqinin canıdır” fikrini əsas götürərək belə nəticəyə gələ bilərik ki, bu mahnılar məhz gözəl, ifadəli melodiyası ilə qəlblərə yol tapa bilib. Təbii ki, burada poeziyanın rolunu da danmaq olmaz. F.Əmirov əsərlərində Nizami, S.Vurğun, H.Cavid, N.Xəzri, T.Elçin, M.Dilbazi kimi böyük söz xiridarlarının şerlərinə müraciət etmişdir.

“Min bir gecə” al-əlvan, rəngarəng

boyaların musiqi təcəssümüdür

Bəstəkarın yaradıcılığından qırmızı xətlə keçən mövzulardan biri doğma Vətənə - Azərbaycana olan sonsuz məhəbbət mövzusudur. Bəstəkarın üç böyük simfonik əsəri doğma torpağımızın adı ilə bağlıdır. Vətən şövqü S.Vurğunun sözlərinə yazdığı “Azərbaycan” simfonik süitası (1950), “Azərbaycan kapriççiosu” (1961) və ”Azərbaycan qravürləri” (1979) simfonik əsərlərində öz parlaq təcəssümünü tapır. Teatrın qanunuyğunluqlarına yaxından bələd olan bəstəkar bu sahədə də melodik başlanğıclı, milli lad təfəkkürünə əsaslanan koloritli harmonik dilə malik, orijinal orkestr üslublu musiqi nümunələrini yaradır. Çoxsaylı nümunələr içərisindən Hüseyn Cavidin “Şeyx Sənan” dramına yazılmış “Kor ərəbin mahnısı”nı xatırlamaq kifayətdir. Onu da əlavə edək ki, bəstəkar bu dram əsasında opera yazmaq fikrində də olmuşdur. Bəstəkarın kino musiqisində işi də təqdirəlayiqdir. Daha sonra bəstəkar kino musiqisi sahəsində bir neçə dəfə də qələmini sınayıb. “Böyük dayaq”, “Mən ki gözəl deyildim”, “Nəğmə dərsi”, “Yaşamaq gözəldir qardaşım” “Firəngiz” filmlərindəki uğurlu işi Azərbaycan musiqi mədəniyyətinin zənginləşdirən səhifələrdəndir.

Fikrət Əmirov musiqi dünyası yaşından, maraq dairəsindən asılı olmayaraq hamı üçün aktualdır. İncə ruhlu bəstəkar uşaqların da zövqünü oxşamağa müvəffəq olmuşdur. Bəstəkarın “Qatar”, “Bizim həyət”, “Bahar gəlir” mahnıları bu gün də balacalar tərəfindən sevilə-sevilə oxunur. 1979-cu ildə bəstəkar daha bir böyük əsəri- “Min bir gecə” baletini yazır. Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulan balet qısa bir zamanda çox geniş populyarlıq qazanır. 1980-ci ildə bəstəkar, baletmeyster N.Nəzirova, rəssam T.Nərimanbəyov, dirijor N.Rzayev və baş rolların ifaçıları SSRİ Dövlət mükafatına layiq görülürlər. Azərbaycan musiqisində ilk nağıl baleti olan “Min bir gecə”nin partiturası, sanki rəngarəng palitraya bənzəyir. Başqa sözlə desək, “Min bir gecə” al-əlvan , rəngarəng boyaların musiqi təcəssümüdür. Əsərlərində daim xalqa yaxın olan mövzulara müraciət edən F.Əmirov bu dəfə də öz yaradıcılıq prinsiplərinə sadiq qalaraq, nağıla müraciət edir. Sədaqət, sevgi, xeyrin şər üzərində qələbəsi kimi nağılın humanist ideyalarını musiqinin, rəqsin dilinə “tərcümə” etmiş valehedici melodiyası, rəngarəng orkestr dili, mükəmməl dramaturji inkişaf prinsipi olan əsl şedevr yaratmağa nail olmuşdur.

Özündən sonra “Reyhan” ətirli, “Göy göl”ün büllur sularından süzülən, “Şur”un ibrətamiz nəsihətlərində eşidilən, “Sevil”in məğrurluğu, “Şəhrizad”ın müdrikliyindən ilhamlanan , Nizami, Nəsimi dühasından qaynaqlanan, “Azərbaycan qravürlərində” “Gözəlim” deyib mədh etdiyi, “Mən səni araram” deyib soraqladığı “Azərbaycan ellərində” əbədiyaşar irs qoyub getmişdir. Fikrət musiqisi sevgidir, məhəbbət carçısıdır. Sevgi, məhəbbət isə ruhumuzun qidası, qəlbimizin məlhəmidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Astanada ortaq türk əlifbasının gələcək tətbiqinə dəstəyi təsdiqləyən Bəyannamə imzalanıb

ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib

İğdır Universitetinin rektoru: Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığının yol göstərən ulduzudur

® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb

Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya 1993-cü ildən sonra müəyyənləşdirilib – ŞƏRH

Sorğu: Ukraynalıların əksəriyyəti rus dilinin rəsmi səviyyədə istifadədən çıxarılmasını dəstəkləyir

Gürcüstan və Serbiya prezidentlərinin görüşündə regional təhlükəsizlik məsələləri diqqətdə olub

Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb

Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru

Tovuzda su kanalından kişi meyiti tapılıb

Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır

“Azərbaycan rüzgarı”nın növbəti buraxılışı Milli Qurtuluş Gününə həsr edilib

Səbinə Tanrıverdiyeva: Logistika sahəsində qadın liderliyi regional əməkdaşlığın inkişafına töhfə verir

Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır

Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub

Milli Qurtuluş Günü Qaxda silsilə tədbirlərlə qeyd olunub

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Türkiyə Prezidenti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

Kir Starmerlə əlaqəli əmlakların və avtomobilin yandırılmasına görə 2 nəfər təqsirli bilinib

Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycanı ortaq tarixi yaddaş, mədəniyyət və tale birləşdirir

Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar

Tunis yığmasının baş məşqçisi istefa verib

AFFA-nın baş katibi FIFA-nın sammitində

Hulusi Kılıç: Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın potensialının birləşməsi üçün güclü stimuldur

Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır

Müdafiə naziri: Azərbaycan Ordusunun şəxsi heyətinin Böyük Qayıdışa layiqli töhfələr verməsi Vətənə sədaqət nümunəsidir

Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır

Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir

Türkiyə ictimaiyyəti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edir

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz birliyini təsdiqləyən tarixi manifestdir ŞƏRH

Türkiyə Müdafiə Nazirliyi: Ankara və Bakı bundan sonra da çiyin-çiyinə dayanacaq

Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib

“Qara Canavar” evinə qayıdıb: Nazim Sadıxov Bakıda yenidən tarix yazmaq əzmindədir

G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb

Azərbaycan məhsulları Moskvada təqdim olunub

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı futbolçu Kipr klubuna keçib

Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək

Avropalı liderlər ABŞ ilə İran arasında əldə olunan razılaşmanı alqışlayıblar

Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir

“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Milli Qurtuluşdan başlanan yol bu gün Azərbaycanı qalib, suveren və qüdrətli dövlət zirvəsinə yüksəldib - ŞƏRH

TDT-nin Baş katibi: 15 İyun milli birliyin, dözümlülüyün və ölkənin davamlı inkişafı ilə tərəqqi yolunun rəmzi kimi çıxış edir

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq

Ombudsman: Ulu Öndər Heydər Əliyevin siyasi müdrikliyi sayəsində Azərbaycanın inkişaf yolunun möhkəm təməli qoyuldu

Kürşad Zorlu: Müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimiz mühüm nəticələr verir

XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq

Baş nazir Əli Əsədov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan avarçəkəni Portuqaliyada ikinci qızıl medalını qazanıb

Milli Qurtuluş Günü - Dövlətçiliyin xilası, xalqın gələcəyə inamının bərpası və müstəqilliyin qorunması ŞƏRH

"Sabah"ın yeni idman direktorunun adı məlum olub

Şuşa Bəyannaməsi: Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələ ŞƏRH

İspaniya millisi dünya çempionatında mübarizəyə başlayır

Yaxın Şərqdə sabitliyin bərpası dünya bazarında neftin qiymətinə təsirsiz ötüşməyib

Pakistanın xüsusi nümayəndəsi: Şuşa Azərbaycanın mədəni irsinin rəmzidir VİDEO

Pakistanın xüsusi nümayəndəsi: Şuşa Azərbaycanın mədəni irsinin rəmzidir VİDEO

Mikita Poturayev: Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyib VİDEO

Mikita Poturayev: Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyib VİDEO

Azərbaycan nümayəndə heyəti UNESCO-nun tədbirlərində iştirak üçün Parisə yollanıb

Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri

Myanma Prezidentinin Çinə səfəri başlayıb

Şamaxıda Milli Qurtuluş Günü qeyd olunub

Kürdəmirdə Milli Qurtuluş Gününə həsr olunan konsert təşkil edilib VİDEO

Kürdəmirdə Milli Qurtuluş Gününə həsr olunan konsert təşkil edilib VİDEO

Güclü istilər səbəbindən Fransanın nüvə elektrik stansiyalarında istehsal məhdudlaşdırıla bilər

Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO

Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO

Höteborqda son on ildə evsizlərin sayı təxminən iki dəfə azalıb

Bu saata olan əsas xəbərlər

Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir

Səfir: Çin və Azərbaycan arasında iqtisadi əməkdaşlıq son illərdə yüksək artım tempi nümayiş etdirir VİDEO

Səfir: Çin və Azərbaycan arasında iqtisadi əməkdaşlıq son illərdə yüksək artım tempi nümayiş etdirir VİDEO

15 iyun Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsidir – ŞƏRH

Şamil Ayrım: Şuşa Bəyannaməsi regional sülhün strateji yol xəritəsidir VİDEO

Şamil Ayrım: Şuşa Bəyannaməsi regional sülhün strateji yol xəritəsidir VİDEO

Aydın Kərimov: Qarabağ Universitetinin İncəsənət və Turizm fakültələri Şuşada yerləşəcək VİDEO

Aydın Kərimov: Qarabağ Universitetinin İncəsənət və Turizm fakültələri Şuşada yerləşəcək VİDEO

G7 sammiti: İqtisadi balanssızlıqlar, Ukrayna müharibəsi və Yaxın Şərq böhranı

Azərbaycanın birinci dövr ikiillik şəffaflıq hesabatının qiymətləndirilməsi prosesi uğurla tamamlanıb

Senator Natali Qule: Bakı regional normallaşmanın əsas hərəkətverici qüvvəsi kimi qiymətləndirilir VİDEO

Senator Natali Qule: Bakı regional normallaşmanın əsas hərəkətverici qüvvəsi kimi qiymətləndirilir VİDEO

Ərdoğan: ABŞ ilə İran arasında əldə olunan saziş regionda sülh və sabitlik yolunda mühüm hadisədir

Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub

Milli Qurtuluş Günü Azərbaycan dövlətçilik tarixinin ən mühüm və dönüş yaradan səhifələrindən biridir - ŞƏRH

Milli Kitabxanada “15 İyun – Milli Qurtuluş Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunub

Qəbələdə 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib

Moldova Parlamentinin üzvü: Azərbaycan regionda yeni iqtisadi əsaslar formalaşdırır VİDEO

Moldova Parlamentinin üzvü: Azərbaycan regionda yeni iqtisadi əsaslar formalaşdırır VİDEO

Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO

Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO

Sayavonq Bounyadet: Laos və Azərbaycan arasında əməkdaşlıq qlobal inkişafın təşviqinə xidmət edir VİDEO

Sayavonq Bounyadet: Laos və Azərbaycan arasında əməkdaşlıq qlobal inkişafın təşviqinə xidmət edir VİDEO

Aktam Xaitov: Ölkələrimiz arasında münasibətlər daha yüksək mərhələyə qalxıb VİDEO

Aktam Xaitov: Ölkələrimiz arasında münasibətlər daha yüksək mərhələyə qalxıb VİDEO

Milli Qurtuluşdan tarixi Zəfərə gedən yol VİDEO

Milli Qurtuluşdan tarixi Zəfərə gedən yol VİDEO

15 iyun Azərbaycan xalqının dövlətçilik iradəsinin və dövlət quruculuğu strategiyasının təntənəsini ifadə edən tarixi gündür

Oğuzda yol qəzası baş verib, ailə üzvləri xəsarət alıb VİDEO

Oğuzda yol qəzası baş verib, ailə üzvləri xəsarət alıb VİDEO

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri nəzərdə tutulur VİDEO

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri nəzərdə tutulur VİDEO

Səfir Qurbanməmmet Elyasov: Qarabağda çox böyük işlər görülüb VİDEO

Səfir Qurbanməmmet Elyasov: Qarabağda çox böyük işlər görülüb VİDEO

İncəsənət məktəbləri və mərkəzlərində ilk dəfə mərkəzləşdirilmiş buraxılış imtahanları keçirilir

Tahir Budaqov: Şuşa Bəyannaməsi Milli Qurtuluş Gününün formalaşdırdığı müstəqil dövlətçilik ideyalarının məntiqi davamıdır VİDEO

Tahir Budaqov: Şuşa Bəyannaməsi Milli Qurtuluş Gününün formalaşdırdığı müstəqil dövlətçilik ideyalarının məntiqi davamıdır VİDEO

Prezident: Ölkəmiz regionda davamlı sülh və sabitlik mühitinin yaradılması istiqamətində qətiyyətli siyasət həyata keçirir

Aydın Kərimov: İşğaldan azad olunmuş ərazilərdə 80 mindən çox insan yaşayır və çalışır VİDEO

Aydın Kərimov: İşğaldan azad olunmuş ərazilərdə 80 mindən çox insan yaşayır və çalışır VİDEO

“Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür