Musiqili Teatrın həftəsonu repertuarı maraqlıdır
Bakı, 28 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət Musiqili Teatrının həftəsonu repertuarında klassik və çağdaş əsərlər əsasında hazırlanan tamaşalar yer alır.
AZƏRTAC xəbər verir ki, teatr bu dəfə də ənənəsinə sadiq qalaraq maraqlı tamaşalarla teatrsevərlərin görüşünə gələcək.
Fevralın 1-də “Bir dəfə Bağdadda”, 2-də “Qızıl cücə”, “O olmasın, bu olsun” tamaşaları izləniləcək. Fevralın 3-də isə teatrsevərlər “Qırmızı papaq” və “Mənim günahım” tamaşalarına baxa biləcəklər.
Qeyd edək ki, “Bir dəfə Bağdadda” və “Qızıl cücə” tamaşaları rusdilli tamaşaçılar üçün nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]