MÜSTƏQİL AZƏRBAYCANIN SİLAHLI QÜVVƏLƏRİNDƏ XİDMƏT ETMƏK BÖYÜK ŞƏRƏFDİR
AZƏRTAC xəbər verir ki, iyulun 10-da Səbail rayonunda yerləşən Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədov adına parkda rayon gənclərinin növbəti həqiqi hərbi xidmətə yola salınması münasibətilə mərasim keçirilmişdir. Mərasimdə bir sıra qurumların təmsilçiləri, ağsaqqallar və valideynlər çağırışçı gənclərə tövsiyələrini vermişlər.
Səbail rayonunun hərbi komissarı, polkovnik-leytenant Nazim İbrahimov müstəqil Azərbaycanın Silahlı Qüvvələrində xidmət etməyin böyük şərəf olduğunu, işğal altında olan torpaqlarımızın azad olunması işində gənclərin üzərinə mühüm vəzifələr düşdüyünü bildirmiş, hərbi biliklərə dərindən yiyələnməyin vacibliyini vurğulamışdır.
Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Qəzənfər Novruzov qeyd etmişdir ki, hər bir Azərbaycan oğlu öz Vətəni, xalqı qarşısında müqəddəs borc sayılan hərbi xidməti yerinə yetirməlidir.
Əsgərlik illərinin çağırışçı gənclərin həyatında silinməz səhifə olacağını deyən Q.Novruzov vurğulamışdır ki, Azərbaycan Ordusu gündən-günə möhkəmlənir.
Digər natiqlər də düşmən təcavüzünə məruz qalmış torpaqlarımızın azad olunması işində gənclərin üzərinə mühüm vəzifələr düşdüyünü bildirmişlər.
Gənclər Vətənə ləyaqətlə xidmət edəcəklərini və düşmən tapdağı altında olan torpaqlarımızı azad etmək üçün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmrini yerinə yetirməyə hər an hazır olduqlarını bildirmiş, dövlətimizin bayrağını və müqəddəs Qurani-Kərimi öpərək, musiqi sədaları altında hərbi hissələrə yola düşmüşlər.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]
Azərbaycan qəhrəman ukraynalı uşaqlara yardım edib VİDEO
- 12.06.2026 [22:50]