“Müstəqilliyimiz əbədidir, dönməzdir!” adlı mühazirə saatı
Bakı, 26 may, AZƏRTAC
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 28 May - Müstəqillik Gününə həsr olunan “Müstəqilliyimiz əbədidir, dönməzdir!” adlı mühazirə saatı təşkil olunub.
Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə muzeyin əməkdaşı Rəvan Hüseynov Azərbaycan Xalq Cümhuriyyətinin yaranma prosesindən, onun tariximizdəki yeri və rolundan, dövlət quruculuğu təcrübəsindən danışıb. Daha sonra həmin hadisələri bütün təfərrüatı ilə əks etdirən sənədli film nümayiş olunub.