Mütəxəssis: Koronavirusa yoluxma sayındakı cüzi artımlar təbiidir
Bakı, 21 sentyabr, AZƏRTAC
“Omikron” ştamının alt növü EG.5 öz sələflərindən yoluxuculuq qabiliyyətinin daha üstün olması ilə fərqlənir. Azərbaycanda virusun həmin variantı rəsmi olaraq aşkarlanmayıb.
Bunu AZƏRTAC-a Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. O qeyd edib ki, hazırda ölkəmizdə də koronavirusa yoluxma sayındakı cüzi artımlar təbiidir.
“COVID-19-un yoluxma sayında artım insanların məzuniyyətdən işə qayıtması, tədrisin başlanması, ən əsası isə havaların tədricən soyuması, insanların daha çox qapalı məkanlarda toplanması və yaxın təmasların artması ilə əlaqədardır. Payız və qış aylarına doğru yoluxma sayında olacaq artımlar gözlənilən haldır. Əslində isə, əhalinin əksəriyyətinin xəstəliyin yüngül keçməsi ilə əlaqədar həkimə müraciət etməməsi nəticəsində statistik rəqəmlər real rəqəmlərdən daha azdır. Ümumiyyətlə, düşünürəm ki, əhalinin pandemiya dövründə qazandığı təcrübə, özünüqoruma qaydalarına əməl etməsi, risk qrupuna daxil olan şəxslərin vaksinasiyasına yönəlmiş maarifləndirmə işləri baş verə biləcək yeni artımların öhdəsindən asanlıqla gələ biləcəyimizi proqnozlaşdırmağa əsas verir”, - deyə mütəxəssis bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:10]
Gəncədə antisanitar şəraitdə dönər əti hazırlayan emal sexi aşkarlanıb
- 01.10.2026 [10:00]
Oktyabrın 1-i Beynəlxalq Ahıllar Günüdür
- 01.10.2026 [09:11]
Azərbaycan qəhrəmanlarından bəhs edən kitab Belarus muzeyinə təqdim olunub
- 01.10.2026 [09:05]
Prokurorluq orqanları qanunun aliliyinin və ədalətin etibarlı keşikçisidir
Texnologiyanın sərhədləri Bakıda: “ADEX-2026”
- 30.09.2026 [23:51]
"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun əsas mərhələsinə yüksəlib
- 30.09.2026 [23:21]
Fransa şəkərli məhsullara yeni vergi tətbiq etməyi planlaşdırır
- 30.09.2026 [22:56]
Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir
- 30.09.2026 [22:28]
Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır
- 30.09.2026 [22:11]
Azərbaycan Basketbol Liqası: "Sabah" mövsümə qələbə ilə başlayıb
- 30.09.2026 [22:04]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [21:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [20:55]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [20:00]
Ayxan Abbasov: Milli komandalar səviyyəsində zəif rəqib anlayışı qalmayıb
- 30.09.2026 [19:53]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [19:39]
Emin Mahmudov: Sabah bizim üçün vacib oyun olacaq, qalib gəlmək istəyirik
- 30.09.2026 [19:34]