Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mütəxəssis: Qan qrupundan asılı olmayaraq, hər zaman donorluğa ehtiyac var

Mütəxəssis: Qan qrupundan asılı olmayaraq, hər zaman donorluğa ehtiyac var

Bakı, 14 iyun, AZƏRTAC

Qanın yeganə mənbəyi insandır və onun heç bir əvəzedici preparatı yoxdur. Elmi tədqiqatlara görə, hər 5 nəfərdən ancaq 2-si qan verə bilir. Aşağı yaş həddi 18, yuxarı yaş həddi isə 65 olan fiziki tam sağlam şəxslər qan verə bilər.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Mərkəzi Qan Bankının rəhbəri Qumral Vəliyeva deyib.

Q.Vəliyeva diqqətə çatdırıb ki, qanvermədən öncə qan donoru olacaq şəxsin bol maye, kofein tərkibli içkilər içməsi və düzgün qidalanması tövsiyə edilir: “Donor olmaq üçün lazım olan rəsmi sənəd şəxsiyyət vəsiqəsidir. Qan verən şəxs Səhiyyə Nazirliyi Milli Hemotologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankı və bölmələrinə gəldiyi zaman əvvəlcə qeydiyyata yönləndirilir. Sonra donor həkim tərəfindən müayinə olunmaq üçün müayinə otağına göndərilir. Burada ondan səhhəti ilə bağlı ümumi məlumat (anamnez) toplanılır, boyu və çəkisi ölçülür, hemoqlobin dəyərləri və təzyiqi yoxlanılır. Qan donoru olmaq üçün hemoqlobin səviyyəsi kişilərdə minimum 13.5g/dl, maksimum 18.0 g/dl, qadınlarda isə müvafiq olaraq 12.5 g/dl və 16.5 g/dl-dir. Qan donoru olacaq şəxsin minimal çəkisi 50 kiloqram olmalıdır. Qan təzyiqi isə minimum 90 mmHg-60 mmHg, maksimum 180 mmHg-100 mmHg olmalıdır. Kişilər ildə 4 dəfə, qadınlar isə ildə 3 dəfə qan donoru ola bilərlər”.

Mərkəzi Qan Bankının rəhbərinin sözlərinə görə, hər gün müxtəlif qəzalar, xəsarətlər, əməliyyatlar baş verir, bu zaman qan ehtiyacı yaranır: “Donor bir və ya bir neçə nəfərin həyatını xilas edə bilər. Qan və qan komponentləri irsi qan xəstəlikləri (talassemiya, hemofiliya və s.), immun çatışmazlığı, ağır anemiya, qan və sümük illiyi xəstəliklərindən əziyyət çəkən, fövqəladə hallar, fəlakət və qəzalarda travma alanlar, tibbi və cərrahi prosedurlardan keçən xəstələrə və hamiləlik və doğuşla əlaqəsi qanaxması olan qadınlara sərf olunur. Bəzi xəstəliklər zamanı daha tez qan komponentinin köçürülməsinə zərurət yaradır. Bu səbəbdən də qana daimi ehtiyac var və alınandan sonra 42 gün ərzində istifadə edilməlidir. Qan vermək insanlarda ürək-damar sisteminin fəaliyyətini normalaşdırır, infarkt, insult və xərçəng riskini azaldır, yeni qan hüceyrələrinin istehsalını artırır və ən önəmlisi isə emosional vəziyyətimizə müsbət təsir göstərir. Qan verdikdən sonra bədəndəki qan hüceyrələri yenilənir, bir çox müsbət dəyişikliklər baş verir. Bunun sayəsində insan orqanizmi daha sağlam və gümrah olur. Xüsusilə də yüksək qan-damar təzyiqi, stres, yorğunluq kimi narahatlığın azalmasına yaxşı təsir edir. Bir vahid qan verməklə, 3 insanın həyatını xilas edirik. Çünki bir vahid qandan 3 fərqli qan komponenti hazırlanır və 3 fərqli xəstəyə göndərilir”.

Q.Vəliyeva vurğulayıb ki, Azərbaycanda, eləcə də dünyada ən çox rast gəlinən O (I) Rh+ və A (II) Rh+ qan qruplarıdır: “Bu qan qruplarından olan insanların çox olması qan donorluğunda da öz təsirini göstərir. Çünki xəstələrin əhəmiyyətli bir hissəsi O(I)Rh+ və A(II)Rh+ qan qruplarına aiddir. Qan qrupundan aslı olmayaraq, hər zaman donorluğa ehtiyac var. Qan donoru kimi sağlam insanların qəbul ediləcəyini nəzərə alaraq, imtina kriteriyaları 2 qrupa bölünür: daimi və müvəqqəti. Daimi imtina meyarlarına Addison xəstəliyi, Hepatit (B və C), AIDS (HIV), sifilis, xroniki ürək damar, böyrək, qaraciyər çatışmazlığı olan şəxslər, xronik nefrit, kardiomiopatiya, orqan transplantasiyası olan şəxslər, irsi qan xəstəlikləri, anemiyası olanlar və s. tibbi göstərişlər daxildir. Müvəqqəti imtina kriteriyalarına isə cərrahi əməliyyat və Hepatit A xəstəliyi keçirən şəxslər aiddir. Onlar sağaldıqdan 12 ay sonra qan donoru ola bilərlər. Tatuaj və pirsing etdirən şəxslər bu əməliyyatı etdikləri gündən 1 il sonra qan donoru ola bilərlər. Bundan əlavə, respirator xəstəliklər keçirən şəxslər sağaldıqdan sonrakı 1 ay müddətində qan donoru ola bilməzlər. Həmçinin epilepsiyası olan şəxslər son 3 ildə epileptik tutma yaşamayıbsa və hazırda dərman vasitələri qəbul etmirlərsə, qan donoru ola bilərlər. Qeyd edim ki, hamilə qadınlar qan verə bilməzlər. Qadınlar doğum və ya hamiləliyin sona çatdırılmasından 9 ay sonra, qeysəriyyə üsulu ilə doğuş keçirən qadınlar isə 12 ay sonra qan donoru ola bilərlər”.

“Qan verdikdən sonra 30 dəqiqə ərzində avtomobil idarə etmək tövsiyə olunmur. Həmçinin bədənin bərpası üçün şokolad yemək, şirə, kompot və ya çay içmək lazımdır. Bundan əlavə, gün ərzində ağır fiziki işlərlə (intensiv məşq, yük qaldırma) məşğul olmaq məqsədəuyğun sayılmır. Həmçinin tütünçəkmə və spirtli içkilər kimi zərərli vərdişlərdən uzaq durmaq tövsiyə olunur”, - deyə Qumral Vəliyeva əlavə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli musiqi gecəsi - “Balabanın sehrində”

İran müharibəsi səbəbindən ABŞ-də inflyasiyanın səviyyəsi artır

ABŞ, Meksika və Kanada futbol üzrə dünya çempionatında Ebola epidemiyası ilə bağlı səyahət məhdudiyyəti elan edib

Peru Respublikasının Prezidenti Xose Mariya Balkasar Seladadan

Federasiyanın icraçı vitse-prezidenti: “Sea Breeze Marina” yaxta klubu Azərbaycanda su idman növlərinin inkişafı üzrə yeni məkana çevriləcək

BMT-nin Baş katibi üzv ölkələri maliyyə öhdəliklərini yerinə yetirməyə çağırıb

Dubayın “Bürc-Xəlifə” qülləsi Azərbaycan bayrağının rənglərinə bürünüb

Norveç nəşri Osloda Azərbaycanın Müstəqillik Günü münasibətilə keçirilən tədbirdən yazıb

Pakistanın xarici işlər naziri Vaşinqtonda İran münaqişəsinin həlli ilə bağlı məsləhətləşmələr aparacaq

Budapeştdə 28 May- Müstəqillik Günü münasibətilə rəsmi ziyafət təşkil olunub

“Elə bildim öz doğma balam gəlib...” – Böyük Qaladərəsi kəndindən reportaj

"Qəbələ" Premyer Liqada qalıb

Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO

Moldovada yaşayan soydaşlarımıza Qurban bayramı sovqatı paylanılıb

Məhsuldarlıq, ixrac və müasir yanaşmalar ön planda VİDEO

Məhsuldarlıq, ixrac və müasir yanaşmalar ön planda VİDEO

“Opera Günləri” “Koroğlu” ilə başladı: səhnədə qəhrəmanlıq və sənət ahəngi

Milli Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivalda çıxış edir

Cevdet Yılmaz: Azərbaycan və Türkiyənin qardaşlığı sülhə, sabitliyə və regionun gələcəyinə töhfə verir

Bu saata olan əsas xəbərlər

Fövqəladə Hallar Nazirliyinin gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Qazaxıstan NVIDIA texnologiyalarına əsaslanan superkompüterləri istifadəyə verib

Laçında Müstəqillik Günü musiqi və rəqslə qeyd edilib

Azərbaycan Ordusunda Qurban bayramı və Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub

Gürcüstanın Baş naziri İrakli Kobaxidzedən

İsveç övladlığa götürülmüş uşaqlar üçün dəstək mərkəzi yaradacaq

ABŞ-ın müxtəlif ştat və şəhərləri 28 May Müstəqillik Günü münasibətilə bəyannamə imzalayıblar

Mer Muriyel Bauzer 28 mayı Vaşinqton şəhərində Azərbaycanın Müstəqillik Günü elan edib

Qlobal istiləşmə Avropada ekstremal hava şəraitini gücləndirir

Ukrayna XİN: Sadiq dostumuz və strateji tərəfdaşımız olan Azərbaycanı təbrik edirik

“Axios”: ABŞ və İran 60 günlük Anlaşma Memorandumu barədə razılığa gəliblər

Cəlilabadda 18 yaşlı gənc suda boğulub

ADU-da Çin Elm və Texnologiya İşçiləri Günü qeyd edilib

Könüllülər Müstəqillik Gününü silsilə tədbirlərlə qeyd ediblər

Aİ Ukraynaya 2,8 milyard avroluq yeddinci maliyyə tranşının ayrılmasını təsdiqləyib

Şotlandiyadakı icma görüşünə böyük maraq göstərilib

Tatyana Srebnaya: Su idmanı xarakter və komanda ruhu tələb edir

Türkiyədən 28 May münasibətilə təbrik mesajları: “Bir millət, iki dövlət”

Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

“Sea Breeze Marina” mövsümü reqata və digər su idmanı növləri ilə açıb

“Zirvəyə doğru qaçış" yarışında mindən çox idmansevər mübarizə aparıb

Qazaxıstanın Azərbaycan diasporu Müstəqillik Gününü qeyd edib

Naxçıvan-Ordubad magistral avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan-Ordubad magistral avtomobil yolu asfaltlanır VİDEO

Dövlət Sərhəd Xidmətində Müstəqillik Gününə həsr olunmuş tədbirlər təşkil edilib

İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 9 nəfər həlak olub

Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik tariximizin şanlı zirvəsidir RƏY

Belarus Milli Kitabxanası Azərbaycan bayrağı rənglərinə bürünüb

BMT: Ukraynada bu ilin dörd ayında 815 mülki şəxs həlak olub

Gürcüstan və Türkiyə rəsmiləri Cənubi Qafqazda təhlükəsizlik məsələlərini müzakirə ediblər

Keniyada internat məktəbində baş verən yanğında 16 şagird ölüb

Rumın dilinə tərcümə olunmuş “Heydər Əliyev. Həyatının 100 anı” kitabının təqdimatı olub

Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı olub YENİLƏNİB

Burhanettin Duran: Əməkdaşlığımız regional sabitlik üçün önəmlidir

Küveyt raket və PUA hücumuna məruz qalıb

Azərbaycan minifutbol millisi Avropa çempionatına qələbə ilə başlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Bakıda və Abşeron yarımadasında arabir yağış yağacaq- Xəbərdarlıq

KOBİA: Azərbaycan məhsulları premium seqmentdə öz yerini tutmaqdadır - MÜSAHİBƏ

Dövlətimizin günü-gündən artan uğurları Azərbaycan Xalq Cümhuriyyətinə bir ithafdır - ŞƏRH

Çin və Serbiya valyuta mübadiləsi müqaviləsini yeniləyib

Ölkə üzrə 134 ünvanda qurbanlıq heyvanların satış və kəsim xidmətləri davam etdirilib

Şahin Bayramov: Qarabağ Universitetinin fəaliyyəti müstəqil dövlətimizin qüdrətinin mühüm göstəricisidir

Rusiya Ermənistandan tərəvəz və giləmeyvə idxalını məhdudlaşdırır

Müstəqillik Günü münasibətilə Varşavada rəsmi qəbul təşkil olunub

Şəki teatrı bayram günlərində məktəbli tamaşaçıları yeni tamaşa ilə sevindirir

Müqəddəs Taxt-Tacda 28 May – Müstəqillik Günü qeyd olunub

"Sabah" slovakiyalı hücumçu ilə vidalaşıb

Prezident İlham Əliyev: Bu gün biz rahat yaşayırıq, qalib xalq kimi və qalib dövlət kimi

Azərbaycan Prezidenti: Müstəqillik Günü hər birimiz üçün çox əzizdir

AQTİ-nin səyyar laboratoriyaları Cəbrayıl və Füzulidə operativ xidmət göstərib

Prezident: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq bizim nəzarətimizdədir

Bakıdan bölgələrə iki gün ərzində 20 minə yaxın sərnişin daşınıb

Prezident İlham Əliyev: Müstəqillik böyük nemətdir, böyük nailiyyətdir

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinidən

Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb YENİLƏNİB VİDEO

Vyanada “Kəlbəcərin zərif irsi – məfrəş“ adlı xüsusi moda nümayişi təşkil olunub

Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər tağının önünə gül dəstələri düzüb VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC istifadəyə verilib VİDEO

Çin Avropa İttifaqının yeni polad tariflərinə dair danışıqlar aparır

Batumidə Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Milli Müdafiə Nazirliyi: İstiqlal ruhu Türkiyə və Azərbaycan xalqlarının qəlbində yaşayır

Həssas enerji birjalarının hər hansı bəyanata reaksiyası gecikmir

Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub YENİLƏNİB VİDEO

Yaponiya parlamenti milli kəşfiyyat bürosunun yaradılması ilə bağlı qanun qəbul edib

Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın yeni aqrar inkişaf strategiyasında əsas mərkəzlərdən birinə çevrilir - ŞƏRH

Numan Kurtulmuş: Ümidvaram ki, Azərbaycanın müstəqilliyi əbədi olacaq

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyndən

Prezident İlham Əliyev Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib VİDEO

BMT: Qlobal temperatur 2030-cu ilə qədər rekord həddə qalacaq

Avropa Mərkəzi Bankı inflyasiyanın davam edəcəyi qənaətindədir

Almaniya XİN Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib

Ukraynanın vitse-spikeri: Bu yay Bakı daha 120 ukraynalı uşağı qarşılayacaq

İstilik dalğaları Almaniya iqtisadiyyatına 100 milyard avrodan çox zərər vura bilər

Dünyanın “ən yaxşı turizm kəndi” - Xınalıq VİDEO

Dünyanın “ən yaxşı turizm kəndi” - Xınalıq VİDEO

Türkiyədən qardaş Azərbaycana daha bir bayram təbriki

Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışı baş tutacaq

Romada “SOCAR İtaliya” şirkətinin rəsmi təqdimatı olub

Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmuddan

Dövlət Bayrağı Muzeyi: tarix, qürur və zəfər VİDEO

Dövlət Bayrağı Muzeyi: tarix, qürur və zəfər VİDEO

Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubbdan