Muxtar respublikada muzdla işləyənlərin sayı 98 min nəfər təşkil edib
Naxçıvan, 6 avqust, AZƏRTAC
Cari ilin yanvar-iyun aylarında muxtar respublikada muzdla işləyənlərin sayı 98 min nəfər təşkil edib ki, bunun da 37,8 min nəfəri dövlət sektorunda, 60,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Bu barədə AZƏRTAC-ın Naxçıvan bürosuna muxtar respublikanın Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, muzdla işləyənlərin 6,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 17,3 faizi sənaye, 12,1 faizi tikinti, 19,6 faizi topdan və pərakəndə ticarət, 5,6 faizi nəqliyyat və anbar təsərrüfatında çalışıb. Həmçinin 3 faizi yaşayışın təşkili və ictimai iaşə, 1,2 faizi informasiya və rabitə, 0,4 faizi maliyyə və sığorta fəaliyyəti, 0,8 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar, 1,3 faizi peşə, elmi və texniki fəaliyyət, 1,3 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 5,8 faizi dövlət idarəetməsi və icbari sosial təminat, 14,4 faizi təhsil, 5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 3,5 faizi istirahət, əyləncə və incəsənət, 2 faizi isə iqtisadiyyatın digər sahələri ilə məşğul olublar.