Naftalanda Beynəlxalq Muzeylər Günü qeyd edilib
Naftalan, 19 may, AZƏRTAC
18 May - Beynəlxalq Muzeylər Günü münasibətilə Gəncə–Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Naftalan şəhər Tarix-Diyarşünaslıq Muzeyində “Açıq qapı” günü təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir çərçivəsində Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən stendlərə baxış keçirilib, kitablardan və rəsm əsərlərindən ibarət sərgi nümayiş olunub.
Sonra şəhərdə fəaliyyət göstərən idarə və təşkilat nümayəndələri, şagirdlər və turistlər Naftalan şəhər Tarix-Diyarşünaslıq Muzeyini ziyarət ediblər.
Ziyarət zamanı qonaqlara muzeydə tarixi və mədəni irsimizi əks etdirən eksponatlar haqqında ətraflı məlumat verilib.
Müxbir - Elcan Məmmədov