“NAR MOBİLE” YENİ VİP SATIŞ MƏRKƏZİNİ İSTİFADƏYƏ VERMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyulun 14-də Teymur Əliyev küçəsi, 25 ünvanda yerləşən “Nar Mobile”in yeni VİP mağazasının təqdimat mərasimi keçirilmişdir.
Yeni VİP mərkəzini digərlərindən fərqləndirən əsas cəhətlərdən biri bu mərkəzdə fiziki şəxslərlə yanaşı, hüquqi şəxslərə də xidmət göstərilməsidir. Mərkəzdə bütün mobil ödəmələrin qəbulu, eləcə də böyük çeşiddə ən yeni mobil telefon modellərinin satışı həyata keçirilir.
Açılış mərasimində “Azerfon” MMC-nin baş direktoru Gido Helbix “Nar Mobile” VİP mərkəzində göstərilən xidmətlərin müxtəlifliyi və yüksək səviyyəsinin hətta ən tələbkar müştərilərin istəklərinə cavab verəcəyini bildirmişdir.
Tədbirdə qeyd edilmişdir ki, bu gün “Nar Mobile” mərkəzləri həm Bakıda, həm də Azərbaycanın bir çox regionlarında əhaliyə xidmət göstərir. Satış nöqtələrinin ümumi sayı hazırda 400-dən artıqdır. Abonentlərin rahatlığının təmin olunması və yüksək səviyyəli xidmət göstərilməsində bu mağazaların çox mühüm rolu vardır. Məhz buna görə də ölkə ərazisi boyunca yeni “Nar Mobile” mərkəzləri əhalinin istifadəsinə verilir.
Artıq 1 ildən çoxdur ki, “Azerfon” Azərbaycanın mobil rabitə bazarında fəaliyyət göstərir. Bu müddət ərzində çoxsaylı tarif planları, rəngarəng kampaniyalar və xidmətlər təqdim olunmuşdur. Şirkət əhatə dairəsini sürətlə genişləndirir. Yalnız ötən ay ərzində respublika üzrə 70-dən artıq ötürücü baza stansiyası quraşdırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]