“Nar”ın “Ailəm” paketinə digər mobil operatorların istifadəçiləri də qoşula bilərlər
Bakı, 1 noyabr, AZƏRTAC
“Nar” mobil operatoru tərəfindən pulsuz danışıq fürsətini təqdim edən “Ailəm” paketinə digər mobil operatorların istifadəçiləri də qoşula bilərlər.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, “Ailəm” paketi daxilində abunəçilərə 4 nömrə arasında pulsuz danışıq təqdim olunur. Paketdən yararlanmaqla, abunəçilər öz ailələri, dostları və yaxınları ilə dekabrın 31-dək pulsuz ünsiyyət imkanı əldə edirlər. Paketə daxil olan 4 nömrənin hər birinə 1 manat ilkin balans və 100 meqabayt internet trafiki hədiyyə edilir.
“Ailəm” paketinin üstünlüklərindən nəinki bütün “Nar” istifadəçiləri, hətta digər operatorların abunəçiləri də faydalana bilərlər. Bunun üçün onlar, sadəcə öz nömrələrini MND (mobil nömrə daşınması) vasitəsilə “Nar” operatoruna keçirməlidirlər.
“Ailəm” paketində ölkədaxili digər istiqamətlərə olan zəngin dəqiqəsi isə “Unikal” tarifinə (ölkədaxili bütün istiqamətlərə 4 qəpik) əsasən hesablanır. Dekabrın 31-dən sonra isə bu paketin istifadəçiləri öz aralarında cəmi 1 qəpiyə danışa biləcəklər.