Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransa hazırlıqla bağlı iclas keçirilib
Bakı, 19 dekabr, AZƏRTAC
Gələn il aprelin 16-18-də Bakıda keçiriləcək Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransa hazırlıqla bağlı dekabrın 19-da Dövlət Gömrük Komitəsində (DGK) iclas olub.
DGK-nın mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildiriblər ki, iclasda bu qurumun sədr müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev, Nazirlər Kabinetinin təhlükəsizlik və müdafiə məsələləri şöbəsinin müdiri Qulu İmanquliyev, təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, general-mayor Həzi Aslanov, Xarici İşlər, Maliyyə, Mədəniyyət, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, İqtisadiyyat nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Dövlət Miqrasiya xidmətlərinin, “Azərbaycan Hava Yolları” QSC-nin və ABŞ Ədliyyə Nazirliyinin nümayəndələri iştirak ediblər.
Ə.Abdullayev konfransın keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin Sərəncamına əsasən Təşkilat Komitəsinin yaradıldığını və Nazirlər Kabineti tərəfindən tədbirlər planının hazırlandığını bildirib. Qeyd edilib ki, iclasın məqsədi tədbirlər planında nəzərdə tutulan məsələlərin müzakirə olunmasıdır.
ABŞ-ın Ədliyyə Nazirliyinin nəzdində Narkotiklərlə Mübarizə Administrasiyasının Orta Asiya üzrə regional direktoru Vilyam Varen konfransın əhəmiyyətindən danışaraq, bu iclası tədbirin yüksək səviyyədə təşkil edilməsi istiqamətində uğurlu addım kimi qiymətləndirib.
İclasda konfransın loqosunun hazırlanması, iştirakçı ölkələrin və nümayəndələrin siyahısının tərtib edilməsi, müzakirə olunacaq mövzular və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 15.06.2026 [10:22]
Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO
- 15.06.2026 [08:30]
Böyük Qayıdışdan Qurtuluşa aparan yol
- 14.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 14.06.2026 [19:28]
Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib
- 14.06.2026 [19:10]
FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb
- 14.06.2026 [18:32]
Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb
- 14.06.2026 [17:27]
Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [21:23]
Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib
- 14.06.2026 [20:55]
Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub
- 14.06.2026 [20:46]
Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb
- 14.06.2026 [20:43]
Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir
- 14.06.2026 [20:32]