NarKredit” xidməti təqdim edilmişdir
Bakı, 11 may (AZƏRTAC). “Azerfon” MMC yeni xidmət - “NarKredit” xidmətini təqdim etmişdir.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, indi abunəçilər balansları sıfır olduqda belə zəng edə və mesaj göndərə bilərlər. Belə ki, yeni xidmət balansında kifayət qədər məbləği olmayan və hər hansı bir səbəbdən ödəmə kartı əldə edə bilməyən abunəçilərə daim ünsiyyətdə olmaq imkanı verir.
Xidmətdən istifadə üçün telefonun ekranında *700#050#YES yığmaq lazımdır. Bu zaman abunəçinin balansına 50 qəpik yüklənəcəkdir. “NarKredit”dən hər istifadə haqqı 10 qəpikdir .
Kredit üzrə borc haqqında məlumat əldə etmək üçün *700#150#YES yığmaq kifayətdir. Cari kredit borcu ödənildiyi halda xidmətdən gün ərzində istənilən qədər istifadə etmək mümkündür.
“NarKredit” xidmətindən yalnız əvvəlcədən ödənişli və nömrəsi aktiv olan abunəçilər istifadə edə bilərlər.
Xidmətdən istifadə etmək üçün abunəçinin nömrəsi son 90 gün ərzində aktiv olmalı və bu müddətdə balans ən azı 4 dəfə artırılmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [12:32]
Fiziki şəxslərin banklardakı əmanətləri 16 faizədək artıb
- 09.09.2026 [12:24]
Azərbaycanın investisiya imkanları Adanada təqdim olunub
- 09.09.2026 [12:07]
İqtisadiyyata kredit qoyuluşları 13 faizədək artıb
- 09.09.2026 [11:59]
Azərbaycanın xarici dövlət borcu azalıb
- 09.09.2026 [11:57]
Azərbaycanın strateji valyuta ehtiyatları 16 faizədək artıb
- 09.09.2026 [11:55]