Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan Dövlət Xalça Muzeyinin yenidənqurmadan sonra təqdimatı olmuşdur

Naxçıvan, 8 noyabr (AZƏRTAC). Noyabrın 8-də Naxçıvan Dövlət Xalça Muzeyinin yenidənqurmadan sonra, “Naxçıvan xalçaçıları” kitabının, “Azərbaycan xalçaları: Naxçıvan qrupu” jurnalının, “Naxçıvan xalçaları” sənədli filminin və muzeyin internet saytının təqdimat mərasimi keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Ali Məclisin Sədri Vasif Talıbov təqdimat mərasimində çıxış edərək demişdir: Mədəniyyət və incəsənət daim qayğı tələb edən sahədir. “Hər bir xalqın mədəni irsi onun milli sərvəti, tarixi və bu günüdür”, - deyən ümummilli liderimiz Heydər Əliyev ötən əsrin 70-ci illərindən başlayaraq milli mədəni irsimizin qorunmasına xüsusi diqqət və qayğı göstərmişdir. Görülən tədbirlər nəticəsində xalq tətbiqi sənətimiz yeni inkişaf mərhələsinə qədəm qoymuş, xalçaçılıq sənəti öz yüksək qiymətini almışdır.

“Xalçaçılıq tətbiqi sənətimizin elə bir sahəsidir ki, burada xalqımızın zəngin mənəvi aləmi, eləcə də həyat fəlsəfəsinə xas olan xüsusiyyətlər öz əksini tapmışdır”, - deyən Ali Məclisin Sədri bildirmişdir ki, xalça sənəti tarixən Azərbaycanda, o cümlədən Naxçıvanda aparıcı peşə sahələrindən biri olmuşdur. Təbiəti, ictimai və mədəni inkişaf səviyyəsi, həyat və məişət şəraiti Naxçıvanda xalçaçılığı hələ uzaq keçmişlərdə sənətkarlığın mühüm sahələrindən birinə çevirmişdir. Arxeoloji qazıntılar zamanı əldə olunmuş ibtidai gil cəhrələr və sümükdən hazırlanmış iy ucları Naxçıvanın qədim toxuculuq mərkəzlərindən biri olduğunu təsdiq edir. Orta əsr müəllifləri Naxçıvanda xalçaçılığın geniş vüsət alması və bu ərazidə toxunan xalçaların şöhrət qazanması barədə öz əlyazmalarında dəyərli məlumatlar vermişlər.

Ali Məclisin Sədri demişdir: Naxçıvan xalçaları Azərbaycan xalça sənətini ənənəvi naxışları və elementləri, özünəməxsus rəng çalarları ilə zənginləşdirmişdir. Naxçıvan xalçaçılıq məktəbinin bərpası və öyrənilməsi üçün 1998-ci ildə Naxçıvan Dövlət Xalça Muzeyi yaradılaraq fəaliyyətə başlamış, 2010-cu ildə muzey yeni bina ilə təmin olunmuşdur. Muzeydə Naxçıvan xalçaçılıq sənətinin öyrənilməsi və təbliği sahəsində müəyyən tədbirlər görülmüşdür.

Bu sahədə görülən işlərin davamı kimi “Azər-İlmə” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti təqdirəlayiqdir. Cəmiyyət xalçaçılıq məktəbinin tədqiqi sahəsində təşəbbüskar olmuş, elmi və praktik əhəmiyyətli tədqiqatlar aparmış, Naxçıvan xalçaçılıq məktəbinə aid əldə etdiyi nadir xalçaları muzeyə hədiyə etmişdir. Bundan əlavə “Azər-İlmə” Məhdud Məsuliyyətli Cəmiyyəti apardığı elmi araşdırmaların nəticəsi olaraq nəfis tərtibatlı “Naxçıvan xalçaçıları” kitabını və “Azərbaycan xalçaları: Naxçıvan qrupu” jurnalını hazırlayaraq çap etdirmiş, “Naxçıvan xalçaları” sənədli filmini və Naxçıvan Dövlət Xalça Muzeyinin internet saytını hazırlamışdır. İctimaiyyətə təqdim olunan bu yaradıcılıq məhsulları Naxçıvan xalçaçılıq məktəbinin bərpası və yaşadılması sahəsində çox qiymətli töhfələrdir. Bunlar, eyni zamanda “Azər-İlmə” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivinin və direktorunun fəal vətəndaş və ziyalı mövqelərinin bəhrələridir. Bütün bunlara görə professor Vidadi Muradova və onunla birlikdə Naxçıvan xalçaçılıq məktəbinə aid xalçaların toplanmasında, kitab və jurnalların, sənədli filmin, internet saytının yaradılmasında əməyi olanların hamısına təşəkkürümü bildirirəm.

Ali Məclisin Sədri demişdir: Naxçıvan xalçaları sadəcə xalça deyil, bunlar həm də xalqımızın tarixini, mədəniyyətini, incəsənətini və məişət tərzini özündə yaşadan qiymətli nümunələrdir. Ona görə də bu nümunələrin öyrənilməsi, tədqiqat işlərinin davam etdirilməsi bundan sonra da diqqət mərkəzində saxlanmalıdır. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi Naxçıvan xalçaçılıq məktəbini elmi cəhətdən və sistemli şəkildə araşdırmalı, xalçaçılıq sahəsində unudulmaqda olan ənənələrin bərpasına çalışmalı, Naxçıvan Dövlət Arxiv İdarəsi ilə birlikdə xalçaçılıq məktəbinə dair elmi nəşrlər hazırlamalıdır.

Naxçıvan Dövlət Universitetində və Naxçıvan Müəllimlər İnstitutunda təsviri incəsənət ixtisası üzrə təhsil alan tələbələr Naxçıvan xalçaçılıq məktəbinə aid yeni nəşrlərlə tanış edilməli, bu nəşrlər tədris planına salınmalı, Naxçıvan Dövlət Xalça Muzeyində açıq dərslər keçirilməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi və İqtisadi İnkişaf nazirlikləri xalçaçılıq kurslarının təşkilini bundan sonra da davam etdirməlidirlər. İqtisadi İnkişaf Nazirliyi xalçaçılıqda istifadə olunan xammalın, təbii boyaların istehsalı və tədarükü üçün müvafiq tədbirlər görməli, xalça sənəti ənənələrinin yayıldığı ərazilərdə xalça istehsalını dəstəkləməli, muxtar respublikadakı xalçatoxuyanlar üçün zəruri şərait yaratmalıdır.

Ali Məclisin Sədri qeyd etmişdir ki, Mədəniyyət və Turizm Nazirliyi Naxçıvan xalçalarının təbliği sahəsindəki fəaliyyətini genişləndirməli, elmi əsaslarla yeni bələdçi mətnləri hazırlamalı, Naxçıvan Dövlət Xalça Muzeyinin internet saytındakı məlumatların yenilənməsini və elektron müraciətlərin cavablandırılmasını təmin etməlidir. Kütləvi informasiya vasitələrində Naxçıvan xalçaçılıq məktəbi haqqında elmi-kütləvi verilişlər, bu gün ictimaiyyətə təqdim olunan nəşrlər və muzeyin internet saytı barədə məlumatlar hazırlanmalı, xalça nümunələri və onların işlənmə xüsusiyyətləri ətraflı izah olunmalıdır.

Ali Məclisin Sədri qədim ənənələrə malik olan Naxçıvan xalçaçılıq məktəbinin qorunub yaşadılması və zənginləşdirilməsinin tək bu gün üçün yox, həm də gələcək nəsillər üçün vacib olduğunu qeyd etmiş, aidiyyati təşkilatların və elmi müəssisələrin bu sahədə fəaliyyətlərini daha da gücləndirmələrinin vacibliyini bildirmiş, onlara işlərində uğurlar arzulamışdır.

Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev xalça sənətinin xalqımızın həyatı və məişəti ilə sıx bağlı olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, tariximiz qədər qədim olan xalçaçılıq və bununla bağlı sənət sahəsi Tunc dövründən başlayaraq inkişaf etmiş, daha da zənginləşərək bu günümüzə gəlib çatmışdır. Son illər muxtar respublikada xalçaçılıq sənətinin inkişafı istiqamətində mühüm addımlar atılmış, mədəni irsimizin qorunması məqsədilə əhəmiyyətli tədbirlər görülmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamı xalçaçılıq sənətinin qorunmasına və inkişafına hərtərəfli şərait yaratmışdır.

“Azər-İlmə” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru, dekorativ-tətbiqi sənət üzrə professor Vidadi Muradov çıxış edərək demişdir ki, bu gün zəngin koloriti, təkrarsız naxışları və orjinal kompozisiyaları ilə seçilən Naxçıvan xalçaçılıq məktəbinin tarixinə əlamətdar səhifə kimi yazılır. “Azər-İlmə” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən aparılan araşdırmalar zamanı Naxçıvan xalça məktəbi, Naxçıvan xalçalarının texniki və bədii xüsusiyyətləri ayrı-ayrılıqda tədqiq və təhlil olunmuşdur. Naxçıvan xalçaları haqqında aparılan fundamental araşdırmalar xalqımızın milli dəyərlər xəzinəsinə mühüm töhfədir. Bügünkü təqdimat mərasimi də Naxçıvan xalçaçılıq məktəbinin öyrənilməsi sahəsində həyata keçirilən tədbirlərin davamıdır. Vidadi Muradov Naxçıvan xalçaçılıq məktəbinin öyrənilməsi istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.

Xalçaçı Həcər Hümbətova muxtar respublikada xalçaçılıq sənətinin qədim və mütərəqqi ənənələrinin yaşadılması, öyrənilməsi və təbliğinə göstərilən diqqət və qayğıya görə bu sahədə çalışan bütün xalçaçılar adından minnətdarlığını bildirmişdir.

Tədbirdə qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 7 noyabr tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında xalq yaradıcılığı - xalçaçılıq sahəsinin inkişafındakı səmərəli xidmətlərinə görə Vidadi Muradova “Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi” fəxri adı verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan Muxtar Respublikasının əməkdar incəsənət xadimi” fəxri adının döş nişanını və vəsiqəsini Vidadi Muradova təqdim etmiş, ona yeni yaradıcılıq uğurları arzulamışdır.

Professor Vidadi Muradov əməyinə verilən bu cür yüksək qiymətə görə minnətdarlıq etmişdir.

Sonra Naxçıvan Dövlət Xalça Muzeyinin yeni internet saytı, “Naxçıvan xalçaçıları” kitabı, “Azərbaycan xalçaları: Naxçıvan qrupu” jurnalı və “Naxçıvan xalçaları” sənədli filmi haqqında məlumat verilmişdir.

Bildirilmişdir ki, muzeyin www.xalca.nakhchivan.az internet saytı üç dildə hazırlanmışdır. Sayt “eksponatlar”, “elektron kitabxana”, “fotoqalereya”, “virtual ekskursiya” və “əlaqə” bölmələrindən ibarətdir. Sayta daxil olan istifadəçilər “eksponatlar” bölməsində muzeyin fondunda saxlanılan xalçalar və xalçaçılıq məmulatlarının fotoşəkilləri, onların hansı dövrə və bölgəyə aid olması barədə məlumat ala bilərlər. “Elektron kitabxana” bölməsində müxtəlif dövrlərdə Azərbaycan xalçaçılıq sənəti ilə bağlı nəşr olunan elmi ədəbiyyatlar, jurnal və broşürlar yerləşdirilmişdir. Saytın xüsusi maraq doğuran bölmələrindən biri “virtual ekskursiya” bölməsidir ki, tamaşaçılar buradan Naxçıvan Dövlət Xalça Muzeyinin ekspozisiyasını virtual olaraq izləmə imkanına malikdirlər. Saytın “Naxçıvan tarixi”, “Naxçıvan xalçalarının xarakteristikası”, “Naxçıvan xalçaları” keçid bölmələrində isə müvafiq sahələr üzrə elmi məlumatlar vardır. “Əlaqə” bölməsində muzey ilə operativ əlaqə saxlamaq və məktub göndərmək mümkündür.

Yüksək poliqrafik keyfiyyətlə çap olunmuş “Naxçıvan xalçaçıları” kitabı muxtar respublika tətbiqi sənətinə ən qiymətli hədiyyədir. Kitabda Naxçıvan xalçalarının ümumi xarakteristikası, onlar haqqında məlumat və fotoşəkillər, şəxsi kolleksiyalarda saxlanılan Naxçıvan xalçaları təqdim olunmuşdur. Naxçıvan xalçalarının texniki və bədii xüsusiyyətlərinin ayrı-ayrılıqda təqdim və təhlil olunduğu kitabda həm də muxtar respublikanın müxtəlif bölgələrindən olan 254 xalçaçı haqqında məlumat yerləşdirilmişdir. Kitabın sonunda isə şəxsi kolleksiyalarda saxlanılan 44 xalça nümunəsi, onların toxunma tarixi və yeri haqqında məlumat verilmişdir. “Azərbaycan xalçaları: Naxçıvan qrupu” jurnalındakı məqalələrdə Naxçıvan xalçaçılıq məktəbi elmi şəkildə təhlil edilmişdir. “Naxçıvan xalçaları” sənədli filmində isə Naxçıvanda xalçaçılıq sənətinin inkişafının səciyyəvi cəhətlərindən və xalça toxuma ənənələrindən söhbət açılır.

Sonda tədbir iştirakçıları yenidənqurmadan sonra Naxçıvan Dövlət Xalça Muzeyinin ekspozisiyasında nümayiş etdirilən eksponatlara baxmışlar. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Abşeron rayonuda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub