Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib

Naxçıvan, 15 yanvar, AZƏRTAC

Yanvarın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr” barədə müşavirə keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq deyib ki, sağlam cəmiyyət quruculuğunda və gənclərlə işin düzgün təşkilində bədən tərbiyəsi və idmanın mühüm rolu vardır. Bu gün muxtar respublika əhalisinin 60 faizdən çoxunu 35 yaşadək gənclərin təşkil etməsi qarşıya mühüm vəzifələr qoyur. Əgər sabitliyi qorumaq, cinayət hadisələrinin qarşısını almaq, ölkənin gələcək inkişafını təmin etmək istəyiriksə, o zaman gənclərlə işə ciddi diqqət yetirmək lazımdır. Muxtar respublikada gənclərin sağlam həyat tərzinə yönəldilməsi, onların vətənpərvər ruhda böyüdülməsi və peşə sahibi olması diqqət mərkəzində saxlanılır, hər il bədən tərbiyəsi və idmanın inkişafı ilə bağlı müşavirə keçirilir, qarşıda duran vəzifələr müzakirə olunur.

Müşavirədə Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov bədən tərbiyəsi və idmanın inkişafı sahəsində görülən işlər barədə çıxış edərək deyib ki, hazırda muxtar respublikada 2 Olimpiya İdman Kompleksi, 2 Üzgüçülük Mərkəzi, Şahmat Mərkəzi, Atıcılıq Mərkəzi, rayon mərkəzlərində şahmat məktəbləri, uşaq-gənclər idman məktəbləri, stadion və süni örtüklü mini futbol meydançaları, yeni tikilən tam orta məktəblərdə müasir idman zalları yaradılıb, olimpiya ağırlıqqaldırma qurğuları və 790 sadə tipli idman avadanlıqları istifadəyə verilib. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi ilə yanaşı, onun təşkilati-hüquqi bazası da inkişaf etdirilib, muxtar respublikada 12 idman federasiyası yaradılıb. Hazırda muxtar respublikada bütün yaş qrupları üzrə bədən tərbiyəsi və idmanla məşğul olanların ümumi sayı 40 min nəfəri ötüb. 2015-ci ildə məşqçilərə təlimlər, treninqlər, gənc idmançılara nümunəvi dərslərin keçirilməsi diqqətdə saxlanılıb, bədii gimnastika və stolüstü tennis bölmələri yaradılıb, üzgüçülük, ağırlıqqaldırma idman növlərinin inkişafı məqsədilə işlər davam etdirilib. Ötən il muxtar respublika idmançıları dünya çempionatlarında 11, Avropa çempionatlarında 2, beynəlxalq turnirlərdə 16, Azərbaycan birinciliklərində 36 medal qazanıblar. Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının idmançısı I Avropa Oyunlarında iştirak edib və bürünc mükafata layiq görülüb.

Naxçıvan Güləş Federasiyasının üzvü Qabil Musayev deyib ki, muxtar respublikada müasir idman infrastrukturunun yaradılması, maddi-texniki bazasının gücləndirilməsi gənclərin sağlamlığının qorunması, onların asudə vaxtlarının səmərəli təşkili, gənc idmançıların hazırlanması, istedadlı gənclərin üzə çıxarılmasında mühüm rol oynayır. Muxtar respublika idmançıları dövlət qayğısını daim üzərlərində hiss edirlər. Bu qayğı isə idmançıları yeni uğurlar qazanmağa həvəsləndirir. Qabil Musayev yaradılan şəraitə görə muxtar respublika idmançıları adından minnətdarlıq edib, etimadı doğruldacaqlarını bildirib.

Ali Məclisin Sədri qeyd edib ki, ötən müddətdə Naxçıvan Muxtar Respublikasının Karate-do Federasiyası öz fəaliyyətini qura bilməyib. Ona görə də Karate-do Federasiyasının fəaliyyətində dönüş yaradılması üçün Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Fazil Ələkbərov federasiyanın yeni sədri təqdim olunur.

Fazil Ələkbərov göstərilən etimada görə minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək deyib: Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ötən müddət ərzində idman hərəkatının genişlənməsinə xidmət edən kompleks tədbirlər görülmüş, Azərbaycan idman yarışlarının keçirildiyi beynəlxalq mərkəzə çevrilmişdir. Naxçıvan Muxtar Respublikasında da əhalinin sağlam həyat tərzinin, xüsusən də böyüməkdə olan gənc nəslin hərtərəfli inkişafının təmin edilməsində bədən tərbiyəsi və idmanın roluna mühüm əhəmiyyət verilir. Muxtar respublikada aparılan idman siyasətinin kökündə idmanın kütləviliyinə nail olmaq, onu inkişaf və təbliğ etdirmək, sağlam nəsil yetişdirmək dayanır. Bu məqsədlə muxtar respublikada müasir idman infrastrukturu yaradılmışdır. Bununla yanaşı uşaq və gənclərin idmana cəlbi istiqamətində də müəyyən işlər görülmüşdür. Hazırda muxtar respublikada 7 yaşdan 18 yaşadək 89 min uşaq və gənc vardır ki, onun da 46 min 853-ü oğlan, 42 min 147-si qızdır. Oğlanlardan 30 min 55 nəfəri, yaxud 64 faizi, qızlardan isə 7 min 226 nəfəri, yaxud 17 faizi idmanla məşğul olur. Sağlamlıq imkanları məhdud olan uşaq və gənclərdən isə 133-ü idmanla məşğul olur ki, bunun da 102-si oğlan, 31-i isə qızdır. Əvvəlki dövrlərlə müqayisədə 2015-ci ildə gənclərin idmana cəlbi istiqamətində irəliləyişlər olsa da, aparılmış təhlillər onu deməyə əsas verir ki, yaradılan şəraitdən heç də tam istifadə olunmur.

Ali Məclisin Sədri deyib: Bu gün ona nail olmalıyıq ki, muxtar respublikada bədən tərbiyəsi və idmanın inkişafı üçün imkanlardan bütün vətəndaşlar, o cümlədən gənclər səmərəli istifadə etsinlər. Ona görə də Gənclər və İdman Nazirliyi və idman federasiyaları muxtar respublikada idman növlərinin inkişaf etdirilməsi, gənclərin idmana cəlbi istiqamətində fəaliyyətlərini gücləndirməli, idmanın kütləviliyi təmin olunmalı, idman obyektlərindən və qurğularından istifadə əhali üçün əlçatan olmalıdır. Mütəxəssislər və peşəkar məşqçilər olmadan gənc idmançıları yetişdirmək və onları beynəlxalq yarışlara hazırlamaq mümkün deyil. 2015-ci ildə federasiyaların bu istiqamətdəki fəaliyyətlərində canlanma müşahidə olunsa da bu, işin tam həll olunması demək deyil. Buna görə də Gənclər və İdman Nazirliyi, eləcə də idman federasiyaları məşqçilərin hazırlanması və peşəkar məşqçilər dəvət etməklə muxtar respublikada seminar və məşğələlərin keçirilməsini davam etdirməlidir. Muxtar respublikada keçirilən idman yarışları istedadlı gənclərin aşkara çıxarılmasında mühüm rol oynayır. Gənclər və İdman Nazirliyi və idman federasiyaları istedadlı gənclərlə işi düzgün təşkil etməli, onların həvəsləndirilməsini diqqətdə saxlamalıdır.

Qeyd olunub ki, ümumtəhsil məktəblərində nümunəvi şəraitin yaradılmasına baxmayaraq hələ də fiziki tərbiyə fənninin tədrisində mövcud imkanlardan lazımınca istifadə olunmur. İbtidai siniflərdə isə fiziki tərbiyə dərslərinin digər dərslərlə əvəz olunması halları mövcuddur. Uşaqlarla məktəbdənkənar bədən tərbiyəsi və idman tədbirlərinin aparılması, o cümlədən uşaq və gənclərin asudə vaxtlarında bədən tərbiyəsi və idman məşğələlərinə cəlb edilməsi səviyyəsi olduqca aşağıdır. Uşaqların sağlamlığının qorunması baxımından bu məsələlər tam aradan qaldırılmalıdır. Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, idman federasiyaları, şəhər və rayon icra hakimiyyətləri böyüməkdə olan nəslin fiziki inkişafına, onların sağlamlığına qayğı ilə yanaşmalı, istər ümumtəhsil, istərsə də uşaq-gənclər şahmat və idman məktəblərində tədrisin səviyyəsini artırmalı, uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkilinə nail olmalı, məktəblilərin spartakiadasının keçirilməsi davam etdirilməlidir.

Təhsil müəssisələrində bədən tərbiyəsi və idman dərslərinin tədrisi diqqətdə saxlanılmalıdır. Gənclər və İdman Nazirliyi idman federasiyaları ilə birgə hamiliyə götürdüyü Bədən tərbiyəsi və idman ixtisası üzrə peşəkar gənc kadrların hazırlıq səviyyəsini artırmalı, Təhsil Nazirliyi ilə birlikdə ümumi təhsil müəssisələrində fiziki aktivliyin təbliği ilə bağlı tədbirlər həyata keçirməlidir. Muxtar respublikada oğlanlarla yanaşı qızların da idmana cəlbi diqqətdə saxlanmalıdır. Gənclər və İdman Nazirliyi və idman federasiyaları qızların da məşğul ola biləcəkləri idman növləri üzrə fəaliyyəti gücləndirməlidir. Uşaqların yaş qruplarına görə federasiyalara cəlb edilməsi, federasiyadaxili yarışların təşkil olunması, idman sahəsində xüsusi istedadı olan uşaqların üzə çıxarılması, onların idmançı kimi formalaşması məqsədilə idman federasiyaları şəhər və rayon icra hakimiyyətləri ilə birgə fəaliyyətə üstünlük verməli, şəhər və rayon ərazisində bölmələrin fəaliyyəti üçün zəruri şərait yaradılmalı, gənc idmançıların yerlərdəki idman qurğu və obyektlərindən istifadəyə cəlbinə, eləcə də onların qorunub-saxlanılmasına da diqqət artırılmalıdır.

Ali Məclisin Sədri deyib: Gənclər və İdman Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə məhdud fiziki imkanlı gənclərin muxtar respublikanın idman həyatına daha fəal inteqrasiyası sahəsində fəaliyyətini davam etdirməli, imkansız ailələrdən olan uşaq və yeniyetmələrin mövcud idman qurğu və zallarından istifadələrinə şərait yaratmalıdırlar. İdman elə bir sahədir ki, onun inkişafı üçün hamı təşəbbüskarlıq göstərməlidir. Muxtar respublikanın kütləvi informasiya vasitələri sağlam həyat tərzinin formalaşdırılmasında, əhali sağlamlığının möhkəmləndirilməsində bədən tərbiyəsi və idmanın rolu barədə tematik materiallar hazırlamalı, bədən tərbiyəsi və idmanın kütləviləşməsinə öz töhfəsini verməlidir. Sağlam həyat tərzi insanlarda uşaq və gənclik dövründən başlayır. Əgər biz gəncləri sağlam həyat tərzinə yönəldə, onları fiziki və əqli cəhətdən sağlam böyüdə bilsək, onda gələcəyimizi təmin edən gənclər də sağlam və güclü olacaqlar. Muxtar respublikada idmanın inkişafının sağlam gəncliyin formalaşdırılmasındakı rolunu nəzərə alaraq aid təşkilatlar qarşılarında duran vəzifələrin məsuliyyətini dərk etməli, uşaq və gənclərin idmana cəlbi sahəsində səylə çalışmalıdırlar.

Ali Məclisin Sədri yanvarın 15-də Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin yaranmasının 90 illiyinin tamam olduğunu bildirib, bu münasibətlə nazirliyin kollektivini təbrik edib.

Sonra Naxçıvan Muxtar Respublikasının “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına, “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” və “Rəşadətli əməyə görə” nişanlarına layiq görülənlərə müvafiq mükafatların, bir qrup idmançıya isə pul mükafatlarının təqdimatı olub.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 14 yanvar tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında idmanın inkişafında səmərəli fəaliyyətlərinə görə 1 nəfər Naxçıvan Muxtar Respublikasının “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı, 1 nəfər “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı, 3 nəfər isə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunub.

Ali Məclisin Sədri təltif olunanlara Naxçıvan Muxtar Respublikasının “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adının, “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” və “Rəşadətli əməyə görə” nişanlarının vəsiqə və döş nişanlarını, 5 idmançıya isə pul mükafatlarını təqdim edib.

Təltif olunanlardan Emin Hacıyev, Xəyal Qurbanov və mükafatlandırılan Nihad Orucov əməklərinə verilən qiymətə görə minnətdarlıq ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Husilər: Səudiyyə Ərəbistanı Yəmənə bir gündə 106 hava zərbəsi endirib

“Politico”: Zelenski və Merts Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı razılığa gələ bilməyiblər

Konqo Demokratik Respublikasında iki gəmi toqquşub: ölənlər var

ABŞ Böyük Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb

Portuqaliya UEFA Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib