Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan Muxtar Respublikasında dövlət uşaq siyasəti uğurla həyata keçirilir FOTO

Naxçıvan, 1 iyun, AZƏRTAC

Dünyanın əksər ölkələrində hər il iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur.

Ölkəmizdə uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşdirilməsi ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderimiz ölkəmizə rəhbərliyinin bütün dövrlərində uşaqların təhsilinə, dünya görüşlərinin zənginləşdirilməsinə və sağlamlıqlarının qorunmasına xüsusi diqqət yetirmişdir. Ulu Öndərin əsasını qoyduğu dövlət-uşaq siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Uşaqların sağlam böyüməsi, yüksək səviyyədə təhsil alması, layiqli vətəndaş kimi formalaşması, asudə vaxtlarının səmərəli təşkil olunması diqqət mərkəzində saxlanılır.

Muxtar respublikada uşaqlara hərtərəfli diqqət və qayğı göstərilir

Muxtar respublikada da uşaqlara hərtərəfli diqqət və qayğı göstərilir, onların təhsili, sağlamlıqlarının qorunması, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının və tərbiyəsinin düzgün təşkili, cəmiyyətin ictimai-mədəni həyatındakı iştiraklarını təmin etmək məqsədilə mühüm tədbirlər həyata keçirilir. Bu gün muxtar respublika əhalisinin 35 faizi və ya 163 min 281 nəfəri uşaqlardır. Uşaqların sosial ehtiyaclarının hərtərəfli təmini, onların yüksək mənəvi mühitdə, milli dəyərlər əsasında tərbiyəsi, təhsil alaraq layiqli şəxsiyyət kimi yetişməsi diqqət mərkəzində saxlanılır.

2018-2019-cu tədris ilində muxtar respublikanın ümumtəhsil məktəblərində 49 min 224 şagird təhsil alır. Yaradılan şəraitin nəticəsidir ki, ötən il ümumtəhsil məktəblərini bitirmiş şagirdlərdən 1781-i ali təhsil müəssisələrinə, 615-i orta ixtisas təhsili müəssisələrinə, Heydər Əliyev adına Hərbi Liseyin məzunlarından 208 nəfəri isə müxtəlif ali hərbi məktəblərə daxil olub, ali məktəblərə qəbul olunan 331 nəfər 500-700 arası bal toplayıb. Bu gün uşaqların peşə təhsilinə cəlbi də qarşıda duran əsas vəzifələrdəndir. 2018-2019-cu tədris ilində 320-dən çox uşaq maraqlarına uyğun peşə və ixtisaslara yönləndirilib.

Uşaqların fiziki cəhətdən sağlam böyüməsi də diqqətdə saxlanılır

Muxtar respublikada müasir standartlara uyğun Olimpiya İdman kompleksləri, üzgüçülük və şahmat mərkəzləri, uşaq-gənclər şahmat və uşaq-gənclər idman məktəbləri, stadionlar, peyntbol meydançası, ümumtəhsil məktəblərində müasir idman zalları istifadəyə verilib. Yaradılan şəraitin nəticəsidir ki, hazırda muxtar respublikada 28 minə yaxın uşaq idmanla məşğul olur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanına uyğun olaraq Gənc istedadların “Qızıl kitabı”nın yaradılması, 8 istedadlı uşağın adının bu kitaba salınması və onlara xüsusi təqaüdlərin verilməsi istedadlı uşaqlara göstərilən qayğının daha bir ifadəsidir.

Uşaqların sağlamlıqlarının qorunması ilə bağlı həyata keçirilən tədbirlərin nəticəsi olaraq uşaq tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, müasir avadanlıqlarla təchiz edilməsi, yeni texnologiyaların tətbiqi, tibbi kadrların peşə səviyyəsinin artırılması və əhali arasında geniş maarifləndirmə işinin aparılması istiqamətlərində mühüm addımlar atılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunması bu sahədə atılan mühüm addımlardan biridir.

“Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”na uyğun olaraq, Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı təşkil edilib, indiyədək 27 mindən çox uşaq haqqında fərdi məlumatlar banka daxil olunub. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar da hər zaman diqqət mərkəzində saxlanılır, onlara qayğı ilə yanaşılır. Bu təbəqədən, eləcə də qaçqın və məcburi köçkün, sağlamlıq imkanları məhdud, şəhid və aztəminatlı ailələrdən olan 751 uşağa bayram günlərində və tədbirlərdə hədiyyə və sovqatlar verilib, xüsusi kateqoriyaya aid 394 uşaq məktəbli paltarı, dərs ləvazimatları və qış geyimi ilə təmin edilib.

Sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, onların təhsili və reabilitasiyası təmin olunur

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası daim nəzarətdə saxlanılır, müvafiq uşaqlar məktəbəqədər, ümumtəhsil, peşə və məktəbdənkənar təhsil müəssisələrinə cəlb edilir. Ötən il sağlamlıq imkanları məhdud 830 uşağın valideynləri ilə əlaqə saxlanılıb, onlardan 85-i məktəb, məktəbəqədər, məktəbdənkənar və müalicə reabilitasiya müəssisələrinə, cari ilin ötən dövründə isə sağlamlıq imkanı məhdud 16 uşaq müxtəlif təhsil müəssisələrinə cəlb olunub. Hazırda ümumtəhsil məktəblərində müvafiq kateqoriyadan olan 1002, Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbdə 8, Distant Tədris Mərkəzində 24 uşaq təhsil alır. Həmçinin Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində 10 uşağa valideynlərinə dəstək məqsədilə qulluq edilir.

2018-2019-cu tədris ilinin əvvəlində məktəb yaşı çatan sağlamlıq imkanları məhdud uşaqların sayı 108 nəfər olub ki, onların da 68-i ümumtəhsil müəssisələrinin birinci siniflərinə, 1-i distant tədrisin birinci sinfinə, 1-i isə Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbə cəlb edilib. Bundan əlavə, 56 uşaq şahmat məktəblərinə, 110 uşaq məktəbdənkənar müəssisələrin dərnəklərinə, 90 uşaq isə idman məktəblərinə yazılıb. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən muxtar respublikamızda qeydiyyatda olan sağlamlıq imkanları məhdud uşaqların xəstəlikləri üzrə təhlillər aparılır, muxtar respublikanın rayon və kənd mərkəzlərində belə xəstəliklərin qarşısının alınması ilə əlaqədar qadınlar arasında maarifləndirici tədbirlər həyata keçirilir.

Sağlamlıq imkanları məhdud uşaqlar arasında müxtəlif yarış və müsabiqələrin keçirilməsi onların asudə vaxtlarının səmərəli təşkili ilə yanaşı, istedadlarının üzə çıxarılması, əqli və fiziki inkişafı baxımından da mühüm əhəmiyyət kəsb edir. Həmin kateqoriyadan olan uşaqların tarixi abidələrə, muzeylərə, istehsal və emal müəssisələrinə ekskursiyaları təşkil edilir, onlar arasında əyləncəli idman oyunları, yarışlar və müsabiqələr keçirilir. Həmçinin film, konsert proqramları və tamaşalar nümayiş olunur, rəsm və əl işlərindən ibarət sərgilər təşkil edilir, Ağbulaq İstirahət Mərkəzində istirahət etmələrinə şərait yaradılır.

Uşaq ədəbiyyatı uşaqların vətənpərvərlik ruhunda böyüməsində, milli dəyərlərimizi mənimsəməsində və dünyagörüşlərinin formalaşmasında əsas vasitələrdəndir. Buna görə də muxtar respublikada müasir ədəbiyyat bazasına malik elektron kitabxanalar istifadəyə verilir, uşaqların asanlıqla qavraya biləcəkləri kitablar nəşr olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin himayəsi ilə “Uşaqlar və Günəş” almanaxı, “Gəncliyimiz-gələcəyimiz”, “Təmsillər”, “Şeir və hekayələr”, “Şeirlər”, “Poema və pyeslər”, “Naxçıvan bəstəkarlarının uşaq mahnıları”, “Sevimli dostlarım kitablar” adlı uşaq kitablarının nəşr olunması uşaqlarda mütaliəyə marağı artırıb.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Naxçıvan şəhər və rayonlarında tədbirlər keçirilib, 2018-2019-cu tədris ilində fərqlənən uşaqlar fəxri fərman və hədiyyələrlə təltif olunub, xüsusi qayğıya ehtiyacı olan uşaqlara bayram hədiyyələri verilib. Həmçinin aztəminatlı, qaçqın və məcburi köçkün, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud uşaqların istirahət guşələrinə, muzeylərə və tarixi abidələrə ekskursiyaları təşkil edilib, hemofiliyalı və talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçirilib. Komitə tərəfindən görülən işlər bu sahədə davam etdirilən tədbirlərin tərkib hissəsi olmaqla, muxtar respublikada uşaqlara göstərilən qayğının, humanizmin parlaq təcəssümüdür. Sevindirici haldır ki, Naxçıvanda uşaqlara göstərilən diqqət və qayğı nəticəsində muxtar respublikada dövlət uşaq müəssisələrində valideynləri tərəfindən tərk edilmiş, məktəbdən yayınan, cinayət məsuliyyətinə cəlb olunmuş uşaq yoxdur.

Cəmiyyətin ən həssas və kövrək təbəqəsi olan uşaqlarla bağlı qarşıya qoyulan vəzifələr bundan sonra da uğurla yerinə yetiriləcək. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi: “Uşaqlara qayğı yalnız dövlət qurumlarının yox, hamının mühüm vəzifəsi olmalıdır. Uşaqların xalqımıza xas olan milli dəyərlər ruhunda tərbiyə olunması, təhsilli, vətənpərvər və sağlam yetişmələri bizim hamımızı düşündürməli, cəmiyyətin bütün təbəqələri dövlət uşaq siyasətinin həyata keçirilməsinə öz töhfəsini verməlidir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Argentina millisinin heyəti açıqlanıb: Lionel Messi 6-cı dəfə dünya çempionatında

Avropa çempionatı: Azərbaycan millisinin rəqiblərinin oyununda qapılara qol vurulmayıb

Geosiyasi gərginlik dövlətləri təhlükəsizlik məsələlərinə daha çox diqqət ayırmağa vadar edir

Azərbaycan millisinin futbolçusu Polşa klubundan ayrılır

Baş nazir: Macarıstan Ukraynaya silah və hərbi texnika tədarük etməyəcək

Ukraynanın Trustkavets şəhərində yaşayan soydaşlarımıza Qurban bayramı sovqatı paylanılıb

Milli musiqi gecəsi - “Balabanın sehrində”

İran müharibəsi səbəbindən ABŞ-də inflyasiyanın səviyyəsi artır

ABŞ, Meksika və Kanada futbol üzrə dünya çempionatında Ebola epidemiyası ilə bağlı səyahət məhdudiyyəti elan edib

Peru Respublikasının Prezidenti Xose Mariya Balkasar Seladadan

Federasiyanın icraçı vitse-prezidenti: “Sea Breeze Marina” yaxta klubu Azərbaycanda su idman növlərinin inkişafı üzrə yeni məkana çevriləcək

BMT-nin Baş katibi üzv ölkələri maliyyə öhdəliklərini yerinə yetirməyə çağırıb

Dubayın “Bürc-Xəlifə” qülləsi Azərbaycan bayrağının rənglərinə bürünüb

Norveç nəşri Osloda Azərbaycanın Müstəqillik Günü münasibətilə keçirilən tədbirdən yazıb

Pakistanın xarici işlər naziri Vaşinqtonda İran münaqişəsinin həlli ilə bağlı məsləhətləşmələr aparacaq

Budapeştdə 28 May- Müstəqillik Günü münasibətilə rəsmi ziyafət təşkil olunub

“Elə bildim öz doğma balam gəlib...” – Böyük Qaladərəsi kəndindən reportaj

"Qəbələ" Premyer Liqada qalıb

Prezident İlham Əliyevin sosial media hesablarında Şuşaya səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO

Moldovada yaşayan soydaşlarımıza Qurban bayramı sovqatı paylanılıb

Məhsuldarlıq, ixrac və müasir yanaşmalar ön planda VİDEO

Məhsuldarlıq, ixrac və müasir yanaşmalar ön planda VİDEO

“Opera Günləri” “Koroğlu” ilə başladı: səhnədə qəhrəmanlıq və sənət ahəngi VİDEO

“Opera Günləri” “Koroğlu” ilə başladı: səhnədə qəhrəmanlıq və sənət ahəngi VİDEO

Milli Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivalda çıxış edir

Cevdet Yılmaz: Azərbaycan və Türkiyənin qardaşlığı sülhə, sabitliyə və regionun gələcəyinə töhfə verir

Bu saata olan əsas xəbərlər

Fövqəladə Hallar Nazirliyinin gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Qazaxıstan NVIDIA texnologiyalarına əsaslanan superkompüterləri istifadəyə verib

Laçında Müstəqillik Günü musiqi və rəqslə qeyd edilib

Azərbaycan Ordusunda Qurban bayramı və Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub

Gürcüstanın Baş naziri İrakli Kobaxidzedən

İsveç övladlığa götürülmüş uşaqlar üçün dəstək mərkəzi yaradacaq

ABŞ-ın müxtəlif ştat və şəhərləri 28 May Müstəqillik Günü münasibətilə bəyannamə imzalayıblar

Mer Muriyel Bauzer 28 mayı Vaşinqton şəhərində Azərbaycanın Müstəqillik Günü elan edib

Qlobal istiləşmə Avropada ekstremal hava şəraitini gücləndirir

Ukrayna XİN: Sadiq dostumuz və strateji tərəfdaşımız olan Azərbaycanı təbrik edirik

“Axios”: ABŞ və İran 60 günlük Anlaşma Memorandumu barədə razılığa gəliblər

Cəlilabadda 18 yaşlı gənc suda boğulub

ADU-da Çin Elm və Texnologiya İşçiləri Günü qeyd edilib

Könüllülər Müstəqillik Gününü silsilə tədbirlərlə qeyd ediblər

Aİ Ukraynaya 2,8 milyard avroluq yeddinci maliyyə tranşının ayrılmasını təsdiqləyib

Şotlandiyadakı icma görüşünə böyük maraq göstərilib

Tatyana Srebnaya: Su idmanı xarakter və komanda ruhu tələb edir

Türkiyədən 28 May münasibətilə təbrik mesajları: “Bir millət, iki dövlət”

Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

“Sea Breeze Marina” mövsümü reqata və digər su idmanı növləri ilə açıb

“Zirvəyə doğru qaçış" yarışında mindən çox idmansevər mübarizə aparıb

Qazaxıstanın Azərbaycan diasporu Müstəqillik Gününü qeyd edib

Naxçıvan-Ordubad magistral avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan-Ordubad magistral avtomobil yolu asfaltlanır VİDEO

Dövlət Sərhəd Xidmətində Müstəqillik Gününə həsr olunmuş tədbirlər təşkil edilib

İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 9 nəfər həlak olub

Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik tariximizin şanlı zirvəsidir RƏY

Belarus Milli Kitabxanası Azərbaycan bayrağı rənglərinə bürünüb

BMT: Ukraynada bu ilin dörd ayında 815 mülki şəxs həlak olub

Gürcüstan və Türkiyə rəsmiləri Cənubi Qafqazda təhlükəsizlik məsələlərini müzakirə ediblər

Keniyada internat məktəbində baş verən yanğında 16 şagird ölüb

Rumın dilinə tərcümə olunmuş “Heydər Əliyev. Həyatının 100 anı” kitabının təqdimatı olub

Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı olub YENİLƏNİB

Burhanettin Duran: Əməkdaşlığımız regional sabitlik üçün önəmlidir

Küveyt raket və PUA hücumuna məruz qalıb

Azərbaycan minifutbol millisi Avropa çempionatına qələbə ilə başlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Bakıda və Abşeron yarımadasında arabir yağış yağacaq- Xəbərdarlıq

KOBİA: Azərbaycan məhsulları premium seqmentdə öz yerini tutmaqdadır - MÜSAHİBƏ

Dövlətimizin günü-gündən artan uğurları Azərbaycan Xalq Cümhuriyyətinə bir ithafdır - ŞƏRH

Çin və Serbiya valyuta mübadiləsi müqaviləsini yeniləyib

Ölkə üzrə 134 ünvanda qurbanlıq heyvanların satış və kəsim xidmətləri davam etdirilib

Şahin Bayramov: Qarabağ Universitetinin fəaliyyəti müstəqil dövlətimizin qüdrətinin mühüm göstəricisidir

Rusiya Ermənistandan tərəvəz və giləmeyvə idxalını məhdudlaşdırır

Müstəqillik Günü münasibətilə Varşavada rəsmi qəbul təşkil olunub

Şəki teatrı bayram günlərində məktəbli tamaşaçıları yeni tamaşa ilə sevindirir

Müqəddəs Taxt-Tacda 28 May – Müstəqillik Günü qeyd olunub

"Sabah" slovakiyalı hücumçu ilə vidalaşıb

Prezident İlham Əliyev: Bu gün biz rahat yaşayırıq, qalib xalq kimi və qalib dövlət kimi

Azərbaycan Prezidenti: Müstəqillik Günü hər birimiz üçün çox əzizdir

AQTİ-nin səyyar laboratoriyaları Cəbrayıl və Füzulidə operativ xidmət göstərib

Prezident: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq bizim nəzarətimizdədir

Bakıdan bölgələrə iki gün ərzində 20 minə yaxın sərnişin daşınıb

Prezident İlham Əliyev: Müstəqillik böyük nemətdir, böyük nailiyyətdir

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinidən

Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb YENİLƏNİB VİDEO

Vyanada “Kəlbəcərin zərif irsi – məfrəş“ adlı xüsusi moda nümayişi təşkil olunub

Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər tağının önünə gül dəstələri düzüb VİDEO

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC istifadəyə verilib VİDEO

Çin Avropa İttifaqının yeni polad tariflərinə dair danışıqlar aparır

Batumidə Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Milli Müdafiə Nazirliyi: İstiqlal ruhu Türkiyə və Azərbaycan xalqlarının qəlbində yaşayır

Həssas enerji birjalarının hər hansı bəyanata reaksiyası gecikmir

Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub YENİLƏNİB VİDEO

Yaponiya parlamenti milli kəşfiyyat bürosunun yaradılması ilə bağlı qanun qəbul edib

Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın yeni aqrar inkişaf strategiyasında əsas mərkəzlərdən birinə çevrilir - ŞƏRH

Numan Kurtulmuş: Ümidvaram ki, Azərbaycanın müstəqilliyi əbədi olacaq

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyndən

Prezident İlham Əliyev Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib VİDEO

BMT: Qlobal temperatur 2030-cu ilə qədər rekord həddə qalacaq

Avropa Mərkəzi Bankı inflyasiyanın davam edəcəyi qənaətindədir

Almaniya XİN Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib

Ukraynanın vitse-spikeri: Bu yay Bakı daha 120 ukraynalı uşağı qarşılayacaq

İstilik dalğaları Almaniya iqtisadiyyatına 100 milyard avrodan çox zərər vura bilər

Dünyanın “ən yaxşı turizm kəndi” - Xınalıq VİDEO

Dünyanın “ən yaxşı turizm kəndi” - Xınalıq VİDEO