Naxçıvan Muxtar Respublikasının 4 rayonunda baş vermiş yanğınlar söndürülüb
Naxçıvan, 4 iyun, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ordubad və Culfa şəhərlərində, Kəngərli rayonunun Yurdçu, Şahbuz rayonunun Sələsüz kəndlərində quru otluq sahədə yanğınların baş verməsi barədə məlumat daxil olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bununla əlaqədar Kəngərli, Şahbuz, Ordubad və Culfa Dövlət Yanğından Mühafizə hissələrinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində baş vermiş yanğınlar qısa müddətdə söndürülüb.